Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cizgi film
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Cizgi (film janrı)

Cizgi

Cizgi filmi

Ferdinand (cizgi film, 2017)
Ferdinand - "Blue Sky" studiyoları tərəfindən çəkilən 2017-ci il amerikan məhsulu komediya-macəra janrında cizgi film. Cizgi filmin musiqisi Con Povelə aiddir. == Məzmun == İspaniyada Ferdinand digər buzov və buğalar ilə birlikdə senyor Moreno tərəfindən buğa güləşləri üçün öyrədilir. Ancaq Ferdinand qəti buna maraq göstərmir. Buna görə də digər buzovlar - Valentin, Quapo və Bones tərəfindən təzyiqə məruz qalır. Bir matador gəlir və buzovların ataları özlərini ona göstərmək üçün döyüşürlər. Ferdinandın atası Raf seçilir. Atası seçilmədiyi üçün Valentin Ferdinantın çox istədiyi gülü əzir. Axşam Ferdinand görür ki, atasını gətirməli olan maşın boşdur. Atasının öldüyünü anlayan Ferdinant oradan qaçır.
Herakl (cizgi film, 1997)
Herakl - 1997-ci il məhsulu olan amerikan musiqili fantastik animasiya. Disney renessansı dövründə çəkilən 8-ci animasiyadır. Cizgi film yunan mifologiyasında mühüm yerə sahib olan Heraklın macəralarından bəhs edir. == Gedişat == Baş tanrı Zevs və onun arvadı Heranın Herakl adında bir oğlu olur. Digər tanrılar sevincliykən Zevsin narazı və paxıl qardaşı Aid Zevsi devirmək və Olimpi idarə etmək üçün planlar qurur. Yardım üçün gələcəyə baxan Aid 18 il içində planetlərin paradının titanları Olimpi fəth etmək üçün sərbəst bıraxacağını, ancaq Heraklın onları durduracağını öyrənir. Aid iblis nökərlərinə - Ağrı və Panikə Heraklı tanrı ölümsüzlüyündən məhrum edə biləcək şərbət verərək onları Heraklı öldürmələri üçün göndərir. İkili Heraklı qaçırdır və onu şərbətlə bəsləmək üçün vadiyə aparır. Amma Herakl şərbətin son damcısını içməmişdən əvvəl kəndli Amfitryon və arvadı Alkemen iblislərin yaxınından keçərək onları qorxudub əllərindəki şərbət qabını sırdırmalarına səbəb olurlar. Beləcə Herakl ölümsüzlükdən məhrum olur, amma tanrısal gücünü qoruyur.
Şirinlər (cizgi film, 2011)
Şirinlər və ya Smurflar (ing. The Smurfs) — meşədə göbələk formalı evlərdə canlı kiçik göy məxluqların uydurulmuş koloniyasından bəhs edən Belçika cizgi filmi və bu cizgi film əsasında hazırlanmış eyniadlı animasiya.
Kəloğlan (cizgi filmi)
Kəloğlan türk. Keloğlan — TRT ÇOÇUK kanalında yayımlanan cizgi filmi. == Haqqında == Cizgi filmində düzgünlüyün, dürüstlüyün və yaxşılığın simvolu Kəloğlan və dostlarının başına gələn macəralardan bəhs olunur. Cizgi filminin ilk mövsümü "Biri varmış, biri yoxmuş. Kəloğlanın nağılları", 2-ci mövsümü "Kəloğlan", 3-cü mövsümü isə "Kəloğlan otağımda gizləndi" adı ilə yayımlanmışdır. Kəloğlan Mövsüm sayı— 3 Hissə sayı— 107 Quruluş Yayım şirkəti— Animax Yayım Məlumatları Kanal— TRT ÇOCUK Yayım Tarixi—2009-2013 Vəziyyəti— Keçmiş hissələri Televiziyada yayımlanır.
Moana (cizgi filmi)
Moana — "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş 2016-cı il musiqili, macəra janrında animasiya filmi. Filmin rejissorları Con Masker və Ron Klements, bəstəkarı isə Mark Mançindi. Əsas qəhrəmanlardan biri olan yarıtanrı Mauini amerikalı kinoaktyor Dueyn Conson səsləndirmişdir. Dünyada premyerası 23 noyabr 2016-cı ildə baş tutmuşdur. Film Sakit okeanın cənub sahillərindəki Matunui adalasında yaşayan Moana adlı qızın həyatından bəhs edir. Moana başçının qızıdır. Onların adasında yaşamaq üçün bütün vasitələr və şərait var. Amma bir gün məlum olur ki, ada sakinlərinin əsas qidası olan balıq və hind qozu (kokos) yoxa çıxmağa başlayıb. Bu zaman Moana mərcanları üzüb keçərək Teffitinin ürəyini qaytarmaq və bu yolla qəbiləni xilas etmək fikrinə düşür. Ona isə ancaq yarıtanrı Maui kömək edə bilər.
Yumrular (cizgi filmi)
Yumrular və ya Gülməcələr (rus. Смешарики) — rus cizgi serialı. Cizgi serial Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir. Serial yumru və gülməli antropomorfik heyvanların macəraları haqqındadır. Serial 3 sezondan və 240 bölümdən ibarətdir. Hər bölüm 6 dəqiqə 30 saniyədən ibarətdir. Bəzi seriyalar iki hissəyə bölünür, "Əcdad effekti" bölümü isə üç hissədən ibarətdir. Əsas seriala "Yumrular: Pin-kod" və "Yumrular: əlifbalar" ("Əlifbalar" serialı bir neçə yerə bölünür "Oxu əlifbası", "Davranış qaydaları əlifbası" və s.) seriallar artırılmışdır.
Cillə (cizgi filmi)
Cillə — türk cizgi filmi. Cizgi film serialında finalından uzun vaxt sonra təməl hekayədən fərqli olaraq 14 bölüm daha çəkilmiş və TRT Çocuk-un mobil tətbiqində yayımlanmışdır. Cillə içində qəribə məxluqların olan şəffaf toplardır. Rəvayətə görə, Kadu adlı padşah su, torpaq, od və hava olmaqla dörd elementdən 12 cillə düzədir. Bu cillələri İkivak ağacı adlı müqəddəs ağaca təslim edəndə insanların dünyası və ezakilərin dünyası arsındakı qapı bağlanmışdır. Sonra da Kadu bu cillləri dünyanın dörd bir tərəfinə paylayır. Beləcə qapı ancaq 12 əfsanəvi cille bir yerə gələrsə açıla bilər. == Mövzusu == Qədim zamanlarda ezaklar və insanlar arasında bitmək bilməyən bi rmüharibə gedirdi. Bir gün iki ordu Dəmirçi vadisində üz-üzə gəlir. İnsanlardan Kadu, ezaklardan siə Zend önə çıxır.
9 (cizgi filmi, 2009)
9 — 2009-cu ildə istehsal olunmuş ABŞ filmi. == Qısa məzmun == Hadisələr bizimlə paralel mövcud olan başqa bir kainatda baş verir. Əsas qəhrəmanlar postapokaliptik dünyada sağ qalmağa cəhd göstərən kuklalardır. Baş qəhrəman liderlik keyfiyyətləri nümayiş etdirərək hamının sağ qalmasını təmin etməyə çalışan Doqquzdur.
Anastasiya (cizgi filmi, 1997)
Bembi (cizgi filmi, 1942)
Bembi (ing. Bambi) — 1942-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 5-ci cizgi filmi. İlk nümayişi 13 avqust 1942-ci ildə təqdimatı olmuş və 2 milyon dollardan artıq gəlir gətirmişdir. Feliks Saltenin eyniadlı romanının ekranlaşdırılmasıdır. Bəstəkarları Frenk Çörçil və Edvard Plambdır. 1 mart 2005-ci ildə "Bembi" DVD-də yenidən satışa çıxarılmışdır. 7 fevral 2006-cı ildə Disney studiyası filmin sikvelini — "Bembi 2" cizgi filmini təqdim etmişdir. 1 mart 2011-ci ildə "Bembi" Blu-ray-də yenidən satışa çıxarılmışdır. == Rollarda == Con Sazerlend — Bembi Bobbi Styuart / Donni Danagan / Hardi Olbraĭt — gənc Bembi Paula Uinslou — Ana Bembi / Qırqovul Piter Ben / Sem Edvards — gənc Thumper Tim Devis — Thumper Sterling Hollouey — Gül Stan Aleksandr — gənc Gül Vill Rayt — Dostuna Bayquş Enn Gillis — Felin Kammi Kinq — gənc Felin Fred Shilds — Böyük Şeyx dair meşə Margaret Li — Mrs. Rabbit == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Bembi — Internet Movie Database saytında.
Cəsur (cizgi filmi, 2012)
Cəsur (ing. Brave) — 2012-ci ildə Walt Disney Pictures və Pixar Animation Studios tərəfindən istehsal olunmuş amerikan fantastik animasiya filmi. Bu filmin Mark Andrews, Steve Purcell, Brenda Chapman, Irene Mecchi, Andrews Chapman-ın rejissoru və Purcellin prodüseridir. Filmin vyce aktyorları Kelly Macdonald, Julie Walters, Billy Connolly, Emma Thompson, Kevin McKidd, Craig Ferguson, Robie Coltrane rol alırlar. 25 ildə ilk dəfə olaraq, Pixar sistemini tamamilə yenidən yazdı. Dolby Atmosun ilk səsli filmdi. Scots Hielandsr-da cəryan edən filmdə Merida adlı bir şahzadə yetkinlik yaşına çatarkən qəbiləsinin məcburi evlilik ənənələrinə qarşı çıxdı və evlənmək istəmirdi. Yardım üçün bir cadudan sonra, Merida təsadüfən ailəsini lənətləyir. Cəsur, 10 Sentyabr 2012 tarixində Seattle Beynəlxalq Film Festivalında yayımlanmış, 22 Sentyabr 2012-ci ildə Şimali Amerikada yayımlanır. Ən yaxşı cizgi filmi üçün Qızıl Qlobus Mükafatı, Ən Yaxşı Cizgi Filmi üçün BAFTA Mükafatına və Ən Yaxşı Cizgi Filmi üçün Akademiya Mükafatını qazanmışdır.
İRS cizgi
İRS cizgi — vətənpərvər ruhda milli və tarixi qəhrəmanlar üzərindən oxuculara məntiq, mühəndislik, dünyagörüşü kimi bilgiləri çatdıran cizgi film, roman, oyuncaq, oyun, animasiya və s. kimi məhsullar üzərində çalışan bir komanda. == Yaradılması == İRS cizgi komandası 2017-ci ildə Anar Əkbərli tərəfindən yaradılmışdır. Hədəfləri milli və elmi formatda oxuculara dünyagörüşü , məntiq və mühəndislik sahələrində bilgi verən cizgi, roman, oyuncaq, oyun və animasiyaların yaradılmasıdır. İşlərində daha çox milli və tarixi qəhrəmanları daha fərqli, daha çox günümüzə uyğun şəkildə təsvir edirlər. == Fəaliyyəti == 2017-ci ildə İRS cizgi yaradıcılıq qrupunun "Koroğlu" adlı ilk milli komiksinin təqdimatı keçirilib. Komiksin Mərkəzi Elmi Kitabxanada, Bakutel sərgisində təqdimatı keçirildi. Bu komiks Azərbaycanda bu sahədə ilk uğurlu layihədir. İstənilən yaş qrupu üçün nəzərdə tutulmuş ssenari əsasında hazırlanıb. Dastandan ilhamlanaraq, tarixi faktlara əsaslanaraq milli ruhda hazırlanan komiks oxucuya məntiq və dünyagörüşü aşılayır.
Kral Şakir (Cizgi Film, 2016)
Kral Şakir — Cartoon Network (Türkiyə) üçün Grafi2000 şirkəti tərəfindən yaradılan televiziya animasiya serialıdır. Cartoon Network (Türkiyə)nin ilk yerli istehsalıdır. Serial premyerası 23 aprel 2016-cı ildə göstərildi və 16 May 2016-cı ildə yayımlanmağa başladı. == Məzmun == Bir şir ailəsinin balaca üzvü olan Şakirin ailəsi və dostları ilə yaşadığı macəralar izah edilir. Şakirin atası şir, anası pişikdir. Bacısı Canan, anası kimi bir pişikdir və tısbağa babası var. Remzinin Necati adlı bir dostu var və fildir. Həmişə onların evindədir, ancaq yemək yeyir və videooyun oynayır. Məktəbdə qapıçıdır və çox bacarıqsızdır. Evi olmayan, zibilxanalarda yaşayan və vafli sevən Tanju adlı bir sahibsiz it var.
Blum (cizgi qəhrəman)
Bloom -Cizgi qəhrəmanı. Yaşı-Winx club-a qatılanda 16 yaşı var. Fəsil 1-də 16,fəsil 2-də 17,fəsil 3-də 18 və fəsil 4-də 19 yaşı,5-də 20,6-da 21,7-də 22 yaşı var Gücü-Magix-nın ən güclü sehrinə Əjdər oduna malik olan qızdır.Od gücündən istifadə dir. Sonradan od qoruyucu pərisi olur. Ölkəsi-Dünyadan Alfea-ya gəldiyi bilinsədə əslində öksəsi Dominodur(Sparks). Sevgilisi-Sky. Pixie-si (mini pərisi)-Lockette-dir. Otağını yığışdırmağa nifrət edir. Blum problemləri, məktəb ilə bağlı öhdəlikləri,dostları və xəyalları ilə dünyadakı hər hansı bir gənc qızdan fəqsizdir. Hər gün səssiz, sakit keçməkdə olan yaşantısını sevməkdə,digər tərəfdən cadulu yerlərdən və sehirli varlıqlardan ibarət bambaşqa bir dünyanın varlığını xəyal etməkdədir.
Ələddin (cizgi serial)
Ələddin (ing. Aladdin) — 5 sentyabr 1994 və 4 noyabr 1995-ci illər ərzində Disney Channel-də yayımlanan cizgi serialdır. == İstinadlar == == Xarici keçidlər == Ələddin — Internet Movie Database saytında.
I Pet Goat,II (cizgi film,2012)
I Pet Goat, II — Kanadanın məşhur film istehsalçısı Heliofantın 12 yaş və üstündə olan insanlar üçün yazmış filmi. == Məzmun == Əsərdə dünyanın başına gələcək hadisələrdən bəhs edilir.Başlanğıcda 1 keçi qabağa çıxır.Arxa fonda isə 11 sentyabr terror aktlarına aid bir şəkil göz önünə gətirilir... Daha sonra bir şəxsin kukla ilə oynadığını göstərirlər.Sonra bu şəxs göstərilir:Oğul Buş.Buş çox qəribə hərəkətlər edirdi.Əslində bu hadisə olmuşdu:Corc Buş 11 senyabr hadisələri baş verəndə Florida ştatındakı bir məktəbdə təhsil alan şagirdlərlə tanışmağa getmişdi.Müəllim isə şagirdlərə 2 şeyi dalbadal təkrarladırdı:Əsa və Çərpələng.Bunu belə yozurdular:Əsa qüllələr,Çərpələng isə təyyarələrdir... Döşəmə ağ qara kafellərlə düzəlmişdişYuxarıda təkamülün inkuşaf etdiyini göstərən şəkil və bayquş rəsmi var. Buş öz yerində fırlanır,prezidentə yaraşmaz hərəkətlər edirdi.Birdən Buş arxasını çevirir və o bir anda Obamaya çevrilir.Obama hər yerə gülüş saçmağa, hər şeyə gülməyə başlayır.Sonra bir qız göstərilir:Alissa.O çox xoşbəxt olsa da,ətrafındakı insan fiqurları üzgün olur. Digər səhnədə amerika bayrağının cırıldığı, yəni ştatların gələcək zamanda parçalanacağına əsas gətirir.Obamanın qorxduğu səhnə belə göz önünə gətirilir. Sonra CIA nın vəhhabi başçısı göstərilir.Terrorist başçı namaz qılırmış kimi göstərilsə də əlini tam açması onun illumunatilərə xidmət etdiyini göstərir.Neft çay kimi axır,Azadlıq heykəlini üzərinə sionizm ulduzunun kölgəsi çökür.Bu isə bir zaman dost olan ABŞ ilə İsrailin dostluğunun bitəcəyinə istbatdır.Çünki ABŞ Səudiyyə Ərəbistanına neft göndərir və İsrail də bundan yararlanmaq istəyir.Kommunizm artıq çökməyə başlayır,ona inananlar isə bataqlıqda boğulurlar. Sonra müsəlman başı bağlı qadının ölü körpəsini əlinə alıb ağladığı,Məscidlərin partladıqları göstərilir.Uşaqların narkotikə aludə olduqlarını,ana bətnində olan körpənin hər tərəfdən izlənməsi tək bir şeyi açıqlayır:21 əsrin ən pis narkotiki Elektron cihazlardır.Daha sonra Məsih gəlir.Alnında dəccalın simvolu,və yanan qəlbi onun qəddarlaşdığını göstərir.Barmağına qonan ümid rəmzi olan kəpənəyi yandırıb külə çevirir.Qayığına dolan balıq bərəkəti simvolizə edir.Onun gəlməsi ilə bərabər zəngin təbəqə dağılır.Uşaqlar "narkotikdən" ayrılırlar.Müharibəni dayandırmaq istəyən qız isə bunun heç vaxt olmayacağını anlayır.Məsih isə günəşin batdığı tərəfə gedir.Onun arxasında Notredam kafedralı yanır.2012 də çəkilməsinə baxmayaraq bu hadisə 2019-cu il 6 apreldə baş vermişdi... Bununla birgə film də başa çatır.
I Pet Goat, II (cizgi film, 2012)

Tom və Cerri: Film (cizgi filmi, 1992)
Tom və Cerri: Film (ing. Tom and Jerry: The Movie) — 1992-ci ildə istehsal olunmuş cizgi filmidir. == Həmçinin bax == Tom və Cerri Tom və Cerri (1-ci seriya) == Xarici keçidlər == Tom və Cerri: Film — Internet Movie Database saytında.
Artur (cizgi teleserial, 1996)
"Artur" (ing. "Arthur") — ABŞ-də yaradılmış, dünyanın ən populyar televiziya proqramlardan biri. == İstinadlar == == Xarici keçidlər == Artur — Internet Movie Database saytında.
Azərbaycan cizgi filmlərinin siyahısı
== A == Abbasın bədbəxtliyi (film, 1935) (cizgi filmi) Ad günü (film, 1992) (cizgi filmi) Akvarium (film, 1983) (cizgi filmi) Anam ağaca çıxıb (film, 1986) (cizgi filmi) Analar və laylalar (film, 1992) (cizgi filmi) (TV) Arzular... Arzular... (film, 1988) (cizgi filmi) Arzunu yarat (film, 1977) (cizgi filmi) Aslan və iki öküz (film, 1970) (cizgi filmi) Ayı və siçan (film, 1970) (cizgi filmi) Ayna (film, 2006) (cizgi filmi) == B == Bahar əyləncələri (film, 1989) (cizgi filmi) Balaca çoban (film, 1985) (cizgi filmi) Basatın igidliyi (film, 1988) (cizgi filmi) (TV) Başlanğıc (film, 1982) (cizgi filmi) (TV) Bil (film, 2017) (cizgi serialı) Bir axşam... (film, 1985) (cizgi filmi) Bir dəfə (film, 1990) (cizgi filmi) Bulud niyə ağlayır? (film, 1973) (cizgi filmi) == C == Cat (film, 1933) (cizgi filmi) Cavanşir (film, 2002) (cizgi filmi) Cəsur təyyarə (film, 2009) Cırtdan (film, 1969) (cizgi filmi) Cırtdan-"pəhləvan" (film, 1981) (cizgi filmi) Cırtdan və div (film, 1983) (cizgi filmi) Cırtdan və sehirli xalat (film, 2016) (cizgi filmi) Cırtdan və sehrli xalat – 2-ci hissə (film, 2019) (cizgi filmi) Cırtdanın yeni sərgüzəşti (film, 1973) (cizgi filmi) Cücələrim (film, 1975) (cizgi filmi) == Ç == Çaqqal oğlu çaqqal (film, 1972) (cizgi filmi) Çalalar (film, 2000) (cizgi filmi) Çətin məsələ (film, 1988) (cizgi filmi) == D == Danışan işıqlar (film, 1965) (cizgi filmi) (TV) Daş (film, 1977) (cizgi filmi) Dostlar (film, 2017) (cizgi serial) Dəcəl dovşan (film, 1981) (cizgi filmi) Dədə Qorqud (cizgi filmi) (cizgi filmi) Dəniz səyahəti (film, 1992) (cizgi filmi) Dəniz səyyahı Sindbadın macəraları (film, 1941) (cizgi filmi) Dınqıl, sazım, dınqıl (film, 1976) (cizgi filmi) Düşüncə (film, 1987) (cizgi filmi) Dörd Fəsil (film, 2018) (cizgi filmi) == Ə == ...Əks-səda doğuracaq (film, 1987) (cizgi filmi) Əlifba (film, 2016) Əndazədən çıxanda (film, 1988) (cizgi filmi) Ən güclü kimdir? (film, 2014) == F == Fitnə (film, 1970) (cizgi filmi) == G == Gəldi kosa (film, 1988) (cizgi filmi) Gəlin birgə öyrənək: Rənglər (film, 2014) Gəlin birgə öyrənək: Rəqəmlər (film, 2015) Gənc memar (film, 1978) (Cizgi Süjet-Mozalan № 41) Göyçək Fatma (film, 1973) (cizgi filmi) (TV) Göyçək Fatma (film, 1988) (cizgi filmi) Günlərin bir günündə... (film, 1975) (cizgi filmi) Güzgü (cizgi filmi, 1990) (cizgi filmi) == H == Humayın yuxusu (film, 1985) (cizgi filmi) == X == Xeyir və Şər (film, 1980) (cizgi filmi) Xeyirxah nağıl (film, 1986) (cizgi filmi) (TV) Xoruz (film, 1977) (cizgi filmi) Xrizantema yarpağı (film, 1989) (cizgi filmi) == İ == İfritə Meymunə (film, 1992) (cizgi filmi) İlbizin evi (film, 2011) İlham (film, 1972) (cizgi filmi) (TV) İthaf (film, 1990) (cizgi filmi) İt sərgisi (film, 2010) == K == Karvan (film, 1995) (cizgi filmi) Keşikçi (film, 1990) (cizgi filmi) Kirpi balası və alma (film, 1977) (cizgi filmi) Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003) (cizgi filmi) Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990) (cizgi filmi) Köhnə mismar (film, 2014) Köhnə saat (film, 2014) Kürən (film, 1989) (cizgi filmi) == Q == Qara leylək (film, 1985) (cizgi filmi) (TV) Qaravəlli (film, 1989) (cizgi filmi) Qaravəlli-2 (film, 1992) (cizgi filmi) Qarğa balası və özgə yuvası (film, 2005) Qavaldaş (film, 2022) (cizgi filmi) Qozbeli qəbir düzəldərmi? (film, 1972) (Cizgi Süjet-Mozalan № 6) Qəribə əjdaha (film, 1984) (cizgi filmi) Qırmızılar, qaralar və başqaları (film, 1969) (cizgi filmi) (TV) Qız qalası (film, 1984) (cizgi filmi) (TV) Qız qalası əfsanəsi (film, 1978) (cizgi filmi) Qızıl (film, 2004) (cizgi filmi) Qurbanəli bəy (film, 1989) (cizgi filmi) (TV) == L == Lağım (film, 1993) (cizgi filmi) (TV) Lələtəpə (film, 2020) (cizgi filmi) (TV) Lovğa fil balası (film, 1987) (cizgi filmi) == M == Meşəyə insan gəlir (film, 1980) (cizgi filmi) Mənim balaca Şahzadəm (film, 2019) (cizgi filmi) Mərhəmətin dadı (film, 2007) (qısametrajlı cizgi filmi) Milli əjdaha (film, 2007) (Cizgi Süjet-Mozalan No:183) Molla Nəsrəddin Xoca (film) (cizgi filmi) "Mozalan"ın nağılı (film, 1979) (Cizgi Süjet-Mozalan № 50) Möcüzələr adası (film, 1978) (cizgi filmi) (TV) Münəccimin şagirdi (film, 1983) (cizgi filmi) Mübariz İbrahimov (film, 2021) (animasiya filmi) == N == Nar ağacının nağılı (film, 1989) (cizgi filmi) Nuş olsun (film, 2008) == O == Oda (film, 1990) (cizgi filmi) Oğurlanmış bahar (film) (cizgi filmi) == P == Pəncə...
Balta (cizgi-serial, 2018)
Balta — 6 fevral 2018 tarixindən etibarən yayımlanmağa başlayan, dram, komediya və fantastika janrlarını özündə birləşdirən, müasir Azərbaycanın ilk professional animasiya serialıdır. Serialda baş qəhrəman İsmayılın "bir baltaya sap olmaq" üçün atıldığı sərgüzəştlərdən söhbət açılmışdır. 2021-ci il 7 iyun tarixində isə 38 dəqiqəlik final seriyası ilə izləyicilərinə vida etmişdir. == Məzmun == "Balta" animasiyası Azərbaycan gəncinin gündəlik həyatda yaşadığı problemlərə yumoristik və absurd şəkildə yanaşma göstərən yetkinlər üçün cizgi serialdır. Hekayə bu günə kimi böyüdüyünün fərqində olmayan, avara baş qəhrəmanımız İsmayılın öz ailəsinin güvənini qazanmaq və sevdiyi qız Cananı əldə etmək üçün çox pul qazanmalı olduğunu dərk etməsiylə başlayır. İsmayılın pul qazanmaq üçün əl atdığı yollar bizi macəralardan-macəralara aparır. Azərbaycan dilində, sosial şəbəkələrdə və internet mediasında yayımlanan "Balta" animasiyası 4K keyfiyyəti ilə ümumilikdə 20 nəfərlik komandanın əməyi nəticəsində ərsəyə gəlib. == Cizgi filminin yaradıcı heyəti == Prodüser: Nicat Manafov Layn Prodüser: Elçin Hüseynov Rejissor/Ssenarist: Rəvan Muradov Art Direktor: Əmrah Niyazalı Animatorlar: Vüsal Kərimov, Fərman Dadaşov, Seymur Abdullayev Qrafik Dizayner: Nihad J Layihə Məsləhətçisi: İlkin Yusif == Personajlar == İsmayıl: Hekayənin əsas qəhrəmanı olan İsmayıl 23 yaşında pul qazanmaq üçün yollar axtarır. Musa: İsmayılın kiçik qardaşı. Hüseyn: İsmayılın atası.
Arı filmi (cizgi filmi, 2007)
Arı filmi (ing. Bee Movie) — 2007-ci ildə istehsal olunmuş cizgi filmidir. == İstinadlar == == Xarici keçidlər == Arı filmi — Internet Movie Database saytında.
Simpsonlar filmi (cizgi filmi, 2007)
Simpsonlar filmi (ing. The Simpsons Movie) — Simpsonlar cizgi-serialına əsaslanaraq çəkilmiş 2007-ci il ABŞ istehsalı animasiya filmi. Animasiya, serialın rejissorlarından biri olan Devid Silverman tərəfindən ekranlaşdırlıb, səs rollarını Den Kastellaneta, Culiya Kavner, Nensi Kartrayt, Yardli Smit, Henk Azariya, Harri Şirer, Tress Maknill, Pamela Heyden, Albert Bruks, Rassi Teylor və s. ifa edib. == Məzmun == Ailənin başçısı Homer ciddi problemə yol açır. İşlədiyi stansiyanın yaxınlarındakı gölə zərərli maddələr tökür. Buna görə işdən qovulur. Etdiyi hadisəyə görə Sprinqfild sakinləri təhlükə altındadır. Homer etdiyi xətanı düzəltməyə çalışdıqca işlər qarışır. == Rollarda == Den Kastellaneta - Homer Simpson, Eyb Simpson, Bağban Ulli, Kloun Krasti, Cənab Tini, Saydşou Mel, Mer Kvimbi, EPA polisi, itçi, Barni Qambl, Hans Molman, Börnsun hüquqşunası, Varlı Texaslı Culiya Kavner - Marc Simpson, Petti Buviye və Selma Buviye Nensi Kartrayt - Bart Simpson, Meggi Simpson, Nelson Mantz, Ralf Uiqqum, Todd Flanders Yardli Smit - Liza Simpson Henk Azariya - Mo Sizlak, Apu Nahasapeemapetilon, Komiks satıcısı, Kletus Spakler, Karl, Eşşək arısı-adam, Həkim Nik, Şef Uiqqum, Professor Frink, Kapitan Makkallister, Polis Lyu Harri Şirer - Cənab Börns, Smiters, Ned Flanders, Reyner Volkesl, Rahib Lovcoy, Lenni, Həkim Hbbert, Kent Brokman, Skratçi, Seymur Skinner, Otto Mann, Prezident Şvartsenegger Pamela Heyden - Milhaus Van Huten, Rod Flanders, Cimbo Cons Tress Maknill - Kolin, Plopper, Kuki Kvan, Lindsi Niql, Aqnes Skinner, Xanım Mantz, Elli Marsiya Volles - Edna Krabappel Rassi Teylor - Martin Prins Meqqi Rosvell - Helen Lovcoy, Miss Huver Albert Bruks - Rass Karqill Karl Viderqrott - EPA işçisi Fil Rozental - Televizordakı ata Co Manteqna - Kök Toni Green Day (Billi Co Armstronq, Maykl Dirnt və Tre Kul) - Özləri Tom Henks - Özü == Xarici keçidlər == web.archive.org/web/20130323034746/http://www.simpsonsmovie.com/main.html — Simpsonlar filminin rəsmi saytı Simpsonlar filmi — Internet Movie Database saytında.
Dambo (cizgi filmi, 1941)
Dambo (ing. Dumbo) — 1941-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 4-cü cizgi filmi. İlk nümayişi 23 oktyabr 1941-ci ildə təqdimatı olmuş və 950,000 dollardan artıq gəlir gətirmişdir. Helen Aberson və Harold Pearlin eyniadlı romanının ekranlaşdırılmasıdır. Bəstəkarları Frenk Çörçil və Oliver Uollosdır. 23 oktyabr 2001-ci ildə "Dambo" DVD-də yenidən satışa çıxarılmışdır. 20 sentyabr 2011-ci ildə "Dambo" Blu-ray-də yenidən satışa çıxarılmışdır. == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Dambo — Internet Movie Database saytında.
Güzgü (cizgi filmi, 1990)
== Məzmun == Bu multiplikasiya filmi fantasmaqoriyadır, həyat güzgüsündə xeyir və şər qüvvələr qarşı-qarşıya dururlar... Xeyir baş verə biləcək bəlanın qarşısını alır. Təmizlik rəmzi olan xeyir, yəni su, çirkabı yuyub aparır... == Film haqqında == Filmdə Azərbaycan xalq nağıllarının motivlərindən istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Tofiq Mirzəyev (Tofiq Mirzə kimi) Kinorejissor: Elçin Axundov Quruluşçu rəssam: Elçin Axundov, Gülşən Quliyeva Kinooperator: Ramiz Ağayev Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov Montaj edən: Nisə Hacıyeva Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Gülşən Quliyeva Assistent: Z.Rəhimova, Solmaz Hüseynova, Ziya Xəqani Rəssam: Hüseyn Cavid İsmayılov Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Məmməd Qurbanov === Filmi səsləndirən === Həmidə Ömərova (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Kim Possibl (cizgi filmi)
Kim Possibl (ing. Kim Possible) — 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatına layiq görülmüş ABŞ animasiya serialı. Əslində 65 hissə olan seriala tamaşaçıların istəyi ilə daha 22 hissə əlavə olunmuş və epizodların sayı 87-ə çatmışdır. İlk dəfə 7 iyun 2002-ci il tarixində ABŞ-nin Disney Channel kanalında yayımlanmışdır. Serialda ABŞ-nin uydurulmuş Middlton şəhərində yaşayan Kim Possibl adında 13 yaşlı gənc bir qız, ən yaxın dostu Ron Stoppabl və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. "Kim Possibl" sözü "Impossible" sözündən götürülmüşdür. Mənası İngiliscədən "Mümkün olmayan" deməkdir. Yəni Kim Possibl mümkün olmayan tapşırıqları məsuliyyətlə yerinə yetirir. == Yaradılış == "Kim Possibl" animasiyasının prodüserləri olan Bob Şuli və Mark MakKorklun sözlərinə görə, animasiya haqqında informasiya ilk fikirlər, onların liftdə qalması zamanı yaranmışdır. Prodüserlərin fikrincə, bu elə qəhrəman olmalıdır ki, gördüyü işin əvəzində pul almasın.
Kim Possible (cizgi filmi)

Koralina (cizgi filmi, 2009)
Koralina (ing. Coraline) — ailəvi cizgi film, Nil Geymanın eyniadlı əsərinin 2009-cu ildə "Laika Entertainment" studiyası tərəfindən ekranizasiya olunmuşdu. Uşaqların cizgi filminə tək baxması məsləhət olunmur. Cizgi film Oskar mükafatına namizəd olub. Koralina 3D formatında çəkilən ilk animasiya filmidir. Amerika Kinematoqrafiya İnstitutu 2009-cu ildə "Koralina"ya "İlin ən yaxşı filmi" adını vermişdir.. Dünya üzrə filmin ümumi gəlirləri 124 mln dollar təşkil etmişdi. == Süjet == Koralina Cons valideynləri ilə Çəhrayı saray adlanan bir köhnə evə köçür. Valideynləri öz işləri ilə çox məşğul olduğundan, Koralina darıxır və özünü hər hansı bir işlə məşğul etmək məqsədilə ev və onun ətrafını tədqiq etməyə başlayır. Beləliklə o cənab Bobinski adlı ekssentrik rus akrobatı və siçovulların baş məşqçisi, məcburi iki təqaüdçü aktrisalar - Miss Spink və Miss Forsibl və ağzıboş oğlan Vaybi ilə tanış olur.
Kral Şir (cizgi filmi)
Kral Şir (ing. The Lion King) — Volt Disney şirkəti tərəfindən 1994-cü ildə yaradılmış, Disney studiyası tərəfindən yaradılmış sayca 32-ci cizgi filmidir. İlk çıxış tarixi 15 iyun 1994-cü ildə baş tutmuşdur. == Məzmun == Simba, kral Mufasa ilə Sarabinin oğlu və padşahlığının varisidir. Mufasa Simbaya bir gün onun Afrika Savannasının kralı olacağını başa salır. Mufasanın qardaşı olan Skar isə taxtın varisi olmaq niyyətindədir. Mufasa, qardaşı Skarın qurduğu xain tələ nəticəsində ölür. Amma Skar bunun səbəbini Simbaya onun günahı olduğunu söyləyir və Simbanı qorxudaraq buradan uzaqlaşdırmağı bacarır. Bu zaman onu üç kaftar təqib etməyə başlayır, lakin heç bir uğur qazanmadan geri dönürlər. Artıq taxtın sahibi Skardır.
Küllücə (cizgi filmi, 1950)
Küllücə — Volt Disney tərəfindən istehsal olunan və əvvəlcə RKO Radio Pictures tərəfindən yayımlanan 1950-ci il Amerika cizgi musiqili fantaziya filmidir. Şarl Perronun nağılına əsaslanan Küllücə, on ikinci Disney cizgi filmidir.
Ranqo (cizgi filmi, 2011)
Ranqo Qrem Kinqin rejissorluğu və Qor Verbinskinin prodüserliyi ilə 2011-ci ildə Vestern janrında ekranlaşdırılmış Amerika kompüter animasiyası filmidir. Ranqo həmçinin Oskar mükafatı qazanıb.
Cinni Uizli
Cinni Cinevra Molli Uizli (ing. Ginny Ginevra Molly Weasley 11 avqust 1981) C. K. Roulinq-in Harri Potter roman seriyasındakı uydurma personajdır. Cinni Harri Potter və Fəlsəfə Daşı kitabında Uizli ailəsinin yeganə qızı kimi təqdim edilir. O, Harrinin əsas sevgisinə çevrilir və serialın sonunda onunla evlənir. == Xarakter inkişafı == Cinni Uizli 11 avqust 1981-ci ildə anadan olmuş saf qanlı cadugərdir, Artur və Molli Uizlinin yeddinci övladı və yeganə qızıdır.O, Hoqvarts Cadu və Sehrbazlıq Məktəbində ailəsinin qalan üzvləri kimi Qriffindor fakültəsində oxuyub. Serialın gedişatında Cinni özünü müstəqil və bacarıqlı kimi göstərən, Qaranlıq İncəsənətə qarşı döyüş zamanı birdən çox dəfə Harri ilə birlikdə döyüşən güclü cadugər olur. "The Leaky Cauldron" və "Mugglenet"-ə verdiyi birgə müsahibədə Roulinq Cinni və Harrinin "bir yerə gəlib sonra ayrılacaqlarını" "həmişə bildiyini" açıqladı.Müəllif izah etdi ki, serial irəlilədikcə Harri və bununla da oxucu Cinninin əslində Harri üçün ideal qız olduğunu kəşf edir. Roulinq, Harrinin "Harri Potter onunla birlikdə olmağın tələblərinə dözə bilən biri ilə birlikdə olmalıdır, çünki o, bir çox cəhətdən qorxulu bir sevgilidir" dedi.Serialın sonrakı hissəsində Cinni və Harri "tam bərabərdirlər" və "bir-birinə layiqdirlər". Müəllif, həmçinin hər iki personajın keçdiyi "böyük emosional səyahət"i yazmaqdan həzz aldığını və bir personaj kimi Cinni çox bəyəndiyini də qeyd edib. == Görünüşlər == Cinni ilk dəfə Harri Potter və Fəlsəfə Daşı filmində Harri Kinqs Kross stansiyasında Uizli ailəsi ilə qarşılaşdıqda və onlar ona Platforma 9¾-ə çatmağa kömək edəndə görünür.