FİLM Rəngli “Arşın mal alan” filminin müəllifləri daha texniki imkan və geniş ifadə vasitələrindən istifadə edə bildikləri üçün, rəng kimi yeni elementin zəngin təsir gücündən faydalana bildikləri üçün maraqlı, daha kamil əsər yaratmalı idilər (R.Rza); KİNO (dan.) Məndə, yalnız məndədir; Teatr, kino, futbol... (M.Rzaquluzadə); KİNOFİLM “Məşədi İbad” kinofilminin müvəffəqiyyət qazana bilmədiyi məhz Üzeyir sənətinin prinsiplərinə yad olan əlavələr, “təshihlər”, deyişmələrin acı nəticəsidir (R.Rza); KİNOLENT, LENT “Kənddə zavod” sənədli filmi məhz belə kinolentlərdir. Müsabiqənin qalibi olan, “Vavilon XX”, “Ömrün tən yarısı”, “Moskva göz yaşlarına inanmır”, “Təsadüfi sərnişin” bədii lentləri “İşıq qabaqdadır” (Qəzetlərdən); KİNOŞƏKİL Əmiraslan baba.. belə kinoşəkillərə düşməyini, şöhrət qazanmağını istəyirdi (S.Rəhimov).