Azərbaycan dilinin etimologiya lüğəti

  • TƏTİK

    Tüfəngin çaxmağına tətik də deyirik. Tətik sözü çəkik kimi olub və çəkmək feili zəminində yaranıb. (Bəşir Əhmədov

    Tam oxu »
  • TƏTİL

    Ərəbcədədir “dayandırma” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏVƏKKÜL

    Ərəbcədir, vəkil, müvəkkil sözləri ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏVƏLLÜD

    Ərəbcə övlad, valideyn, validə, mövlud sözləri ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏZAD

    Ərəbcə zidd sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏZƏ

    Farsca taxtən məsdərinin əsasıdır və “tər” mənasını əks etdirir. Farsca tazə kimi işlədilir. (Bəşir Əhmədov

    Tam oxu »
  • TƏZKİRƏ

    Ərəbcə zikr sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TƏZMİNAT

    Ərəbcə zəmanət, zamin sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TIĞ

    Taxılı, bostan məhsullarını və s. təpəcik halında bir yerə yığır və adını tığ qoyurlar. Sözün əsli yığ (topa) kimi olub

    Tam oxu »
  • TIXAMAQ

    Tıxmaq feilinin intensivlik bildirən variantıdır (-a şəkilçisi intensivlik mənası yaradır). (Bəşir Əhmədov

    Tam oxu »
  • TINCIXMAQ

    Tınc (nəfəs kimi tərcümə olunur) sözü ilə bağlıdır. Təngnəfəs “задыхаться” anlamında işlədilir. Söz ot-ux-maq qəlibi üzrə yaranıb

    Tam oxu »
  • TISBAĞA

    Kəllə sözünün sinonimi qafatasıdır. Deməli, tas sümükdür, çanaqdır. Tısbağa “tası (çanağı) olan bağa” deməkdir

    Tam oxu »
  • TİFAQ

    Alınma sözdür və “ev, ailə” mənasını verir. Dialektlərdə təhrif edilib və tufana şəklində işlədilir (qarğış edəndə tifaqın dağılsın əvəzinə, tufanan d

    Tam oxu »
  • TİFTİK

    Mənbələrdə tifək sözü “yumşaq yun” kimi açıqlanıb. Tiftik indi “saç” anla­mın­da işlədilir. Rus dilindəki тюфяк (yumşaq mənasında) sözü də buradandır

    Tam oxu »
  • TİKAN

    Tikmək feilindən əmələ gəlib. Tikmək sözünün qədim mənası “sancmaq”, “deşmək” deməkdir, tikan əvvəlcə feili sifət olub, “sancan” anlamını əks etdirib

    Tam oxu »
  • TİKMƏK

    Ən qədim mənası “deşmək” deməkdir, “шить” mənası sonradan əmələ gəlib. Dədəm Qorqud iynəyə tikən deməyib, çünki iynə “yığan” deməkdir, tikən de­mək de

    Tam oxu »
  • TİMSAH

    Alınma sözdür, M.Kaşğarinin dövründə türklər timsah yerinə alavan sözünü işlədiblər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TİRAN

    Yunanıstan tarixinin ilk çağlarında onun şəhərləri çarlar tərəfindən idarə olunurdu. Həmin çarlar eyni zamanda din xadimi vəzifəsini də yerinə yetirir

    Tam oxu »
  • TİRƏ

    “Bir nəsildən olanların yaşadığı ərazi” mənasını bildirir. Təqirə kimi də işlədilib. Mənası “qohumların yaşadığı dairə, ərazi” demək olub, sözün mənşə

    Tam oxu »
  • TİTRƏMƏK

    Mənbələrdə “дрожание” anlamını verən tir sözü var (tir-tir əsmək). Görünür, titrə sözü tirtə kimi olub, sonra formasını dəyişib

    Tam oxu »
  • TİYƏ

    Farsca tiğ “qılınc”, “tiyə” deməkdir. Söz bununla bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TOFİQ

    Ərəbcə “kömək edən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TOĞAN

    Şahin növüdür, mənbələrdə duyğun kimi verilib. Torağay (çəkik də deyiblər) yerinə, duyğar yazılıb. Görünür, duymaq feili ilə bağlıdır

    Tam oxu »
  • TOĞLU

    Qoyunun balası 6 aya qədər quzu, sonra isə (1 yaşa qədər) toğlu adlanır. Bu söz, məncə, tük sözü ilə bağlıdır

    Tam oxu »
  • TOĞRUL

    Durna ovlayan quşa deyiblər, durnaquşu kimi də işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TOĞULUQ

    Toğlu sözündən əmələ gəlib. Sahibkarın qoyununu otaran şəxs bunun müqabilində ildə hər 25 qoyun üçün bir toğlu haqq alırmış

    Tam oxu »
  • TOX

    Doymaq kəlməsi ilə qohumdur, doymaq mənbələrdə həm də t (toymaq) ilə yazılıb. Son samitin dəyişməsi sözün mənaca fərqlənməsinə səbəb olub

    Tam oxu »
  • TOXA

    Toxunmaq (zərbə endirmək) sözü ilə kökdaşdır. Sözün kökü “tox”dur, ondan toxa ismi, toxu və toxmaq feilləri əmələ gəlib (indi toxmaq isim kimi işlədil

    Tam oxu »
  • TOXMAQ

    Toxu, toxunmaq, toxa kimi sözlər eyni kökə malikdir. Toxa (kətmən) elə toxunmaqla (zərbə endirməklə) əlaqədar sözdür

    Tam oxu »
  • TOXTA

    “Утешение” anlamında toq sözü mövcud olub. Onun da əsasında toxta kəlməsi yaranıb (tap-da-maq modeli üzrə)

    Tam oxu »
  • TOXUM

    Fars dilindən alınma sözdür. Bizdə onun yerinə uruk, uruğ, orluq kimi kəlmələr işlədilib. Görünür, “biçmək” anlamını verən or sözü də yuxarıdakılarla

    Tam oxu »
  • TOXUMAQ

    ”Zərbə endirmək” mənasını verən toxu feili ilə bağlıdır. Kilim və s. şeyləri həvə, kirkid kimi alətlərlə toxuyurlar

    Tam oxu »
  • TOQQUŞMA

    Kökü toxunmaq sözü ilə bağlıdır. Görünür, əsli toxuşmaq kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TOQQUŞMAQ

    Toxa (alət adı), toxunmaq, toqquşmaq kəlmələri kökdaş sözlərdir. “Vurmaq”, “dəymək” mənalarını əks etdirir

    Tam oxu »
  • TOLAZLAMAQ

    “Zərbə endirmək”, “atmaq” mənasını verən tul feili olub. Onun da əsa­sında tulla, tolazla sözləri yaranıb, amma feil -la şəkilçisini qəbul etmir: vur-

    Tam oxu »
  • TOLERANTLIQ

    lat. tolerantia – dözüm

    Tam oxu »
  • TOM DAYI

    Bəşər tarixində yazılan ən əhəmiyyətli kitablardan biri Harriyet Biçer-Stounun “Tom dayının daxması”dır

    Tam oxu »
  • TOMAĞA

    “Quş kəkili” deməkdir. Tom (topa) halında olduğundan belə adlanıb. Tomağalı sözü isə həmin kəlmədən əmələ gəlmiş sifətdir

    Tam oxu »
  • TOMRİS

    Qədim türkcədə “həyat bəxş edən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Tam oxu »
  • TOP

    “Yumru” mənasını verən sözdür. Topa halında yığmaq birləşməsindəki topa sözü, topuq kəlməsi və s. məhz “yumru, kürə halında olan” mənasını əks etdirir

    Tam oxu »
  • TOPAL

    Ayaq (təpik) sözü ilə bağlıdır. Qolu şikəst olana çolaq (əsli: qolu yox), ayağı şikəst olana topal deyirik

    Tam oxu »
  • TOPAZ

    yun. topazos – adı, topaz yatağının ehtimala görə ilk dəfə tapıldığı Qırmızı dənizdəki eyniadlı adanın adından götürülmüşdür

    Tam oxu »
  • TOPOQRAFİYA

    yun. topos – yer + yun. grapho – yazıram

    Tam oxu »
  • TOPONİMİKA

    yun. topos – yer, məhəll + yun. onyma – ad

    Tam oxu »
  • TOPUQ

    Ayağın baldırla birləşdiyi yerdə iki çıxıntı var, topuq (лодыжка) və ya topuq sümüyü adlanır. Formaca topa oxşadığı, yəni yumru olduğu üçün ona bu adı

    Tam oxu »
  • TOR

    Hör (ör) kəlməsi ilə qohumdur. Hətta bəzi dialektlərdə hörümçək yerinə torumça işlədilir. Deməli, tor “hörülmüş” (toxunmuş) mənasını verən bir kəlmədi

    Tam oxu »
  • TORAĞAY

    Bu söz bizdə quşların ümumi adı olub, quşlar boz torağay (sərçə), qara torağay (qaratoyuq), sarı torağay (tarla quşu) kimi ifadələrlə bir-birindən fər

    Tam oxu »
  • TORQ

    “İpək” mənasında işlədilir. Tuva dilində indi də barama yerinə, torqu deyirlər. Barama xalis türk sözüdür və bürümək feili zəminində əmələ gəlib

    Tam oxu »
  • TORNADO

    isp. tornado < tornar – fırlatmaq

    Tam oxu »
  • TORPAQ

    Əsli topraq formasında olub. Təpik sözü ilə bağlıdır: “ayağımızın altında olan” deməkdir: top (raq) və təp (ik) arasındakı fonetik oxşarlıq da bunu sü

    Tam oxu »