TOMRİS

Qədim türkcədə “həyat bəxş edən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TOMAĞA
TOP
OBASTAN VİKİ
Tomris
Tomris (İran dilləriden Tahmirih, Cesur, Türkcə: Temir — "Dəmir"; e. ə. VI əsr, Mərkəzi Asiya, Massagetlər – e. ə. VI əsr, Mərkəzi Asiya, Massagetlər) — Massagetlərdən və saklardan olan məşhur peçeneq qadın sərkərdə, skif dövlət xanı. Sakların şahzadəsi olan Tomris/Tomarisin adı Azərbaycanda günümüzə qədər istifadə olunan qadın adıdır. Tomris haqqında əsas məlumat Herodotun Tarix əsərində qorunmuşdur. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən tarixçilərindən sayılır. Heredotun kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e.
Tomris (ad)
Tomris — qadın adı. Tomris — Massagetlərdən və saklardan olan məşhur peçeneq qadın sərkərdə, skif dövlət xanı. Tomris Azəri — Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris İncer — Türkiyə aktrisası.
Tomris (dəqiqləşdirmə)
Tomris (film, 2019)
Tomris Uyar
Tomris Uyar (15 mart 1941, İstanbul – 4 iyul 2003, İstanbul) — türk yazıçı və tərcüməçi. Tomris Uyar 15 mart 1941-ci ildə İstanbulda iki vəkilin qızı və Cümhuriyyət Xalq Partiyasının siyasətçisi Süleyman Sırrı Gedikin nəvəsi olaraq dünyaya gəlmişdir. İngilis Qızlar Orta Məktəbi və Arnavutköy Amerika Qızlar Kollecində təhsil almışdır (1961). 1963-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsinə bağlı Jurnalistika İnstitutunu bitirib. Camal Sürəya və Ülkü Tamerlə birlikdə "Papirus" jurnalının yaradıcılarından olan Uyar "Yeni Dergi", "Soyut", "Varlıq" kimi jurnallarda esse, tənqid və kitab təqdimatlarını dərc edib. 60-dan çox dildə tərcüməsi çap olunan Uyarın gündəlikləri "Gündökümü" ümumi adı ilə nəşr olunmuşdur. Virciniya Vulf, Edqar Allan Po, Xorxe Luis Borxes, Luis Kerroll, Antuan de Sent-Ekzüperi və Qabriel Qarsiya Markes kimi müəlliflərin əsərlərini türk dilinə tərcümə etmiş, qısa hekayələri 11 cilddən ibarət kitabda nəşr olunmuşdur. 2003-cü ildə qida borusu xərçəngindən vəfat edən yazıçının məzarı Zəncirliquyu qəbiristanlığında yerləşir. 1975-ci ildə həyat yoldaşı Turqut Uyarla birlikdə Lukresinin təbii ensiklopediya "De rerum natura" (Evrenin yapısı, İstanbul 1974) tərcüməsinə görə Türk Dil Qurumunun mükafatını qazanmışdır. 1980 və 1987-ci illərdə Sait Faiq Hekayə Ərmağanına layiq görülən iki türk yazıçıdan biri olub.
Tomris İncer
Tomris İncer (16 mart 1946 və ya 16 mart 1948, Bolqarıstan – 5 oktyabr 2015, İstanbul) — Türkiyə aktrisası. Tomris İncer 1948-ci il martın 16-da Bolqarıstanda doğulub. 1974-cü ildən İstanbul Şəhər Teatrında çalışıb. Türkiyənin film və seriallarında rol alan Tomris İncer Azərbaycan tamaşaçılarına "Mahmud və Məryəm" filmindən yaxşı tanışdır. 5 oktyabr 2015-ci ildə Türkiyənin İstanbul şəhərində, 67 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Tomris (film, 2019)
Bu film türk massagetlərin və onların kraliçası tomris'in və farsların şahı kir'in savaşıdır. bu film herodotun yazdığı tarıxə dayanaraq düzəlibdir.Bu film dünyanın ən yaxşı və ən güclü kralı olan Böyük Kiri təhqir edir.Bəzi beynəlxalq mediaya görə, bu xəbər həqiqətə uyğun deyil Herodota göre türk kraliçası kiri öldürüb Əhəmənilər imperiyasının yüksəlişi fonunda Böyük çöldə köçəri tayfalar arasında torpaqlar uğrunda çəkişmələr gedir. Massaget tayfasına qüdrətli və qorxmaz Sparqap başçılıq edir. Oğlan övladı həsrətində olsa da, sevimli həyat yoldaşı Bopay onun üçün bir qız övladı dünyaya gətirir və özü də qanaxmadan vəfat edir. Bopayın vəsiyyəti ilə qıza Tomris adını qoyurlar. Sparqap onu əsl döyüşçü ruhunda böyüdür, qılınc oynatmağı, at çapmağı, döyüş fəndlərini öyrədir. Ancaq massagetlərdən olan xainlər - Kavaz və Kurtun düşmən xarəzmlərlə gizli sövdələşməyə gedərək, tayfa başçısına sui-qəsd edərək onu aradan qaldırırlar. Sparqap və ailəsi bir gecənin içində qanına qəltan edilir. Yalnız Tomris sağ çıxır. Meşədə sığınacaq tapan Tomris böyüyüb atasının intiqamını almağa and içir.

Digər lüğətlərdə