is. Öz üzərində müşahidə aparma, öz-özünü müşahidə etmə; öz hərəkətləri, hissləri, fikirləri üzərində müşahidə aparma
1. əvəz. Özünə məxsus olan, özünə aid olan. Paltar özününküdür. 2. İs. mənasında. Öz adamı, öz qohumu, öz yaxını, yaxud öz şeyi, öz fikri və s
is. Öz işindəki nöqsanları aradan qaldırmaq üçün öz səhvlərini göstərərək tənqid etmə. Tənqidi və özünütənqidi genişləndirmək
is. Özünü tərbiyə etmə
sif. Hər hansı göstəriciləri avtomatik surətdə qeyd edən. Özüyazan cihaz
sif. Öz dartı qüvvəsi ilə hərəkət edən. Özüyeriyən kombayn
Azərbaycan əlifbasının iyirmi üçüncü hərfi. bax pe
is. [fars. paçə – kiçik ayaq] 1. Bədənin, iki qıçın arasındakı hissəsi. Ördək qaz yerişi yeriyəndə paçası aralı qalar
is. [fars.] : paçabənd etmək (eləmək) – bax paçalamaq. [Mirzə Səttar:] Xux, yeyərsiz məni, çox böyük adamlar gəlir, onları paçabənd eyləyib qoyaram al
“Paçalamaq”dan f.is
f. Paçasından tutmaq; yapışmaq, paçabənd etmək. Nuşapəri xanım səbir eləyə bilməyib tez yorğan-döşəkdən durdu, qarını paçalayıb, qoydu dizinin altına
is. Türk tayfalarından birinin adı və həmin tayfaya mənsub olan adam
is. [fars.] 1. Hökmdar, imperator, şah, sultan. Qoy səndən kiçiklər çapsınlar, sən çapma. Yalnız böyük padşahların qarşısında ad qazanmaq və ya özünü
is. köhn. 1. Padşah vəzifəsi; şahlıq. Məlik Çoban çox ədalətlə padşahlıq etməyə, camaatla yaxşı rəftar etməyə başladı
is. [fars.] Padşah tərəfdarı, padşahlıq üsuli-idarəsi tərəfdarı; monarxist
is. Padşah üsuliidarəsinə tərəfdar olma, onu yeganə dövlət üsulu kimi qəbul etməkdən ibarət mürtəce siyasi cərəyan
sif. köhn. Padşaha layiq, padşahlarda olduğu kimi; şahanə. Kişi gedib bazardan bir dəst padşahyana libas aldı… (Nağıl)
is. [fars.] Zəhərə qarşı maddə, dərman. İbn-Sina “Həkimlik sənətinin qanunu” adlı kitabda … padzəhərlər haqqında ətraflı məlumat vermişdir
[yun. pathos – ehtiras] 1. Ehtiraslı ruh yüksəkliyi; təmtəraq. Pafosla danışmaq. Yalançı pafos. – Direktor … saçlarını əsdirərək, tragik aktyor pafosu
sif. Ehtiraslı, coşqun, təmtəraqlı. Pafoslu nitq. Pafoslu çıxış
nida. Təəccüb, təəssüf, kədər kimi hissləri ifadə edir. Pah, nə pis oldu. Pah, nə çox kitabın var. Pah, yaman işə düşdük
bax pah. [Hamı:] Paho! Bu nə işdir, … belə də adam aldatmaq olarmı? Ü.Hacıbəyov. Paho, strajnik gəlib ki, xoş gördük! – deyə Əhməd irəli gəlib Fərmanl
is. Uzaq Şərqdə yaşayan etnik azlıqlar qrupu və həmin qrupa mənsub olan adam
sif. [ər. bəxil] Başqasının üstünlüyünə, xoşbəxtliyinə, rifahına, müvəffəqiyyətinə, qabağa getməsinə dözməyən, bundan dilxor olan, bunu gözü götürməyə
is. Başqasının rifahına, üstünlüyünə, müvəffəqiyyətinə, xoşbəxtliyinə, qabağa getməsinə dözməmə, bundan dilxor olma, acıqlanma; gözügötürməzlik, dargö
bax pas. Baxıb saxta gözümüzlə; Hamar gördük çuxuru biz; Saray bildik axuru biz; Görəmmədik qat bağlayan paxırı biz
“Paxırlanmaq”dan f.is
bax paslanmaq
bax paslı. Qumru qalayı getmiş, paxırlı tiyançanı gətirib küncə qoydu. Mir Cəlal. [İlyas:] Yanımdakı kolların paxırlı yarpaqlarında bir-iki iri yağış
is. İçində iri dənələri olan bostan bitkisi. Paxlanı becərmək. // Həmin bitkinin plova qatılan iri toxumu
sif. İçində paxla olan, paxla ilə bişirilmiş. Paxlalı aş. □ Paxlalı bitkilər – bax paxlalılar. Paxlalı bitkilər əkilən sahələrin torpağı azot birləşmə
is. Paxla əkilmiş yer, paxla tarlası. Paxlalığı suvarmaq
cəm bot. Paxla məhsulu verən bitki fəsiləsi
is. Paxla və düyüdən bişirilən plov növü, paxlalı plov
is. 1. Yayılmış xəmir qatları arasına döyülmüş badam (fındıq, qoz və s.) ləpəsi ilə şəkər tozu tökülən və romb şəklində kəsilərək bişirilən Şərq şirni
sif. [fars.] Təmiz. …Hava gərək təmiz olsun, onun pak olmağı həyat və xarab olmağı ölümdür. H.Zərdabi
is. [ing. pack] Qütb dənizlərində yaranan çox iri çoxillik üzən buz. Pakın qalınlığı 3-5 metr olur
is. [ing.] Quyunun neft, su və qaz təbəqələrini bir-birindən ayıran qurğu
is. [fr.] 1. İçərisinə məktub qoyulmuş konvert, zərf. Pristav əlini cibinə salıb, göy bir paket çıxarıb açdı
sif. [fars.] 1. bax pak. [Seyid:] Təmizcə, pakizə müsəlman nömrələri saxlayıram… Ə.Haqverdiyev. 2. məc
is. Paklıq, təmizlik
“Paklamaq”dan f.is
f. Murdar sayılan bir şeyi yumaqla pak etmək; təmizləmək. İt yalamış qabı paklamaq
“Paklanmaq”dan f.is
f. Təmizlənmək, yuyulub təmizlənmək. // qayıd. Yuyunub təmizlənmək. Biz indi dünənin çirkablarından; Necə təmizlənək, necə paklanaq? B
is. 1. Təmizlik. 2. məc. Mənəvi təmizlik, daxili saflıq. [Mahmud:] O gecə cəmi ömrümün gözəlliyini, paklığını, salamatlığını beş dəqiqəyə qurban verdi
[lat.] Adətən böyük siyasi əhəmiyyəti olan beynəlxalq müqavilə. Hücum etməmək haqqında pakt. Paktı imzalamaq
təql. Qaynayan mayedən çıxan səs. Samovar paqqapaq qaynayır
“Paqqıldamaq”dan f.is
f. Paqqıltı səsi çıxarmaq, paqqapaq qaynamaq. Qazan paqqıldayır. // Qaynayan, yaxud bir qabın boğazından çıxan su haqqında