sif. Kök, dolğun və iri. Ay keçdi, il dolandı, Araz böyüdü, ətli-canlı, yaşına görə irigövdəli bir oğlan oldu
sif. Dolğun, sağlam
is. aşp. Ətlə düyü qarışdırılaraq bişirilən çilov
sif. Kəsilmək (əti yeyilmək) üçün saxlanılan. Ətlik mal. – Öküzün cütə getməyənini ətlik adına satarlar
sif. k.t. Ət və piy verən, ət və piy əldə etmək üçün saxlanılan. Ətlikpiylik donuz
sif. k.t. Ət və süd verən, ət və süd əldə etmək üçün saxlanılan. Ətliksüdlük camış
is. Ətli heyvanın hal və keyfiyyəti
is. köhn. Çörək. Yanmış ətmək yeməz idin əsla. M.Ə.Sabir. [Birinci işçi:] Bunu gördükdə hər insan utanır? Bu qabarlar sizə ətmək qazanır! H
is. məh. Tüklənməmiş quş balası; ətcəbala
is. [ər. “tərəf” söz. cəmi] 1. Cəhətlər, tərəflər. 2. Dörd tərəf, yan-yörə; hər tərəf. Ətrafına göz gəzdirmək
sif. Müfəssəl, hərtərəfli, təfsilatlı, geniş. Ətraflı məktub. Ətraflı izahat. // Zərf mənasında. Ətraflı məlumat vermək
zərf Çox ətraflı. Lakin bu xüsusda ətraflıca düşünmək lazım idi. T.Ş.Simurq. Hər kəs ətraflıca mülahizə olunmuş müəyyən bir fikir ilə gəlsin
is. [ər. “türk” söz. cəmi] klas. Türk elləri, türk tayfaları, türk ölkələri. “LeyliMəcnun” əcəmdə çoxdur; Ətrakdə ol fəsanə yoxdur
sif. Ət rəngində olan. Ətrəngi corab
is. [ər. “ətr” söz. cəmi] Ətirli maddələr, ətirlər. Ətriyyat mallarına ətirlər, odekolonlar, xoşiyli sular və qeyriləri daxildir
sif. 1. Arıq, əti az. Ətsiz qoyun. 2. Ətdə bişməmiş, əti olmayan. Ətsiz xingal. Ətsiz xəmiraşı. Ətsiz şorba
“Ətsizləmək”dən f.is
f. 1. Arıqlamaq, ətini tökmək. Qışda qoyunlar ətsizləşir. 2. dan. Ürəyi ət, ətli xörək istəmək. Axır vaxtlar lap ətsizləmişəm
is. 1. Arıqlıq. 2. Ət olmaması, ət qıtlığı. 3. Xörəkdə ət olmaması
is. aşp. 1. Əti qaynadıqdan sonra hasil olan yağlı və qidalı su; bulyon. 2. Bozbaş
is. [ər.] köhn. 1. Ətirli şeylər, ədəvat və s. satan adam. Elm və maarif … hamının arasında yayılmalıdır, çoban da, əkinçi də, tacir də, əttar da nazi
is. köhn. Əttarın işi, sənəti, peşəsi. Əttarlıq etmək. – [Mirzə Turab:] …Amma [İsmayıl bəyin] nə həkimlikdən başı çıxır, nə də əttarlıqdan
is. [ər.] Etdiyi əməlindən peşman olub tövbə etmə, bir daha etməyəcəyinə söz vermə. Tövbə, əttövbə, xəta rahinə getdiklərimə; Bilib etdiklərimə, bilmə
sif. Çox ağır təsir edən, insanda dəhşət oyadan. Hanı o buzlu Sibirə doğru uzanan boz geyimli dustaqların ətürpərdən qandal səsləri? M
bax ətürpərdən
is. [ər. “tövr” söz. cəmi] Davranış, adamlarla münasibət. Cəhd eylə, sən ancaq nəzəri-xalqda pak ol; Məxluqu inandır; Xasiyyətin od olsa da, ətvarda x
sif. Ət yeməyən, kəsilmiş heyvan ətini yeməyən
sif. Ətlə qidalanan
is. [ər. “axir” söz. cəmi] klas. Axır, son vaxtlar
zərf klas. Axırda. Münəccimbaşıya əvaxirdə bu bəhsi varid edirdilər, cavab verirdi. M.F.Axundzadə
zərf klas. Axırlarında. Haman ilin yaz fəslinin əvaxirində, elə yadımdadır ki, may ayının axırı idi. C
[ər.] bax avam. [Məmmədağa:] Əvam da var, əvam da… Amma bunlar kimi əvam mən görməmişəm. N.Nərimanov
bax avamlıq
is. [ər.] köhn. Avam qara camaat. Ədəbdən, elmdən gər feyzyab olsa əvamünnas; Düşər şənü şərəfdən, mollalar, işanlar, insanlar! M
zərf [ər. “əvvəl” söz. cəmi] klas. Əvvəllər, ilk vaxtlar. [Molla Həmid:] Sən iki pudu dəxi misin tortasına-zadına çıx, gələn ayın əvayilində otuz pud
is. bot. Xalq təbabətində işlənən, habelə qurudulmuş yarpaqları aşa qatılan, enliyarpaq, birillik ot bitkisi
is. Əvəlik qatılmış düyüdən bişirilən çilov. Əvəlikçilovu qatıqla yeyirlər
sif. Əvəlik qatılaraq bişirilmiş. Əvəlikli çilov (aş)
is. Əvəlik qatılmış düyüdən bişirilən plov
əd. [türk.] Təsdiq bildirir – bəli, hə. Baxdım ki, əzim bir cəmaət; Eyzən ürəfa, əvət, həqiqət. M.Ə.Sabir
is. [ər.] 1. Qarşılıq, bir şeyin (adamın) yerini tuta bilən şey (adam). Bu şeyin əvəzi yoxdur. Onun əvəzini tapmaq çətindir
sif. və is. 1. Eyni zamanda bir neçə yerdə işləyən, bir neçə vəzifə tutan (şəxs). Əvəzçi işçi. Əvəzçi müəllim
is. 1. Eyni zamanda bir neçə vəzifə aparma, eyni zamanda bir neçə yerdə qulluq etmə. Əvəzçilik işin keyfiyyətinə ziyan vurur
is. Bir şeyi əvəz edən, onun əvəzində işlənən şey. Qan əvəzediciləri. // Sif. mənasında. Əvəzedici maddə
is. Əvəzetmə, əvəz edə bilmə
sif. Heç bir şeylə, heç bir başqa adamla əvəz edilə bilməyən, əvəzi tapıla bilməyən, əvəzi olmayan, çox qiymətli
is. Əvəzedilməz şeyin vəziyyəti, halı, xüsusiyyəti
is. 1. Əvəzləmə. 2. kim. Birləşmə və ünsürlərin qarşılıqlı təsiri ilə yeni birləşmə və ünsürlər alınan kimyəvi reaksiya
“Əvəzləmək”dən f.is
f. Bir şey verib əvəzində başqasını almaq. // Bir şeyi başqası ilə əvəz etmək