Толковый словарь азербайджанского языка

  • ƏLİGƏTİRƏN

    sif. Qumar və s. oyunlarda daim bəxti gətirən, həmişə udan

    Полностью »
  • ƏLİGÖDƏK

    sif. dan. Əlinə pul keçməyən; yoxsul, fəqir

    Полностью »
  • ƏLİİSTİ

    sif. Mahir atıcı, atıcılıqda cəld olan. Əliisti adamın əlindən ov qurtara bilməz

    Полностью »
  • ƏLİİTİ

    sif. Əldən çapıq; zirək, cəld. Əliiti adam. – Bu iki işin ikisində də Leylək əliiti idi. S.Rəhimov

    Полностью »
  • ƏLİK

    is. zool. Vəhşi keçi; keyik. Davanın şiddətli vaxtında dağın döşündə bir sürü əlik göründü. “Qaçaq Nəbi”

    Полностью »
  • ƏLİKASAD

    is. dan. Yoxsul, pulsuz

    Полностью »
  • ƏLİKASADLIQ

    is. dan. Yoxsulluq, pulsuzluq

    Полностью »
  • ƏLİQABARLI

    1. sif. Cismani əməklə, xüsusilə əl əməyi ilə məşğul olan. Əliqabarlı fəhlə. 2. is. məc. Zəhmətkeş, əməkçi

    Полностью »
  • ƏLİQAMÇILI

    sif. 1. Əlində qamçı olan, əlində qamçı tutmuş. Əliqamçılı süvari. Əliqamçılı polislər. 2. məc. Zalım, qəddar, zülmkar mənasında

    Полностью »
  • ƏLİQANDALLI

    sif. Əllərinə qandal vurulmuş. // Dustaq, əsir

    Полностью »
  • ƏLİQANLI

    sif. və is. Cinayətkar, qatil, cani. Əliqanlı cinayətkarlar öz cəzalarına çatacaqlar. – [Sultan] əliqanlı, … bizim yoldaşlardan … az-az həlak eləməmiş

    Полностью »
  • ƏLİL

    is. və sif. Xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş; şikəst. Əlillər cəmiyyəti

    Полностью »
  • ƏLİLLİK

    is. Əlil adamın hal və vəziyyəti. Təqaüdün miqdarı əlillik dərəcəsinə görə təyin edilir

    Полностью »
  • ƏLİMYANDI

    zərf dan. 1. Çox tələsik, tez, qaçaraq. Bilmirəm keçən vaxt yaşılbaş sona niyə belə əlimyandı ilə axtarılırmış

    Полностью »
  • ƏLİRİŞMƏZ

    bax əlyetməz. Şu uzaqlarda parlayan yıldız; Əlirişməz ümidlər kimidir. M.Hadi

    Полностью »
  • ƏLİUŞAQLI

    sif. Körpə uşağı olan. Əliuşaqlı qadın

    Полностью »
  • ƏLİUZUN

    sif. dan. 1. Başqasının malına xəyanət edən, əl uzadan, onu mənimsəməyə, əlinə keçirməyə təşəbbüs edən, çalışan; oğurluğa meyli olan

    Полностью »
  • ƏLİUZUNLUQ

    is. Əliuzun adamın işi, hərəkəti; oğurluğa meyil. □ Əliuzunluq etmək – başqasının əmlakına, malına əl uzatmaq, onu mənimsəməyə, ələ keçirməyə, götürmə

    Полностью »
  • ƏLİYALIN

    zərf Əlində heç bir silah olmadığı halda, silahsız-yaraqsız

    Полностью »
  • ƏLİYUXA

    sif. dan. Mayası, pulu az olan; kasıb. Əliyuxa adamdır

    Полностью »
  • ƏLİYÜNGÜL

    sif. İştirakı ilə müvəffəqiyyət, uğur gətirən (əliağır ziddi). Əliyüngül adam

    Полностью »
  • ƏLİYÜNGÜLLÜK

    “Əliyüngül”dən mücər

    Полностью »
  • ƏLKİMYA

    is. [ər.] Orta əsrlərdə: guya iksir qatmaqla sadə metalları qiymətli metallara çevirmək mümkün olduğunu iddia edən, elmi kimyadan əvvəlki mistik elm

    Полностью »
  • ƏLKİMYAÇI

    is. Qədimdə: əlkimya ilə məşğul olan adam

    Полностью »
  • ƏLQABI

    is. dan. Aftafa. □ Əlqabına çıxmaq – təbii ehtiyac üçün çıxmaq

    Полностью »
  • ƏLQƏRƏZ

    ara s. [ər.] Xülasə, sözün qısası, müxtəsər, bir sözlə. Əlqərəz, keçəl ilanı genə yeşiyə qoydu. (Nağıl)

    Полностью »
  • ƏLQİSSƏ

    ara s. [ər.] klas. bax əlqərəz. Əlqissə, vücudum oldu bərbad; Bir ləhzə fələkdən olmadım şad. Füzuli

    Полностью »
  • ƏLQUŞU

    is. 1. Əhliləşdirilmiş quş. // Ov quşu. 2. məc. dan. zar. Qucaqda saxlanmağa öyrənən, həddən artıq əzizlənib bəslənən uşaq haqqında

    Полностью »
  • ƏLLAF

    [ər.] bax allaf. Əllaflar çuvalçuval arpa, buğda və saman alıb arabalara doldurur, eşşəklərə yükləyirdilər

    Полностью »
  • ƏLLAMƏ

    is. və sif. [ər.] 1. Çox bilən, hər elmi bilən (adam). 2. məc. Yalançı alim. Qınamasınlar məni; Hər şeydən xəbər verən əllamə tənqidçilər

    Полностью »
  • ƏLLAMƏLİK

    is. Özünü alim, bilici kimi göstərmə, alimlik satma. Əllaməlik etmək. Bu əllaməlik nə üçündür? – Əllaməlik eyləyənlər bu yerlərə ayaq basmaz; Lakin sə

    Полностью »
  • ƏLLƏM-QƏLLƏM

    sif. dan. Düz olmayan, qeyri-ciddi, etibar edilə bilməyən, cəncəl, hiyləbaz, fırıldaqçı, sözünün üstündə durmayan

    Полностью »
  • ƏLLƏMƏ₁

    “Əlləmək”dən f.is

    Полностью »
  • ƏLLƏMƏ₂

    is. məh. Daş, qaya. ◊ Başına əlləmə düşsün – qarğış ifadəsi. [Hürü:] Evin yıxılsın, Mələk xanım, başına əlləmə düşsün, Mələk xanım, dincəldinmi? N

    Полностью »
  • ƏLLƏMƏK

    f. 1. Əllə yoxlamaq, əl sürtüb baxmaq, əl sürtmək, əl vurmaq, əl toxundurmaq. Mirzə Rəhim ağa, Hacı xana mütəvəcceh olub gülə-gülə çənəsini əlləyirdi

    Полностью »
  • ƏLLƏNMƏ

    “Əllənmək”dən f.is

    Полностью »
  • ƏLLƏNMƏK

    məch. 1. Əllə yoxlanmaq, əllə sürtülüb baxılmaq. 2. Əllə çağırılmaq

    Полностью »
  • ƏLLƏŞ-VƏLLƏŞ

    əlləş-vəlləş eləmək (olmaq) dan. – bir-biri ilə güləşən kimi sarmaşıb əlləşmək

    Полностью »
  • ƏLLƏŞDİRİLMƏ

    “Əlləşdirilmək”dən f.is

    Полностью »
  • ƏLLƏŞDİRİLMƏK

    məch. 1. Əllə yoxlanmaq. 2. Əllə qarışdırılmaq, axtarılmaq, tərpədilmək. Gəlib gördüm ki, masanın üstündəki kağızlar əlləşdirilmişdir

    Полностью »
  • ƏLLƏŞDİRMƏ

    “Əlləşdirmək”dən f.is

    Полностью »
  • ƏLLƏŞDİRMƏK

    f. 1. bax əlləmək 1-ci mənada. Qara Hüseyn, Nurəddinin qıçını əlləşdirib dedi… S.S.Axundov. 2. Əllə qarışdırmaq, yoxlamaq, axtarmaq, tərpətmək

    Полностью »
  • ƏLLƏŞMƏ

    “Əlləşmək”dən f.is

    Полностью »
  • ƏLLƏŞMƏK

    f. 1. Çalışmaq, çalışıb-çapalamaq, bir şeylə məşğul olmaq. Səhərdən axşama kimi əlləşdi, bu yazını yazdı

    Полностью »
  • ƏLLƏTMƏ

    “Əllətmək”dən f.is

    Полностью »
  • ƏLLƏTMƏK

    icb. Əllə yoxlatmaq

    Полностью »
  • ƏLLİ

    Qırx doqquzdan sonra gələn rəqəm – 50. Əlli adam. Əlli manat. Yaşı əllini keçmişdir. – Mahalda kənd bircədir; İçində əlli koxa

    Полностью »
  • ƏLLİ

    sif. 1. Əli olan. İri əlli adam. 2. məc. Qolu güclü, qüvvətli. Həm ağanın özünə, həm də Zərrintac xanıma yad bir əl toxunmaması üçün möhkəm əlli bir m

    Полностью »
  • ƏLLİ-AYAQLI

    1. sif. Diribaş, çox zirək, çox bacarıqlı, əlli-qollu. Əlli-ayaqlı adam. – Laçın hələ yeddicə yaşında ikən çox diribaş, çevik, əlli-ayaqlı bir uşaqdı

    Полностью »
  • ƏLLİK

    is. 1. bax əlcək. 2. Bir şeyin əllə tutulan yeri, tutacaq, qulp, dəstə və s

    Полностью »