Толковый словарь азербайджанского языка

  • AĞSİFƏT

    sif. Sifətinin rəngi ağ olan

    Полностью »
  • AĞSOL

    is. məh. Kiçik çay balığı növlərindən birinin adı

    Полностью »
  • AĞSU

    is. 1. Dağ və hündür təpələrdən axıb gələn qar və yağış suları. 2. dan. Yüngül su, mədəyə xeyirli su

    Полностью »
  • AĞŞIN

    bax ağbəniz

    Полностью »
  • AĞTİKAN

    is. bot. Dəvələrə yem olan tikanlı ot

    Полностью »
  • AĞTİKANLIQ

    is. Ağtikan bitən yer, ağtikan çox olan yer

    Полностью »
  • AĞTORPAQ

    sif. Torpağı kirəcli, tərkibində kirəc olan. Ağtorpaq yer

    Полностью »
  • AĞTORPAQLI

    sif. Torpağı kirəcli, tərkibində kirəc olan. Ağtorpaq yer

    Полностью »
  • AĞTÜK

    sif. Tükləri ağ olan. Ağtük(lü) it. Ağtük(lü) toyuq. – Ağtüklü Həştərxan pişiyi üsulluca qapını açıb kandarda dayanır

    Полностью »
  • AĞTÜKLÜ

    sif. Tükləri ağ olan. Ağtük(lü) it. Ağtük(lü) toyuq. – Ağtüklü Həştərxan pişiyi üsulluca qapını açıb kandarda dayanır

    Полностью »
  • AĞU

    bax ağı1. Hicrin şərabı acıdır, müştaqə içirmə anı; Neçün ki, yar ol ağuyi içirməz, ey can, yarına. Nəsimi

    Полностью »
  • AĞULAMA

    “Ağulamaq”dan f.is

    Полностью »
  • AĞULAMAQ

    bax ağılamaq

    Полностью »
  • AĞULANMA

    “Ağulanmaq”dan f.is

    Полностью »
  • AĞULANMAQ

    bax ağılanmaq. Ver şəfa ləbindən, yazığam mənə; Zəhri-fərağınla ağulanmışam. Q.Zakir

    Полностью »
  • AĞULU

    bax ağılı. Bağrımın qanın ki gördün, ağulu aşımdır ol. Xətayi. Təlx göftarsız olmaz ləbi-yar, ey aşiq; Çox həvəs eyləmə ol şərbətə kim ağuludur

    Полностью »
  • AĞUŞ

    is. [fars.] Qucaq. [Tapdıq:] Bəs eylə isə gəl ağuşuma, qucaqlaşalım. C.Cabbarlı. Biz onun [vətənin] ağuşunda göz açmışıq, – o bizim hamımızın əziz ana

    Полностью »
  • AĞUZ

    is. Sağmal heyvanlar doğduqda məmələrindən çıxan ilk süd. [Səba] camışı oxşaya-oxşaya sərnic dolusu ağuz sağdı

    Полностью »
  • AĞÜRƏK

    bax ağciyər

    Полностью »
  • AĞÜZLÜ

    sif. Üzünün dərisi ağ olan. Olya hündürboylu, uzunsaçlı, ağüzlü, xumargözlü və dolu bədənli bir qız idi

    Полностью »
  • AĞVALİDEYN

    [ər.] köhn. Ata-ana üzünə durma, qabarma; ata-ananın itaətindən çıxma. Biz övrətə heç bir söz demərik, halbuki ağvalideyn, yəni ata və ananın üzünə du

    Полностью »
  • AĞYAĞIZ

    sif. Üzü ağ, ağbəniz, ağsifət. Ağyağız uşaq. Ağyağız oğlan

    Полностью »
  • AĞYAL

    sif. 1. Ağ yallı, ağ yalı olan. Ağyal at. 2. məc. dan. Ağsaç, ağbirçək. Ağyal mamaça … üzərlik və qara şəvəni səkinin divarlarından asırdı

    Полностью »
  • AĞYANIZ

    bax ağyağız

    Полностью »
  • AĞYARPAQ

    is. bot. Dəniz sahili qumlarında bitən çoxillik ot bitkisi

    Полностью »
  • AĞYARPAQLI

    sif. bot. Yarpaqlarının rəngi ağ olan

    Полностью »
  • AĞYOL

    is. astr. Aydınlıq gecələrdə göy qübbəsində işıq zolağı kimi görünən ulduzlar yığını; Südyolu, Kəhkəşan

    Полностью »
  • AĞYONCA

    is. bot. Çoxillik paxlalara aid yem bitkisi

    Полностью »
  • AĞZIAÇIQ

    sif. Maymaq, huşsuz, diqqətsiz. □ Ağzıaçıq qalmaq – heyrət içində qalmaq, təəccüb etmək. …Müəllim Əsədi qarşısına alıb yola düşdü və uşaqlar da ağzıaç

    Полностью »
  • AĞZIAÇIQLIQ

    is. Maymaqlıq, huşsuzluq, diqqətsizlik

    Полностью »
  • AĞZIBİR₁

    zərf dan. Sözübir, dilbir, müttəfiq

    Полностью »
  • AĞZIBİR₂

    is. dan. Tək bir çıxacağı olan yer, darısqal yer, möhkəm yer, çıxılmaz yer. // Dam, həbsxana. Saldın axır öz əlinlə özünü ağzıbirə; Vec bitirməz sənə,

    Полностью »
  • AĞZIBİRLİK

    is. dan. Söz birliyi, ittifaq, sözü bir olma

    Полностью »
  • AĞZIBOŞ

    sif. 1. Söz saxlaya bilməyən, sirr saxlaya bilməyən; sözünün üstündə durmayan, etibarsız, dəyanətsiz

    Полностью »
  • AĞZIBOŞLUQ

    is. 1. Sözünün üstündə durmama, etibarsızlıq. // Zabitəsizlik, ciddiyyətsizlik, zəiflik, sözü keçməməzlik

    Полностью »
  • AĞZIBÜTÖV

    sif. Ciddi, sözünün üstündə duran, dayanıqlı, sirr saxlayan. Min, kefin istədiyi səmtə çap, bir az ağzıbütün ol, çünki burada iş var

    Полностью »
  • AĞZIBÜTÖVLÜK

    is. Ciddilik, zabitəlilik, sözünün üstündə durma, sözü keçmə; sirr saxlama

    Полностью »
  • AĞZIBÜTÜN

    sif. Ciddi, sözünün üstündə duran, dayanıqlı, sirr saxlayan. Min, kefin istədiyi səmtə çap, bir az ağzıbütün ol, çünki burada iş var

    Полностью »
  • AĞZIBÜTÜNLÜK

    is. Ciddilik, zabitəlilik, sözünün üstündə durma, sözü keçmə; sirr saxlama

    Полностью »
  • AĞZICIRIQ

    sif. dan. 1. Ağzının bir tərəfi cırıq olan. 2. bax ağzıboş 1-ci mənada

    Полностью »
  • AĞZIDAĞINIQ

    is. və sif. dan. Söz saxlamayan, sirr saxlamayan; xəbərçi. [Heydər bəy:] A kişi, bilmirəm hansı ağzıdağınıq naçalnikə məni nişan veribdir

    Полностью »
  • AĞZIDAĞINIQLIQ

    is. dan. Ağzıdağınıq adamın xasiyyəti

    Полностью »
  • AĞZIDUALI

    sif. köhn. Daima dua oxumaqla, ibadətlə məşğul olan adam; dindar, mömin. Nitqi həqiqətli, sözü fal kişi; Ağzıdualı qoca baqqal kişi

    Полностью »
  • AĞZIƏYRİ

    sif. 1. Ağzının quruluşu əyri olan. 2. məc. İncik, küskün, narazı

    Полностью »
  • AĞZIGEN

    sif. Ağzı enli, enli ağızlı. Ağzıgen şüşə

    Полностью »
  • AĞZIGÖVÇƏK

    is. dan. Ağzına gələni danışan adam, məsuliyyətsiz danışan adam; boşboğaz. [Məmməd:] Bir nəfər ağzıgöyçək gedib onlara xəbər aparsa ki, Məmməd meyxana

    Полностью »
  • AĞZIGÖVÇƏKLİK

    is. dan. Boşboğazlıq, ağzıboşluq, ağzına gələni danışma. [Gövhərtacın anası:] Sənin haqqında arvadlar iki min söz danışıb ağzıgöyçəklik eləyəcəklər

    Полностью »
  • AĞZIGÖYÇƏK

    is. dan. Ağzına gələni danışan adam, məsuliyyətsiz danışan adam; boşboğaz. [Məmməd:] Bir nəfər ağzıgöyçək gedib onlara xəbər aparsa ki, Məmməd meyxana

    Полностью »
  • AĞZIGÖYÇƏKLİ

    is. dan. Boşboğazlıq, ağzıboşluq, ağzına gələni danışma. [Gövhərtacın anası:] Sənin haqqında arvadlar iki min söz danışıb ağzıgöyçəklik eləyəcəklər

    Полностью »
  • AĞZIHEYVƏRƏ

    bax ağzıpərtöv

    Полностью »