AĞZIGÖYÇƏK

is. dan. Ağzına gələni danışan adam, məsuliyyətsiz danışan adam; boşboğaz.
[Məmməd:] Bir nəfər ağzıgöyçək gedib onlara xəbər aparsa ki, Məmməd meyxanada idi, onda mən yaxamı onların əlindən qurtara bilmərəm. M.S.Ordubadi.
Kənardan baxan ağzıgöyçəklər Qüdrətin ailə münasibətindəki zahiri soyuqluğu onların [Qüdrət və Lalənin] birbirini sevmədiyində görürdülər. M.Hüseyn.

Синонимы

  • AĞZIGÖYÇƏK ağzıgöyçək bax naqqal
  • AĞZIGÖYÇƏK boşboğaz — ağzıboş — hərzə

Этимология

  • AĞZIGÖYÇƏK Bu sözün əsli ağzıgövşək olub, sonra ikinci hissə təhrif nəticəsində göyçək formasını kəsb edib, mənası “çənəsinə rəhbərlik edə bilməyən” demək­dir
AĞZIGÖVÇƏKLİK
AĞZIGÖYÇƏKLİ

Значение слова в других словарях