Толковый словарь азербайджанского языка

  • FOTOOBYEKTİ́V

    [yun. phos və lat. objectum] Fotoaparatın obyektivi

    Полностью »
  • FOTOREPORTÁJ

    [yun. phos və fr. report] Fotoşəkillər vasitəsilə verilən reportaj; bu vasitə ilə reportaj vermə

    Полностью »
  • FOTOREPORTYÓR

    [yun. phos və fr. reporter] Fotoreportajla məşğul olan fotoqraf

    Полностью »
  • FOTOSEVƏR

    is. Həvəskar fotoqraf, həvəskar kimi fotoqrafiya ilə məşğul olan adam. Fotosevərlərin sərgisi. Fotosevərlərin seminarı

    Полностью »
  • FOTOSƏRGİ

    is. Fotoşəkillərdən ibarət sərgi. Qələbə gününə həsr edilmiş fotosərgi. Fotosərgiyə tamaşa etmək

    Полностью »
  • FOTOSİNKOQRÁFİYA

    [yun. phos, alm. zink və yun. grapho] mətb. Çap üçün sink klişelər hazırlamağın fotomexaniki üsulu

    Полностью »
  • FOTOSURƏT

    [yun. phos və ər. surət] Sənədin, əlyazmasının və s.-nin fotoqrafiya üsulu ilə çıxarılmış surəti, üzü, nüsxəsi

    Полностью »
  • FOTOŞƏKİL

    [yun. phos və ər. şəkl] Foto ilə çəkilmiş şəkil; fotoqrafiya, şəkil. Fotoşəkillər üzrə müsabiqə. – Divara Qulunun … fotoşəkilləri vurulmuşdu

    Полностью »
  • FOTOTÉKA

    [yun.] Fotoşəkillərin və ya fotoqrafiya neqativlərinin toplanılıb saxlandığı yer, arxiv

    Полностью »
  • FOTOTELEQRÁF

    [yun.] Hərəkətsiz təsvirləri (şəkil, əlyazması, fotoşəkil və s.) teleqraf və ya radio vasitəsilə uzaq məsafəyə vermək üçün aparat

    Полностью »
  • FOTOTELEQRÁM

    [yun.] Fototeleqraf vasitəsilə verilən teleqram

    Полностью »
  • FOTOTERAPİ́YA

    [yun.] Günəşdən və ya süni mənbələrdən alınan işıq şüalarının müalicə məqsədilə tətbiq olunması; işıqla müalicə

    Полностью »
  • FOYÉ

    [fr.] Teatr, kino və s.-də tamaşaçıların fasilələrdə tamaşanın başlanmasını dayanıb gözləməsi üçün xüsusi yer

    Полностью »
  • FÖHŞ

    is. [ər.] klas. Nalayiq söz, söyüş; ədəbə, tərbiyəyə və əxlaqa müğayir hərəkət, iş, əməl; əxlaqsızlıq

    Полностью »
  • FÖHŞİYYAT

    [ər. “föhş” söz. cəmi] Ədəbə, tərbiyəyə və əxlaqa müğayir iş, əməl, hərəkət; əxlaqsızlıq. // Əxlaqsız və ədəbsiz səhnələri təsvir edən ədəbi əsərlər v

    Полностью »
  • FÖVC

    is. [ər.] köhn. Camaat, kütlə, dəstə

    Полностью »
  • FÖVQ

    is. [ər.] Yuxarı, üst. Çıxacaqlar göyləri aşaraq dönə-dönə; Buludların fövqünə. M.Müşfiq. // Üstün, daha artıq

    Полностью »
  • FÖVQƏLADƏ

    sif. [ər.] 1. Qeyri-adi, adətdənxaric, görünməmiş, eşidilməmiş. Hamam səfəri kimi fövqəladə hadisələr tez-tez ittifaq düşməzdi, həftədə bir dəfə olard

    Полностью »
  • FÖVQƏLADƏLİK

    is. Fövqəladə şeyin halı; qeyri-adilik, müstəsnalıq. [Komandir:] Buna görə də mən vəziyyətin fövqəladəliyini elan edir, buna qarşı hazırlanmağı təklif

    Полностью »
  • FÖVQƏLBƏŞƏR

    is. [ər.] Qeyri-adi əxlaqı, zehni, zəkası, təbiəti etibarilə adi insanlardan fərqlənən adam. [Dərviş Şeyx Sənana:] Əgər fövqəlbəşər olmaq dilərsən; Kə

    Полностью »
  • FÖVQƏLBƏŞƏRİ

    sif. [ər.] Adi insan imkanlarını ötüb keçən; qeyri-adi. Fövqəlbəşəri mətanət

    Полностью »
  • FÖVQƏLTƏBİİ

    sif. [ər.] 1. Mistik təsəvvürə görə: təbii yolla izah oluna bilməyən, təbiətin qanunlarına tabe olmayan; əcaib

    Полностью »
  • FÖVQƏLTƏBİİLİK

    is. Fövqəltəbii şeyin halı; qeyri-adilik

    Полностью »
  • FÖVRƏN

    zərf [ər.] Dərhal, həmin saat, əlüstü, tez. Tülkü fövrən havada qapdı, yedi; Qarğaya tənə ilə böylə dedi

    Полностью »
  • FÖVT

    is. [ər.] 1. Əldən çıxma, əldən çıxarma, əldən qaçırma. Fürsəti fövt etmək (fürsəti əldən qaçırmaq). 2

    Полностью »
  • FRAK

    is. [fr.] Qabaq ətəkləri kəsik, dal tərəfdən isə uzun dar ətəkləri olan kişi kostyumu – sürtük növü (adətən təntənəli hallarda, rəsmi qəbullarda və s

    Полностью »
  • FRAKLI

    sif. Əynində frak olan, frak geymiş. Fraklı dirijor

    Полностью »
  • FRÁKSİYA₁

    [fr. fractio – hissə] 1. Parlamentdə, siyasi partiyada, ictimai təşkilatda və s.-də hər hansı partiya üzvlərindən ibarət mütəşəkkil qrup

    Полностью »
  • FRÁKSİYA₂

    [fr. fraction – pay, hissə] kim. Distillə edilən maye qatışığının ayrıldığı hissəciklər. Neftin fraksiyası

    Полностью »
  • FRAKSİYAÇI

    is. 1. Hər hansı təşkilata ikitirəlik salan, onda fraksiya əmələ gəlməsinə səbəb olan adam (bax fraksiya1)

    Полностью »
  • FRAKSİYAÇILIQ

    is. Fraksiya ilə məşğul olma, fraksiya düzəltmə, fraksiya fəaliyyəti və ideologiyası (bax fraksiya1)

    Полностью »
  • FRAQMÉNT

    [lat. fragmentum – sınıq, qırıq, parça] Qırıq, parça (məs.: hər hansı incəsənət – rəssamlıq, memarlıq, heykəltəraşlıq və s

    Полностью »
  • FRANK

    is.[fr.] Fransada pul vahidi

    Полностью »
  • FRANSIZ

    is. Fransanın əsas əhalisini təşkil edən xalq və bu xalqa mənsub adam. Fransız qoşunları bir sıra parlaq qələbələr qazandılar

    Полностью »
  • FRANSIZCA

    zərf və sif. Fransız dilində. Fransızca danışmaq. Fransızca-azərbaycanca lüğət

    Полностью »
  • FRÁZA

    [yun. phrasis – ifadə] 1. mus. Musiqi mövzusunun hər hansı kiçik və nisbətən tam hissəsi. Fraza, adətən iki motivdən ibarət olur

    Полностью »
  • FRAZEOLÓGİYA

    [yun. phrasis – və logos] Hər hansı dilə xas olan sabit söz birləşmələri və ifadələrin məcmusu. Azərbaycan dilinin frazeologiyası

    Полностью »
  • FRAZEOLOJİ́

    sif. [yun.] Frazeologiyaya aid olan. Frazeoloji ifadələr. Frazeoloji lüğət

    Полностью »
  • FREQÁT

    [fr.] Əvvəllər: üçdorlu yelkənli hərb gəmisi, sonralar isə gözətçi xidməti üçün çox sürətli hərb gəmisi

    Полностью »
  • FRENÇ

    [xüs. addan] Üstdən dörd cibi və daldan kəmərciyi olan hərbi gödəkcə. Frenç geymiş zabit. – Müsafirlər frençlərini çıxarıb, yuyunmağa başladılar

    Полностью »
  • FRENÇLİ

    sif. Frenç geymiş, əynində frenç olan. Bir ucaboy, qarasaç və frençli oğlan tribunaya çıxdı. Mir Cəlal

    Полностью »
  • FRENOLÓGİYA

    [yun. phren – ağıl və logos – elm] Adamın psixi və əxlaqi keyfiyyətləri ilə onun kəlləsinin quruluşu arasında əlaqə olduğunu iddia edən qeyri-elmi nəz

    Полностью »
  • FRENÓLOQ

    [yunancadan] Frenologiya mütəxəssisi

    Полностью »
  • FRÉSKA

    [ital. fresco – təzə, qurumamış, yaş] rəss. Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış

    Полностью »
  • FREYDİ́ZM

    [Avstriya həkimi və psixoloqu Freydin adından] Psixologiya və psixopatologiyada insanın bütün hərəkətlərinin başlıca amilinin yalnız qeyri-şüuri biolo

    Полностью »
  • FREZ

    [fr.] 1. Metalı, ağacı və s. bərk materialları işləmək üçün fırlanan çoxtiyəli kəsici alət. Taxtanı frezdə yonmaq

    Полностью »
  • FRÉZER

    [fr.] bax frez 1-ci mənada. Frez maşını. – Bunların arasında dişaçan maşın, frezer avtomatı, yonucu dəzgah, güclü hidravlik preslər və s

    Полностью »
  • FREZERÇİ

    is. Frezer dəzgahında işləyən fəhlə

    Полностью »
  • FRİZ

    is. [fr.] arxit. Ornamentli bəzək

    Полностью »
  • FRONTİT

    is. [lat.] Alın cibinin selikli qişasının iltihabı

    Полностью »