FRAK

is. [ fr. ] Qabaq ətəkləri kəsik, dal tərəfdən isə uzun dar ətəkləri olan kişi kostyumu – sürtük növü (adətən təntənəli hallarda, rəsmi qəbullarda və s.-də geyilir).
FÖVT
FRAKLI
OBASTAN VİKİ
Erməni fraksiyası (AXC)
Erməni fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri; Azərbaycan Xalq Cümhuriyyətinin ümumbəşəri demokratiya ənənələrinə hörmət və sədaqətinin bariz nümunəsi. == Tarixi == Azərbaycan Milli Şurasının 1918 il noyabrın 19-da, Cümhuriyyət Parlamentinin formalaşdırılması ərəfəsində Bakıda keçirilmiş iclasında qeyd edilirdi ki, ölkədə yaradılacaq qanunvericilik və idarəçilik hakimiyyəti orqanlarında Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının noyabrın 19-da qəbul etdiyi Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanunda Azərbaycan ərazisində yaşayan millətlərin onların sayına müvafiq surətdə Parlamentdə təmsilçiliyi təsbit olunurdu. Həmin qanuna əsasən, Azərbaycan Parlamentində 21 erməni nümayəndəsi təmsil olunmalı idi.Bu nümayəndələrin 16 nəfəri Gəncə və Şuşadan, yəni Gəncə 8 nümayəndə, Şuşa 8 nümayəndə kimi olmalı və 5 nümayəndə də Bakıdan olmalı idi. Azərbaycan Milli Şurasının Parlamentin çağırılması ilə bağlı Bütün Azərbaycan əhalisinə! müraciətində deyilirdi: Lakin Azərbaycan Milli Şurasının səylərinə baxmayaraq, Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları nəinki Parlamentə öz nümayəndələrini göndərmədilər, əksinə, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına cidd-cəhdlə mane oldular. Onlar 1918 il dekabrın 7-də açı-lan Azərbaycan Parlamentinin ilk iclasında iştirakdan imtina etdilər. Ermənilər Azərbaycan Parlamentini boykot etmək taktikasını iki aydan artıq davam etdirərək, yalnız 1919 ilin fevralından Parlamentin iclaslarına qatıldılar. Özü də ermənilər Azərbaycan Parlamentində iki fraksiya — 5 nəfərdən ibarət erməni fraksiyası və 6 nəfərdən ibarət "Daşnaksütyun" fraksiyası ilə təmsil olunmuşdular. Bu fraksiyaların Parlamentdəki sonrakı fəaliyyətləri göstərdi ki, erməniləein Azərbaycan Parlamentində iştirakı Azərbaycan dövlətçiliyinin formalaşmasına, ümumən, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmaq, özlərinin millətçi — separatçı "Böyük Ermənistan" yaratmaq xülyasının təbliği üçün yeni bir tribuna əldə etmək məqsədi güdmüşdür.
Frakiya
Frakiya (Bolqar dilində: Тракия Trakiya, Türk dilində: Trakya, Yunan dilində: Θράκη Traki) ― Cənub-Şərqi Avropada cənubdan Bolqarıstan, şimal-şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən, tarixi çox zəngin bir bölgə. Türkiyə sərhədləri içindəki sahəsi 23.764 km² olan bu bölgənin üç dəniz ilə sərhədi vardır: Qara dəniz, Mərmərə dənizi və Egey dənizi. == Frakiyanın ərazi bölünməsi == Frakiyanın torpaqları Türkiyə Frakiyası, Bolqarıstan Frakiyası və Yunanıstan Frakiyası arasında bölünmüşdür. Türkiyə Frakiyasına Şərqi Frakiya, Bolqarıstan Frakiyası və Yunanıstan Frakiyasına Qərbi Frakiya deyilir. Türk mediasında Qərbi Frakiya sözü Yunanıstanın Frakiya (Şərqi Makedoniya və Frakiya) bölgəsi üçün istifadə edilir. == Mənşə elmi (etimologiya) == Frakiya sözü qədim yunan dilində traxia sözündən törəmişdir və "qırtlaq, nəfəs borusu" mənasını verməkdədir. Bir başqa deyişlə Frakiya, "Boğazlar ölkəsi" dir.
Frakiya dili
Frakiya dili — qədim dövrdə Cənub-Şərqi Avropada frakiyalılar tərəfindən danışılan, zəif tədqiq olunmuş ölü dil. Frakiya dilinin linqvistik yaxınlıqları zəif başa düşülür, lakin satem xüsusiyyətləri səbəbindən ümumi mənzərədə onun Hind-Avropa dili olduğu qəbul edilir. Frakiya dili və ya dilləri indiki Bolqarıstan, Rumıniya, Şimali Makedoniya, Yunanıstanın şimalı, Avropa Türkiyəsi və Bitiniya bölgələrində danışılırdı. Frakiya dilinin nə vaxt ölü dilə çevrildiyi mübahisə mövzusudur. Bununla belə, b.e. VI əsrində Frakiya dilinin hələ də istifadə olunduğu ümumi qəbul edilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alexianu, Marius-Tiberius. Une catégorie d'esclaves thraces : les halônetoi // La fin du statut servile? Affranchissement, libération, abolition. Volume II. Besançon 15-17 décembre 2005.
Frakkiya Drakulaya qarşı (film, 1985)
Frakkiya Drakulaya qarşı (it. Fracchia contro Dracula) — 1985-ci ildə istehsal olunmuş İtaliya filmidir.
Fraksion kristallaşma
Fraksion kristallaşma — maqmada kristallaşan mineralların qravitasion çökməsi qalıq mayenin sıxılıb çıxarılması və başqa proseslər nəticəsində maqmatik ərinti və ya məhlul ilə bərk faza arasındakı qarşılıqlı təsirin kəsilməsi. Fraksion kristallaşma diferensial kristallaşma şəklində baş verir. Bu proses təbii ərintilərin (maqmanın) diferensiasiyasının əsas yollarından biridir. == Həmçinin bax == Qravitasion çöküntülər == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.
Fraktal
Riyaziyyatın əsas qolu olan həndəsə insanın yaşadığı dünyanı öyrənməsi üçün vacibdir. Ancaq kainatın mükəmməl görünüşü Evklid həndəsəsi və ya klassik həndəsə ilə açıqlanmayacaq qədər mürəkkəbdir. Çünki klassik həndəsədəki formalar düz xətt, müstəvi, üçbucaq və konuslardan ibarətdir və dünyanın mürəkkəb quruluşunu anlamaq və modelləşdirmək üçün bu formalar kifayət etmir. Latın dilində "fraktus" (sınmış, qırılmış) sözündən əmələ gələn və fransız riyaziyyatçı Benua Mandelbrot tərəfindən 1975-ci ildə əsası qoyulmuş həndəsənin bu yeni sahəsi qarışıq, ancaq mükəmməl uyğunluq və gözəllikdəki dünyanın qüsursuz quruluşunu öyrənir. Fraktal həndəsənin əsasını təşkil edən başlıca xüsusiyyətlər Allah’ın yaratdığı varlıqlardakı ölçünü və dəqiq hesablamanı göstərir. Başlanğıc forma. Cismin forması, əslində, bir formanın iç-içə keçmiş kiçik surətləri şəklində ardıcıl təkrar olunur. Ölçüləri kiçilən və bir-birini izləyən formalar zəncirvarı şəkildə davam edir. Ancaq bu formalar çox simmetrik düzülürlər. Buna ən yaxşı misal qar dənəcikləri və ilbiz qabığıdır.
Fraktal sıxılma
Fraktal, müxtəlif miqyaslı və ölçülü oxşar forma və rəsmlərdə təşkil olunmuş strukturdur. İlk dəfə olaraq bu termini Benua Mandelbrot, bir çox strukturlarda rast gəldiyi təkrar olunan rəsmləri təsvir etmək üçün işlətmişdir. O, müəyyən etdi ki, fraktalları riyazi təsvir etmək mümkündür və onları çox sadə alqoritmlərlə yaratmaq olar. Əgər hər hansı bir döşəməyə nəzər salsaq, orada çoxlu sayda oxşar, təkrar olunan fraqmentlərə rast gəlmək olar. Bu halda, döşəmənin səthinin necə olması heç bir əhəmiyyət kəsb etmir. Döşəmənin parketdən, betondan olmasından, xalçayla döşənməsindən və s. asılı olmayaraq, şəkillər ən kiçikdən tutmuş, lap böyüyə qədər təkrarlanacaq. Əgər döşəmənin səthinin bir hissəsinin üzünü köçürsək, demək olar ki, eynilə bu hissədən döşəmənin başqa yerində də tapmaq olar. Bundan başqa, əgər bir hissənin ölçülərini dəyişsək, firlatsaq və ya güzgü əksini alsaq, onda oxşar hissələrin sayı daha da çox olacaq. Onda bütün oxşar sahələri və kopyanın üzərində aparılmış bütün (riyazi) çevirmələri saymaq olar.
Hümmət fraksiyası
Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Təşkilat bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı. Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar. Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı.
Makedoniya və Frakiya
Makedoniya və Frakiya (yun. Αποκεντρωμένη Διοίκηση Μακεδονίας - Θράκης, ΑΔΜΘ) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri. 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir. Tərkibinə 2 periferiya daxildir: Şərqi Makedoniya və Frakiya və Mərkəzi Makedoniya. İnzibati mərkəzi — Komotini. İdarəetmə rəhbərini (koordinator) yunan hökuməti tərəfindən təyin olunur.
Makedoniya — Frakiya
Makedoniya və Frakiya (yun. Αποκεντρωμένη Διοίκηση Μακεδονίας - Θράκης, ΑΔΜΘ) — Yunanıstanın 7 desentralizasiya idarələrindən biri. 2011-ci ildə Kallikratis proqramı çərçivəsində təsis edilmiş, regional hökumət orqanı və inzibati bölmənin bir hissəsidir. Tərkibinə 2 periferiya daxildir: Şərqi Makedoniya və Frakiya və Mərkəzi Makedoniya. İnzibati mərkəzi — Komotini. İdarəetmə rəhbərini (koordinator) yunan hökuməti tərəfindən təyin olunur.
Milli Azlıqlar Fraksiyası
Milli Azlıqlar fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri. Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una (1918, 19 noyabr) müvafiq olaraq, Azərbaycanda sayca azlıq təşkil edən gürcü, yəhudi, alman və polyakların hərəsindən Azərbaycan Parlamentinə bir nəfər nümayəndə göndərilməsi qərara alındı. Həmin qanuna əsasən, Parlamentdə təmsil olunan bu millətlərin nümayəndələri parlament nizamnaməsinin fraksiyalar yaratmaq barədə tələblərinə uyğun olaraq, birləşib Milli azlıqlar fraksiyasını təşkil etdilər. 1919-cu ilin axırlarına yaxın fraksiyaya alman - Lorens Kun, yəhudi — Moisey Quxman, polyak — Stanislav Vonsoviç, həmçinin ukraynalı — Vasil Kujim daxil idi. Gürcü Vladimir Bakradze sosial-demokrat kimi sosialistlər fraksiyasına daxil olmuşdu. Fraksiyanın parlament iclaslarında daha çox fəallıq göstərən üzvlərdən olan Stanislav Vonsoviç Azərbaycanın taleyüklü məsələlərinin müzakirəsində həmişə yaxından iştirakı ilə seçilirdi. Fraksiyanın 7 üzvü olmuşdur: Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920). Parlament (stenoqrafık hesabatlar), c.1–2, B., 1998; Адрес-календарь :. Азербаиджанскаой Республики (1918–1920).
Müsavat və Bitərəflər fraksiyası
Müsavat və bitərəflər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində ən çox millət vəkilinə sahib olan fraksiya. 1919-cu ilin oktyabrında Bitərəflər fraksiyasında parçalanma baş verdi. Səkkiz nəfərdən ibarət böyük əksəriyyət (Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəmil bəy Sultanov, Yusif Əhmədov, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev, Ağa Aşurov) Müsavat fraksiyası ilə birləşərək parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar. Müsavat fraksiyası ilə birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxladılar. Fraksiyaya 40 parlament üzvü daxil idi: Azərbaycan Cümhuriyyəti Parlamenti (1918–1920).
Müsavat və Bitərəflər fraksiyasının üzvləri
Müsavat və bitərəflər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində ən çox millət vəkilinə sahib olan fraksiya. 1919-cu ilin oktyabrında Bitərəflər fraksiyasında parçalanma baş verdi. Səkkiz nəfərdən ibarət böyük əksəriyyət (Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəmil bəy Sultanov, Yusif Əhmədov, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev, Ağa Aşurov) Müsavat fraksiyası ilə birləşərək parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar. Müsavat fraksiyası ilə birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxladılar. Fraksiyaya 40 parlament üzvü daxil idi: Azərbaycan Cümhuriyyəti Parlamenti (1918–1920).
Müstəqillər fraksiyası (AXC)
Müstəqillər fraksiyasının üzvləri
Qırmızı Ordu Fraksiyası
Qırmızı Ordu Fraksiyası (ing. Red Army Faction, ilkin mərhələlərdə Baader-Meinhof Group) — Qərbi Almaniyanın ən məşhur sol yönümlü militant qrupu. 1970-ci ildə Andreas Baader, Gudrun Enslin, Horst Mahler, Yan-Karl Raspe, İmgrad Möller və başqaları tərəfindən formalaşdırılmışdır. Onların aralarında Ulrike Meinhof da var idi. Qırmızı Ordu Fraksiyası Avropada bu formatda yaranmış ilk birlik idi. 60-ci ilər tələbə hərəkatlarından və üsyanlarından sonra tam formalaşmış ardıcıl təşkilata çevrildi. Pasifist xarakterli hadisələr 1968-ci ilin mayında Parisdə başlasa da, solun – şəhər gerillası modelində triumfu QOF(RAF) oldu.
Qərbi Frakiya
Qərbi Frakiya (yun. Δυτική Θράκη, bolq. Беломорска Тракия, Западна Тракия, türk. Batı Trakya) — Yunanıstanın şimal-şərqində tarixi vilayət, Balkan yarımadasının şərqində daha böyük bir tarixi vilayət olan Frakiyanın tərkib hissələrindən biri. Qərbi Frakiya qərbdə Nestos və şərqdə Evros çayları arasında yerləşir. Şimalda vilayət Bolqarıstanla sərhədin keçdiyi Rodop dağları ilə həmsərhəddir. Frakiyanın 1986-cı ilə qədər olan inzibati rayonuna Ksanti, Rodopi və Evros nomları daxil idi. Frakiya həmçinin, 2010-cu ilə qədər Evros nomunun bir hissəsi olan Egey dənizindəki Samotraki adasını da əhatə edirdi. 1986-cı ildən Frakiya Şərqi Makedoniya və Frakiya periferiyasının bir hissəsidir.
Qərbi Frakiya Müstəqil Hökuməti
Qərbi Frakiya Müstəqil Hökuməti (Osmanlıca: əvvəlcə غربی تراقیا حكومت موقته‌س; Garbî Trakya Hükûmet-i Muvakkatesi / Qərbi Frakiya Keçici Hökuməti, sonra غربی تراقیا حكومت موقته‌س; Garbî Trakya Hükûmet-i Müstakilesi / Qərbi Frakiya Müstəqil Hökuməti; günümüzdə Qərbi Frakiya Türk Respublikası olaraq adlandırılıb) — Türk dünyasının ilk Respublikası olub Balkanlarda 3 ay yaşayıb Yunanıstan siyasi səbəblərdən ötürü Dedeağaç'ı verib 55 gün yaşayıb.
Slavyan-rus Cəmiyyəti fraksiyası
Slavyan-rus İttifaqı fraksiyası
Sosialistlər fraksiyası (AXC)
Sosialistlər fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti fraksiyalarından biri. Əhməd bəy Pepinov və Səməd ağa Ağamalıoğlu maliyyə-büdcə komissiyasında, Bağır Rzayev təsərrüfat komissiyasında, Əhməd bəy Pepinov, Bağır Rzayev, Qasım bəy Camalbəyov, Rza bəy Qaraşarov Məclisi-Məbusan çağırılması üzrə Mərkəzi Komissiyada, İbrahim Əbilov və Hacı Kərim Sanılı redaksiya, aqrar, həmçinin sorğu komissiyalarında fəaliyyət göstərirdilər. Səməd ağa Ağamalıoğlu aqrar komissiyanın sədri idi. Sosialistlər fraksiyasının bəyannaməsində yeni hökumətin koalision olması və demokratik prinsiplərə əsaslanması tələbi qoyulurdu. Bəyarmamədə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin qorunması və demokratiyanın təsdiqi hökumətin başlıca vəzifəsi kimi müəyyənləşdirilirdi. Fəhlə məsələsinin həlli üçün 8 saatlıq iş gününün tətbiqi, inqilab dövründə fəhlələrlə bağlanmış müqavilələrin qüvvədə qalması, fəhlə təşkilatlarına dövlət tərəfindən maddi yardım göstərilməsi kimi tədbirlərin görülməsi təklif olunurdu. Aqrar məsələ ilə bağlı torpaq komitələri yaradılması nəzərdə tutulurdu. Bəyannamədə "qadınların haqq və səlahiyyəti kişilərlə bərabər olmaqdır", — fikri xüsusi vurğulanırdı. Xarici siyasət sahəsində qonşu dövlətlərlə, Avropa ilə ən geniş əlaqələr qurulmasının vacibliyi qeyd edilirdi. Sosialistlər fraksiyası Müsəlman Sosialist Bloku və Hümmət Partiyası çərçivəsində fəaliyyət göstərən azərbaycanlı sosial demokratları, eser (Xalqçı Partiyası) və menşevikləri (Hümmət Partiyası) birləşdirərək, parlamentin sol cinahını təşkil edirdi.
I Frakiyalı Maksimin
Qay Yuli Ver Maksimin (lat. Gaius Iulius Verus Maximinus), Roma tarixşünaslığında daha çox I Frakiyalı Maksimin (173, Trakiya – 10 may 238) — 235–238-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Frakiya kəndlisinin oğlu olmuş, orduda yüksək rütbələrə çatmışdı. 235-ci ildə əsgərlərin Roma imperatoru Aleksandr Severə (222–235) qarşı qiyamına başçılıq etmiş və imperator elan olunmuşdur. Germanlara, daklara və sarmatlara qarşı müvəffəqiyyətli müharibələr aparmışdı. Onun fiskal zülmünü gücləndirmək siyasəti əhalinin müxtəlif təbəqələrinin üsyanına səbəb olmuşdur. Öz əsgərləri tərəfindən öldürülmüşdür.
Frakiya hadisələri (1934)
1934 Frakiya hadisələri — 21 iyun - 4 iyul 1934-cü il tarixləri arasında Türkiyənin Frakiya bölgəsində yəhudilərə qarşı törədilən zorakılıq hərəkətləri. Hadisələrdən sonra bir çox yəhudi başqa ölkələrə köç etmişdir. 1934-cü ildə Nihal Atsızın "Orhun" jurnalında, Cavat Rıfat Atilhanın isə "Milli inqilab" jurnalında yəhudilərə qarşı irqçi yazıları ictimaiyyəti təsirləndirdi və nəticədə yəhudi azlığına qarşı zorakılığa başlandı. Təkirdağ, Ədirnə, Kırklareli, Çanaqqala kimi vilayətlərdə yəhudilərə məxsus dükan və evlər talan edildi, qadınlara təcavüz edildi. Bir jandarm kapralı yəhudiləri qoruyarkən qarətçi qrup tərəfindən öldürülmüşdür. 15,000-ə yaxın Frakiya yəhudisi yaşadıqları şəhərləri tərk etdi. == Tarixi == İki dünya müharibəsi arasında dünyada demokratiya gerilədi, 1920-ci illərdə 35 konstitusiya və seçkili hökumət olduğu halda, 1938-ci ildə bu rəqəm 17-yə endi. Xüsusilə Avropadakı bu tendensiyadan Türkiyə də təsirləndi. 19 fevral 1934-cü il tarixli fərmanla Ədirnə, Kırklareli, Təkirdağ və Çanaqqala bölgələrini əhatə edən Frakiya Ümumi Müfəttişliyi adı altında ikinci bir müfəttişlik yaradıldı və 1925-ci ildə Şeyx Səid üsyanından sonra 1927-ci ildə Şərqi Anadoluda 5 il birinci ümumi müfəttiş vəzifəsində çalışan İbrahim Tali Öngören Frakiya Ümumi Müfəttişliyinə başçı təyin edildi. Faşizm dalğası antisemitizmlə birlikdə yayıldı və Türkiyədə də öz tərəfdarlarını topladı.
Parlament fraksiyası
Parlament fraksiyası və ya parlament qrupu — parlamentdə deputatlar qrupu. Fraksiyaya bir siyasi partiyadan və ya bir neçə partiyadan olan deputatlar daxil ola bilər. Deputatlar fraksiyada birləşərək ortaq siyasi xətt yürüdürlər. Hər bir ölkədə parlament fraksiyalarının yaradılması qaydaları fərqlidir. Bu, adətən parlament haqqında xüsusi qanun və parlament reqlamenti ilə tənzimlənir.
Frakkiya Drakulaya qarşı
Frakkiya Drakulaya qarşı (it. Fracchia contro Dracula) — 1985-ci ildə istehsal olunmuş İtaliya filmidir.

Значение слова в других словарях