sif. [ər. tale və fars. kəm] köhn. Bəxtsiz, bədbəxt. Taleyikəm adam
is. məh. Medal
is. Sarı və qara xalları olan zəhərli ilan
sif. və zərf Talış dilində. Talışca danışmaq
cəm Azərbaycanın cənubşərqində və Cənubi Azərbaycanın şimal hissəsində yaşayan irandilli kiçik xalq və bu xalqa mənsub adamlar
is. [ər.] klas. 1. İstəyən, birinə evlənmək istəyən oğlan, kişi və ya birinə ərə getmək istəyən qız, qadın
is. [ər.] Qız tələbə. Ənisənin öhdəsinə bir vəzifə verilmişdi: söylənəcək təbrik nitqlərinə cavab olaraq talibələr tərəfindən cavab vermək
is. [ər.] Adətən toz halında təbabətdə və tibdə işlədilən ağ və ya göy rəngli yumşaq mineral
is. qəd. Yəhudilərin ehkamçı, dini-etik və hüquqi müddəalarının külliyatı
[fr.] 1. Bir şey almaq hüququ verən kiçik vərəqə şəklində sənəd; pətə. [Adil:] Məktəbdə bir dəst paltar talonunu … başqa bir şagirdə verib dükana yoll
is. 1. Günəşdən, yağışdan qorunmaq və ya başqa məqsədlər üçün dirəklər üzərində qurulmuş üstüörtülü kölgəlik; çardaq
“Talvarlamaq”dan f.is
f. Tənək üçün talvar düzəltmək; tənəyi talvara qaldırmaq. Tənəkləri talvarlamaq
sif. Talvarı olan, talvar düzəldilmiş. Talvarlı həyət. Talvarlı ev
[ər.] bax dad1 1-ci mənada. Telli kimi dadlı, ətirli, tamından doymaq olmayan xörək bişirən nəinki Çiçəklidə yox idi, hətta rayon mərkəzi İşıqlıda da
sif. [ər.] 1. Başdan-başa, bütünlüklə, tamam, bütöv. Tam qaranlıq. // Mütləq, tamamilə, ən yüksək, ən mükəmməl
is. Qonaqlıqlarda, toylarda və s.-də məclisi idarə edən şəxs; süfrəbəyi, masabəyi. Qüdrət toy məclisinin tamadası oldu
is. Tamadanın işi; süfrəbəyilik, masabəyilik. [Nəsir bəy:] Şərif, tamadalıq səninlədir… M.Əliyev
is. [ər. təmə] Bir şeyi əldə etməyə göstərilən hədsiz arzu; hərislik, acgözlük, bir şeydə gözü qalma
sif. [ər. təmə və fars. …kar] Hər şeyə tamah edən, hər şeydə gözü olan; varlanmağa, şey yığmağa həddən artıq həris olan; acgöz
is. Tamahkar adamın xasiyyəti; hərislik, acgözlük. Lakin Qətibənin özü onun tamahkarlığını bilirdi, deyilən sözlərin heç birisinə inanmırdı
“Tamahlandırmaq”dan f.is
f. Tamaha salmaq, tamahsılandırmaq. Sən məni lap tamahlandırdın. S.Vəliyev
“Tamahlanmaq”dan f.is
f. Bir şeyi əldə etməyə, bir şeyə sahib olmağa həvəs göstərmək; nəfsini saxlaya bilməmək; tamahsılanmaq
“Tamahsılandırmaq” dan f.is
bax tamahlandırmaq
“Tamahsılanmaq”dan f.is
bax tamahlanmaq
“Tamahsımaq”dan f.is
bax tamahsılanmaq
“Tamahsıtmaq”dan f.is
bax tamahsılandırmaq
sif. Tamahı olmayan, heç bir şeydə gözü olmayan; gözütox, təmənnasız. Tamahsız adam
is. Heç bir şeydə tamahı, təmənnası olmama
is. [ər.] 1. Bitmə, qurtarma, sona çatma, bitirmə. □ Tamam etmək (eləmək) – 1) qurtarmaq, bitirmək, axıra çatdırmaq, tamamlamaq
bax dəsgah 1-ci mənada
zərf Tamamilə, bütünlüklə, bütün, tam və kəsirsiz. Borcunu tamamkamal ödədi. – Cahangir tamam-kamal başına gələn əhvalatı nağıl elədi
[ər.] bax tamamilə. Bu yerin əhalisi tamamən seyiddilər. Ə.Haqverdiyev
zərf Tamam, tamamən, bütün olaraq, bütünlüklə; tamam-kamal. Hələ bəzi vaxtlar Şərifə evə tamamilə əliboş qayıdırdı
1. “Tamamlamaq”dan f.is. 2. is. Əgər-əskiyini düzəltmə, kəm-kəsirini düzəldib, tam, bitmiş şəklə salma
f. 1. Tamam etmək, tam hala gətirmək, əlavə edib doldurmaq, bütövləşdirmək. □ Bir-birini tamamlamaq – bir tam, bir bütöv əmələ gətirmək, bir-birinə əl
“Tamamlanmaq”dan f.is
məch. 1. Tam hala gətirilmək, kəsir və nöqsanları aradan qaldırılmaq, çatışmayan yerləri düzəldilmək
sif. Tamamlayan, yekunlaşdıran, bitirici, son, axır. Məruzənin tamamlayıcı hissəsi
is. 1. Tam şəkildə olma; tam, bütöv şeyin halı; tamlıq, bütünlük. 2. qram. Üzərində iş, hal və hərəkətin icra olunduğu obyekti bildirən ikinci dərəcəl
is. [ər. təmə və fars. arzu] Yeməli, içməli bir şeyin arzusunda, həsrətində olma. Kəndlinin uşağı isti xörəyə tamarzı idi
is. Bir şeyin həsrətində, arzusunda olma; nisgillik. [Qönçənin] qəlbində nisgil, tamarzılıq, qibtə bir-birinə qarışmışdı
is. Müxtəlif məqsədlər üçün yonulub hazırlanmış nazik ensiz taxta; reyka
is. [fars.] 1. Baxıb seyr etmə. Siz hərəkət edən gəminin göyərtəsindən … alçaq və uca dağların tamaşasına dalmağın zövqünü dadmısınızmı? M