AŞİRET
AŞMAK
OBASTAN VİKİ
Aşk 101
Sevgi 101 (ing. Love 101, türk. Aşk 101) — ilk mövsümü 24 aprel 2020-ci ildə Netflix platformasında yayımlanan, ssenarisi Meriç Acəmiyə məxsus və rejissoru Əhməd Katıksız və Dəniz Yorulmazər olan Türkiyə istehsalı internet serialı. İkinci mövsüm çəkilişləri ilk mövsümlə birlikdə çəkildi. == Məzmun == === Mövsüm 1 === 4 nadinc və 1 nümunəvi şagirdin əziyyətli yaşayışı 1988-ci ildə baş verən hekayəsindən bəhs edilir. Hekayəni rəvayət edən İşıq (Badə İşcil) artıq böyümüş, illər sonra təkrar görüşmək üçün lisey dostlarına məktub göndərmişdir. Böyük yaşlı Eda (Tuba Ünsal) ona qoşulmuş və digərləri gözlənilməkdədir. Böyük yaşlı İşığın rəvayətinə 2000 və əvvəlinin musiqiləridə kömək edir. Birbirindən fərqli səbəblərdən ötrü məktəb idarəsiylə problem yaşayan Sinan (Mərd Yazıçıoğlu), Kərəm (Kubilay Aka), Eda (Alina Boz) və Osman (Səlahaddin Paşalı) daha əvvəl dəfələrlə məktəbdən atılma təhlükəsi yaşamış və təxminən bütün müəllimləri bezdirmişdir. Məktəbin müdirü Necdət (Müfit Qayacan) məktəbdən atılmaları üçün fürsət axtararkən onların məktəbdən atılmamaları üçün əlindən gələni əsirgəməyən tək müəllim Burcu (Pınar Dəniz) müəllimədir.
Aşk-ı Memnu
Aşk-ı Memnu (teleserial) 4 Sentyabr 2008-ci ildə 24 İyun 2010-cu qədər Kanal D kanalında nəşr olunan və 2 mövsüm davam edən Türk romantik drama serialıdır. Kerem Çatay tərəfindən yaradılan dizi İstanbulda eyni evdə yaşayan iki insanın qadağan eşqini və ətraflarındakı həyatı mövzu alır. Serial, Halit Ziya Uşaklıgilin eyni adlı romanı əsasında ekranlaşdırılıb. Aşk-ı Memnu, Türk televiziya tarixinin ən məşhur və ən çox izlənilən serialı olmuşdur. Final bölümü, tamaşaçıların təxminən% 73.7'ini ekran başına çəkmişdir. Serial, atasının ölümündən sonra Adnan Bəy ilə evlənən Bihter Yöreoğlunu və yoldaşının qardaşıoğlu Bəhlül ilə yaşadığı "qeyri-etik" eşq üzərində sıxlaşır. Bihter və hələ universitetdə oxuyan əyləncə düşkünü Behlülün, Adnan Bəydən və evdə yaşayan digər insanlardan gizli bir münasibətləri olur. Onların həyatlarına və yaşadıqları dramatik hadisələrə Mademoiselle De Courton (Deniz), Firdevs Yöreoğlu, Peyker Önal, Nihal Ziyagil və Bülent Ziyagil ilə digərləri də daxil olur. == İstehsal == Serialın ssenarisi Ece Yörenç və Mələk Gençoğlu tərəfindən yazılmışdır. Rejissor kreslosunda Hilal Saral yer almışdır.
Aşk İnsanı Değiştirir
Aşk İnsanı Değiştirir — Yıldız Tilbənin 2009-cü ildə çıxardığı 13-cü albomu.
Aşk 101 (serial, 2020)
Sevgi 101 (ing. Love 101, türk. Aşk 101) — ilk mövsümü 24 aprel 2020-ci ildə Netflix platformasında yayımlanan, ssenarisi Meriç Acəmiyə məxsus və rejissoru Əhməd Katıksız və Dəniz Yorulmazər olan Türkiyə istehsalı internet serialı. İkinci mövsüm çəkilişləri ilk mövsümlə birlikdə çəkildi. == Məzmun == === Mövsüm 1 === 4 nadinc və 1 nümunəvi şagirdin əziyyətli yaşayışı 1988-ci ildə baş verən hekayəsindən bəhs edilir. Hekayəni rəvayət edən İşıq (Badə İşcil) artıq böyümüş, illər sonra təkrar görüşmək üçün lisey dostlarına məktub göndərmişdir. Böyük yaşlı Eda (Tuba Ünsal) ona qoşulmuş və digərləri gözlənilməkdədir. Böyük yaşlı İşığın rəvayətinə 2000 və əvvəlinin musiqiləridə kömək edir. Birbirindən fərqli səbəblərdən ötrü məktəb idarəsiylə problem yaşayan Sinan (Mərd Yazıçıoğlu), Kərəm (Kubilay Aka), Eda (Alina Boz) və Osman (Səlahaddin Paşalı) daha əvvəl dəfələrlə məktəbdən atılma təhlükəsi yaşamış və təxminən bütün müəllimləri bezdirmişdir. Məktəbin müdirü Necdət (Müfit Qayacan) məktəbdən atılmaları üçün fürsət axtararkən onların məktəbdən atılmamaları üçün əlindən gələni əsirgəməyən tək müəllim Burcu (Pınar Dəniz) müəllimədir.
Aşk Kaç Beden Giyer?
Aşk Kaç Beden Giyer? – türk ifaçı Hadisənin beşinci studiya albomu. == Albom Haqqında == Hadise dinləyiciləri ilə yenidən birlikdədir. Müğənni bu dəfə "Aşk Kaç Beden Giyer?" adlı albomu ilə geri qayıdıb. Albomun promo şəkilləri üçün seksual pozalar verən müğənni Beyonsedən (Beyoncé) ilhamlanıb. Eurovision Mahnı Müsabiqəsi 2009-da iştirak edib 4-cü olub pərişan olan Hadise 2 ildir ki, albom çıxarmırdı. Sonda bu susqunluğun üstündən studiyada xətt çəkdi və yeni albom üçün mahnılar yazmağa başladı. Albom Gülşen, Erdem Kınay, Alpyer Narman, Gökhan Şahin, Deniz Erten, Ender Gündüzlü, Ozan Doğulu və Ozan Çolakoğlu kimi məşhurlarla işlənilib. Albomdan ilk klip söz və musiqisinin Gülşəşə məxsus olan, arenjimanı Ozan Çolaqoğluya aid olan "Superman" adlı mahnıya çəkilib. Hadise: Danışmadığım şeyləri, əziyyətlərimi və sevinclərimi "Aşk Kaç Beden Eder?"də toplamışam.
Aşk-ı memnu (teleserial, 2008)
Aşk-ı Memnu (teleserial) 4 Sentyabr 2008-ci ildə 24 İyun 2010-cu qədər Kanal D kanalında nəşr olunan və 2 mövsüm davam edən Türk romantik drama serialıdır. Kerem Çatay tərəfindən yaradılan dizi İstanbulda eyni evdə yaşayan iki insanın qadağan eşqini və ətraflarındakı həyatı mövzu alır. Serial, Halit Ziya Uşaklıgilin eyni adlı romanı əsasında ekranlaşdırılıb. Aşk-ı Memnu, Türk televiziya tarixinin ən məşhur və ən çox izlənilən serialı olmuşdur. Final bölümü, tamaşaçıların təxminən% 73.7'ini ekran başına çəkmişdir. Serial, atasının ölümündən sonra Adnan Bəy ilə evlənən Bihter Yöreoğlunu və yoldaşının qardaşıoğlu Bəhlül ilə yaşadığı "qeyri-etik" eşq üzərində sıxlaşır. Bihter və hələ universitetdə oxuyan əyləncə düşkünü Behlülün, Adnan Bəydən və evdə yaşayan digər insanlardan gizli bir münasibətləri olur. Onların həyatlarına və yaşadıqları dramatik hadisələrə Mademoiselle De Courton (Deniz), Firdevs Yöreoğlu, Peyker Önal, Nihal Ziyagil və Bülent Ziyagil ilə digərləri də daxil olur. == İstehsal == Serialın ssenarisi Ece Yörenç və Mələk Gençoğlu tərəfindən yazılmışdır. Rejissor kreslosunda Hilal Saral yer almışdır.
Aşağı Aşkan (Sərdəşt)
Aşağı Aşkan (fars. اشكان سفلي‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (5 ailə).
Aşkar
Aşkar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Aşkar Şamaxı rayonunun Quşçu inzibati ərazi vahidində qəsəbə. Oykonim türk dillərində "döyüş atı", fars dilində isə "açıq, aydın, müstəqil" mənalarını ifadə edir. Burada aşkar sözü "müstəqil" mənasında işlənmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Aşkar qəsəbəsində 34 nəfər (19 nəfəri kişilər, 15 nəfəri qadınlar) əhali yaşayırdı.
Aşkarlıq Aynasında (1989)
Aşkarlıq aynasında qısametrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Rakurs" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. == Məzmun == Filmdə Azərbaycan rəngkarlarının əsərlərindən təsvir vasitəsi kimi istifadə edilərək, müasir təzadlar şəhəri Bakı haqqında söhbət açılır. Gözəl qədim binalar, əsrin əvvəlinə aid olan arxitektura, müasir prospekt və meydançalar, eyni zamanda minlərlə insan yaşayan gecə "samostroyka daxmaları" kinolentdə qarşı-qarşıya qoyulur. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Ruslan Şahmalıyev Rejissor: Ruslan Şahmalıyev Operator: Şərif Şərifov == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Aşkarlıq aynasında (film, 1989)

Aşkarsızlıq şəraitində... (film, 1986)
Aşkarsızlıq şəraitində… filmi rejissor Fərhad Yusifov tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Evtikmə kombinatında rəhbərlik tərəfindən külli miqdarda yeyinti hadisəsi baş verir. Şəhər tikinti idarəsinin müdiri Salahov yeyintiyə qarşı çıxır. Kombinat rəhbərliyi onu aradan götürmək qərarına gəlir. Filmdə əsas rolları Çingiz Şərifov,Fərman Abdullayev, Nail Əliyev, Faiq Sücəddinov, Vyaçeslav Həsənov, Xerardo Kontrares, Dinarə Yusifova, Rasim Rəhimov və Bayandur Mehdiyev ifa edirlər. == Məzmun == Film oğurluq məqsədilə adam öldürmüş təhlükəli cinayətkar qrupun işilə bağlı 1986-cı ilin may ayında keçirdiyi 18/34814 nömrəli cinayət işinin istintaq eksperimentinin sənədli kadrları ilə başlayır. Filmdə söhbət hüquq təcrübəsində aşkarsızlıq adlanan cinayətdən gedir… Evtikmə kombinatında rəhbərlik tərəfindən külli miqdarda yeyinti hadisəsi baş verir. Şəhər tikinti idarəsinin müdiri Salahov yeyintiyə qarşı çıxır. Kombinat rəhbərliyi onu aradan götürmək qərarına gəlir.
Aşkelon
Aşkelon (ivr. ‏אַשְׁקְלוֹן‏‎) və ya Əsqəlan (ərəb. عسقلان‎) — İsrailin Aralıq dənizi sahilində yerləşən şəhəri. Bəzi azərbaycandilli mənbələrdə Əsqalan da adlandırılır. == Tarixi == Yafanın 60 km. cənub-qərbində olan Askalan Tövratda Aşkelon adıyla keçir. Helenistik, Roma və xristianlıq dövrlərində dini və ticari həyatda önəmli bir yerə sahib olan Fələstinin öndə gələn şəhərlərindən biri idi. “Suriyanın gəlini” (Sponsa Syrine, Arusüş-Şam) ləqəbiylə məşhur olan Askalan müsəlmanların ən son fəth etdikləri Fələstin şəhərlərindəndir. peyğəmbər də Askalanı “iki gəlindən biri” (digəri Qəzzə) olaraq vəsf edirdi (bax. Müsnəd, III, 225).
Aşkenaz
Aşkenazi yəhudiləri (ivr. ‏אשכנזים‏‎, aşkenazim; təkdə: aşkenazi) — Mərkəzi Avropada formalaşmış yəhudi subetnik qrupu. Bu mədəni icma üçün bu terminin işlənilməsinə ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. Tarixən əşkinazi yəhudilərinin böyük əksəriyyət üçün danışıq dili idiş olmuşdur. Orta əsr yəhudi ədəbiyyatında "aşkenazi" adı altında Reyn çayının sahilində, daha sonra isə alman torpaqlarında yaşayan yəhudilər nəzərdə tutulurdu. Bu termin orta əsrlərdə yəhudilərin Almaniyaya verdikləri addan törəmişdir. Yəhudi ənənəsinə görə, Yasəfin (Nuh peyğəmbərin oğlu) nəvəsi, əfsanəvi Aşkenazanın nəsli Almaniya torpaqlarında məskunlaşmışlar. Ona görə də yəhudilər həmin ölkəyə bu adı vermişlər. Zaman keçdikcə bu termin subetnik anlayış kimi təkcə Almaniyadakı yəhudilərə deyil, onların nəslindən olan və digər Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilmişdir. Aşkenazilərin ana dili idişdir.
Aşkenazi yəhudiləri

Aşkenazi yəhudilərinin sinaqoqu (Bakı)
Aşkenazi yəhudilərinin sinaqoqu — Bakı şəhərində, Dilarə Əliyeva küçəsi, 171 ünvanında yerləşən Aşkenazi və Gürcüstan yəhudilərinin sinaqoqu. Sinaqoq 2002-2003-cü illərdə memar Aleksandr Harberin layihəsi əsasında qüds memarlıq üslubunda inşa edilmişdir. Sinaqoq son 60-80 ildə Yaxın Şərqdə tikilmiş birinci sinaqoq sayılır. == Tarixi == Avropada ən böyük sinaqoqlardan biri hesab edilən bu tikili köhnə məbədin yerində ucaldılmışdır. Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərmişdir. İkinci dünya müharibəsi qurtardıqdan sonra Sovet hakimiyyəti dini ehtiyacın ödənməsi üçün Aşkenazi, Avropa və Gürcüstan yəhudilərinə qədimdə hərbi anbar olan birmərtəbəli bina ayırmışdır. Burada kişilər ibadət etmək üçün soyuq və nəm zirzəmiyə düşürdülər, qadınlar isə yuxarıdakı otaqda dua edirdilər. Binanın eyvanı da qadınların ixtiyarına verilmişdi. 2002-ci ildə yeni sinaqoq binasınnın tikilməsi qərara alınmışdır. Tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi təşkilatları deyil, həmçinin Qafqaz Müsəlmanları İdarəsi və Rus Pravoslav Kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası da yaxından iştirak etmişdir.
Aşkenazi yəhudilərinin sinaqoqu (Qroznı)
Aşkenazi yəhudilərinin sinaqoqu — Çeçenistanın paytaxtı Qroznı şəhərində 1902-ci ildə açılmış Aşkenazi yəhudilərinin dini ibadətgahı. 1929-cu ildə sinaqoq bağlanmışdır. Sovet hökuməti tərəfindən sinaqoq binası müxtəlif məqsədləri üçün istifadə edilmişdir. Sinaqoq binası Birinci çeçen müharibəsi zamanı hərbi əməliyyatlar zamanı dağıdılmışdır. Həmin vaxt bina mədəniyyət evi kimi fəaliyyət göstərirdi. == Tarixi == XIX əsrin ortalarında, Qroznıda Sunjanın sağ sahilində Dağıstandan köçmüş dağ yəhudilərinin məskunlaşdığı slobada meydana çıxdı. Tədricən slobada böyüyərək Qroznıda yəhudi məhəlləsinə çevrildi. 1866-cı ildə artıq burada 453 kişi və 475 qadından ibarət yəhudi yaşayırdı. 1875-ci ildə qəsəbədə, demək olar ki, çayın sahilində yəhudilər üçün dua evi tikildi. 1883-cü il məlumatına əsasən Qroznı şəhərində iki sinaqoq fəaliyyət göstərirdi.
EX Aşkım
EX Aşkım — Kənan Doğulunun bir albomu. Albom 2001-ci ildə yayımlanıb.
Müdaxilənin aşkarlanması sistemi
Müdaxilənin aşkarlanması sistemi– kompüter sisteminə və ya şəbəkəyə icazəsiz giriş faktlarını aşkarlamaq üçün nəzərdə tutulmuş proqram və ya aparat vasitəsi. Hər hansı aşkar edilmiş fəaliyyət və ya pozuntu adətən bir administratora bildirilir. Adətən, IDS arxitekturasına aşağıdakılar daxildir: sensor altsistemi – təhlükəsizliklə əlaqəli hadisələr haqqında verilənləri toplayır; analiz altsistemi – sensor məlumatları əsasında hücumları və şübhəli hərəkətləri aşkarlayır saxlanc – ilkin hadisələrin və analizin nəticələrinin toplanmasını təmin edir; idarəetmə konsolu – IDS-lə qorunan sistemin və IDS-in öz vəziyyətini müşahidə etməyə, analiz altsisteminin aşkarladığı insidentləri nəzərdən keçirməyə, IDS-i konfiqurasiya etməyə imkan verir. Müdaxilənin qarşısının alınması – müdaxilənin qarşısını alır və ya onun uğurlu olmasını əhəmiyyətli dərəcədə çətinləşdirir. Honeypot, ildırımötürmə sistemləri– lighting rod systems, karantin sistemləri – quarantined faux systems, aldatma sistemləri – deception toolkits, tənha hücrə – padded cell (ing. psixiatriya xəstəxanasında keçə ilə üzlənmiş palatanı bildirir) kimi vasitələrlə həyata keçirilə bilər. İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Qoqa Aşkenazi
Qoqa Aşkenazi (tam adı: Gövhər Yerkinovna Berqəliyeva; rus. Гауха́р Ерки́новна Беркали́ева, qaz. Гауһар Еркінқызы Берқалиева; d. 1 fevral 1980, Taraz, Cambul vilayəti, Qazaxıstan SSR, SSRİ) — Qazax əsilli iş adamı. "MunaiGaz" neft-qaz şirkətinin sahibi. Qoqa Aşkenazi 1 fevral 1980-ci ildə Qazaxıstanın Cambul vilayətinin Taraz şəhərində anadan olmuşdur. Onun atası Yerkin Zeynullayeviç karyerasına meliorasiya sistemində adi mühəndis kimi işə başlasa da, tez bir zamanda Sovet sisteminin pilləkənlərində sürətlə yuxarı qalxmağı bacarmışdır. Bir müddət Kommunist Partiyasının sənaye və ticarət şöbəsi üzrə regional komitəsindən birinə rəhbərlik etdikdən sonra yoldaşları onu Mərkəzi Komitənin tərkibinə seçirlər. Qeyd edək ki, Yerkinin yüksəlməsində şəhər partiya komitəsinin ikinci katibi olan atasının rolu heç də az olmur. Bundan sonra ailə Moskvaya köçür.
Xəta aşkarlama kodlaşdırması
Xəta aşkarlama kodlaşdırması – verilənlərin saxlanması və ya ötürülməsində yaranan xətaları aşkarlamağa imkan verən kodlaşdırma üsulu. Belə kodlaşdırma üsullarının əksəriyyəti, onların aşkarlaya biləcəyi yanlış bitlərin sayı ilə xarakterizə olunur. Fayldakı yanlış bitlərin sayı həmin həddi aşarsa, xətalar aşkarlanmamış qala bilər.
Yuxarı Aşkan (Sərdəşt)
Yuxarı Aşkan (fars. شكان علي‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (24 ailə).
İlhan Aşkın
İstanbul Aşkenazi sinaqoqu
İstanbul Əşkinazi sinaqoqu (ivr. ‏האשכנזי בית הכנס‏‎) — Türkiyənin İstanbul şəhərinin Bəyoğlu ilçəsində, Qalata qülləsinin yaxınlığında yerləşən sinaqoq. İstanbulda hələ də fəaliyyət göstərən yeganə Əşkinazi sinaqoqu. Avstriya mənşəli yəhudilər tərəfindən 1900-cü ildə qurulmuşdur. Türkiyədəki yəhudi əhalinin cəmi 4 %-ni təşkil edən Əşkinazilər tərəfindən tikilən 3 sinaqoqdan sağ qalan yeganə sinaqoqdur. Sinaqoq həftəiçi səhər dualarına və şənbə günləri Şabat dualarına ziyarətə açıqdır. Sinaqoqda toy və Bar Mitsva Aşkenazi üsulu ilə keçirilir. Bir yəhudi məktəbi olan Bene Beritin qurucusu olan Dr. David Markus 1938-ci ildə ölənə qədər sinaqoqun ruhani lideri olmuşdur. Bu gün isə sinaqoqun hahamı 2003-cü ildən Mendi Çitrikdir.
Aşkali bayrağı
Aşkali bayrağı — aşkalilərin öz yurdlarında və diasporda aşkali millətini təmsil etməsi seçdiyi bayraq. Aşkali bayrağı Albaniya bayrağından ilhamlanmışdır, çünki aşkalilərin əksəriyyəti albandillidir.
Aşkın Olayım
"Aşkın Olayım" — Türkiyə müğənnisi Simgənin 2018-ci ildə çıxan Ben Bazen albomundan bir mahnı. Albomun üçüncü klipi olaraq buraxıldı. Murad Cokerin prodüserliyi ilə çəkilən klipdə müğənnini portuqaliyalı model Markos Santos müşayiət etdi. Habertürk qəzetinin köşə yazarı Oben Budak albomda iki versiyası olan mahnının Onurr versiyasında klipinin çəkilməsini "Simgənin yenisini sınamaq cəsarəti" nəticəsində baş verdiyini yazdı.