Bürger

der; -s, -1. (e-s Staates) vətəndaş, yurddaş; 2. (e-r Stadt) şəhər sakini, şəhərli; 3. (Bourgeois) burjua
bürgen
Bürgerinitiative
OBASTAN VİKİ
Bürgerler
Bürgerlər (alm. Bürgertum, Bürger – şəhərli sözündən‎) — orta əsr şəhərlərinin əmlaka malik olan və şəhər hüququnun təsir dairəsində olan şəxsən azad sakinləri. == Tarixi == Bürgerlər 11-ci əsrdə şəhərlərdəki əhalinin şəhər torpaqları uğrunda feodal istismarı və öz başınalığından qurtulmaq naminə senyorlarla apardığı mübarizə gedişində təşəkkül tapmışdı. == İdarə edilməsi == Bürgerlər əmlak baxımından fərqli idilər. Yuxarı təbəqəyə iqtisadi və siyasi cəhətdən hakim mövqeyə malik olan, çox vaxt şəhərlərə məxsus torpaqlarda yaşayan kəndlilərlə münasibətdə senyor rolunda çıxış edən patrisiat aid idi; əslində, iqtisadi sərbəstliyini itirmiş və istismara məruz qalan xırda sənətkarlar və tacirlər onlara müqavimət göstərirdilər. Silki nümayəndəli monarxiya meydana gəldikdə yalnız Bürgerlərin yuxarı təbəqəsi silki nümayəndəli orqanların fəaliyyətində iştirak etmək hüququna malik idi. Feodal cəmiyyətinin tərkib hissəsi olan Bürgerlər feodalizm sisteminin dağılmasına gətirib çıxaran əmtəə-pul münasibətlərinin inki şafına şərait yaradırdılar. 16–18-ci əsrlərdə kapitalist istehsal üsuluna keçən, silki ayrı-seçkiliyin və imtiyazların ləğvində maraqlı olan Bürgerlərin bir hissəsi formalaşan burjuaziyanın özəyini təşkil etdi.
Bürgerlər

Digər lüğətlərdə