İsveçrə bıçağı
İsveçrə bıçağı — isveçrə cib bıçağı və ya isveçrə hərbi bıçağı Victorinoks şirkəti tərəfindən istehsal olunan(2005-ci ildən həmçinin Wenger SA şirkəti tərəfindən də istehsal olunur) çoxfunksiyalı alətdir. İkinci Dünya Müharibəsindən sonra Amerikan əsgərləri tərəfindən almanca "Offiziersmesser" sözü tələffüz etməkdə çətinlik çəkdikləri üçün adı İsveçrə bıçağı kimi dəyişdirilmişdir. Müxtəlif funksiyalar bıçağın qolu içərisinə bir pivot nöqtəsi mexanizmi vasitəsilə yerləşdirilmişdir. İsveçrə bıçağının sapı adətən ənənəvi qırmızı rəngdə təsvir edilsə də, 2006-cı ildən bəri digər rənglər və formalar ortaya çıxdı.
İsveçrə bıçağı ilk çoxfunksiyalı cib bıçağı deyildi. 1851-ci ildə "Mobi Dik" əsərində Melvill buna bənzər bir bıçaq təsvir etmişdi.
1880-ci illərin sonlarında İsveçrə Ordusu əsgərləri üçün yeni qatlanan cib bıçağı hazırlamaq qərarına gəldi. Bu bıçaq, konservləşdirilmiş yeməklərin açılmasında və İsveçrə xidmət tüfənginin, Schmidt-Rubin-in yığılması üçün bir tornavida funksiyasını da daşımalı idi.1891-ci ilin yanvarında bıçaq rəsmi olaraq Modell 1890 adını aldı.
1891-ci ildə cərrahi avadanlıq hazırlayan bir şirkətin sahibi olan Karl Elsener İsveçrənin özündə də bıçaq istehsal etməyə başladı.
1908-ci ildə İsveçrə hökuməti, regional favoritizm mövzusunda bir məsələnin qarşısını almaq istəyərək, eyni zamanda qiymətlərin enməsinə ümid edərək rəqabət etmək istədiyi Victorinox və Wenger ilə müqaviləni bölüşdü, hər biri istehsalçı sifarişin yarısını götürdü.