Mirzə Hüseyn xan Kəsmai
Mirzə Hüseyn xan Kəsmai (1865-1920)—şair, jurnalist, rəssam, Məşrutə hərəkatının üzvü.
Mirzə Hüseyn xan Ağa Məhəmməd İbrahim oğlu 1865-ci ildə Gilan ostanının Kəsma kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.
Mirzə Hüseyn xan Məşrutə inqilabı dövründə Rəştdən İran Milli Məclisinə vəkil seçilmişdi. O, vəkilliyini namizəd verərkən Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Parlaman vəkilliyinə namizədlər:
Ağayi [Seyid Həsən] Tağızadə, Hüseynqulu xan Nəvvab, Vüsuqüddövlə, Ağa Mirzə Əli Məhəmmədəli xan, Ağa Mirzə Əli Məhəmməd xan, Müstəşarüddövlə, Həkimülmülk, Müizüssultan, Mirzə Hüseyn xan Kəsmai, Zəkaülmülk, Mirzə İbrahim xan Münşizadə, Əmidülhükəma, Müxbirülmülk, Əsədüllah mirzə, Muxtarüddövlə, Doktor Vəliyullah xan, Vəhidülmülk, Nizamülhükəma Möhsün mirzə, Mirzə Əbdülqasım xan, Rzaqulu xan rəisi-darülfünun, Sahib Nəsəq, Hacı Əminüzzərb, Fəhmülmülk, Doktor Mənuçöhr xan və digərləri.
Adları zikr olunan bu namizədlər ki, əksər siyahılarda vardırlar – hamısı mütərəqqi tərbiyəşödə cavanlardır ki, çoxlarının sinni 30-35-dən o tərəfə keçməmişdir.
Bu adamlar məsləkən bütün hürriyyətpərəstdirlər".
Mirzə Hüseyn xan dəfələrlə mitinqlərdə iştirak etmişdi. Məhəmməd Əmin Rəsulzadə yazır "Nəticeyi-mücmiləsini teleqraf ilə xəbər vermiş olduğumuz bu mitinqdə 8 minə qərib əhali şərakət ediyordu. İki yerdə natiq kürsüsü qurulmuş, cəmaət məscidvari oturub məclisin iftitahini ürək tappıltısı ilə gözləyir idi.