BAĞDADI

1
сущ. багдади:
1. народный танцевальный мотив. Bağdadı çalmaq играть багдади
2. танец на этот мотив. Bağdadı oynamaq танцевать багдади
3. оборот для перехода от одной части к другой в мугаме “Рахаб”
2
сущ. багдади (род шёлкового головного платка)
BAĞDACUS
BAĞDADURİ
OBASTAN VİKİ
Bağdadın işğalı (1534)
Bağdadın işğalı (1534) — 1532-ci ildən yenidən alovlanan və 1555-ci ildə Amasya sülh müqaviləsi ilə bitən Osmanlı-Səfəvi müharibəsi zamanı Bağdadın Osmanlı ordusu tərəfindən ələ keçirilməsi nəzərdə tutulur. == Arxa plan == 1524-cü ildə Şah İsmayılın ölümündən sonra onun yerinə 10 yaşlı oğlu Təhmasib şah olmuşdu. Şahın azyaşlı olması nəticəsində taxt-tac uğrunda Qızılbaş əmirləri arasında aramsız mübarizə gedirdi. Bu daxili çəkişmələr Səfəvi dövlətini və ordusunu zəiflətmiş və nəticədə qonşu Osmanlı imperiyasının sultanı Süleyman bundan yararlanmağa çalışmışdı. Bu iki dövlət arasında hüquqi baxımdan 1514-cü ildən — Sultan Səlimlə Şah İsmayılın hakimiyyəti illərindən müharibə mövcud olsa da, 1516-cı ildən faktiki 1534-cü ilə qədər keçən 18 il ərzində hərbi toqquşma yaşanmamışdı. == Şəhərin itirilməsi == Bağdad şəhəri Osmanlı ordusu tərəfindən müqavimətsiz ələ keçirilmişdir. Osmanlı ordusu şəhərə yaxınlaşarkən Səfəvi canişini şəhəri boşaldaraq geri çəkilmişdi. Bağdadın ələ keçirilməsi böyük uğut hesab edilirdi. Beləki şəhərin ələ keçirilməsi ilə Dəclə və Fərat çayları və onlar vasitəsiylə həyatakeçirilən daxili və xarici ticarət Osmanlı suverenliyi altına keçmişdi. Bağdadın Səfəvilər prizmasından itirilməsini 1546-cı ildə Bəsrənin itirilməsi izlədi.
Bağdadın mühasirəsi (1258)
Bağdadın mühasirəsi — Abbasilər xilafətinin paytaxtı Bağdad şəhərinin monqollar tərəfindən mühasirəyə alınması və ələ keçirilməsi. 1258-ci ildə Hülakü xanın başçılığı altında monqol qoşunları və onların müttəfiqləri Abbasi xilafətinin paytaxtı Bağdadı (hazırda İraqın paytaxtı) mühasirəyə almışdılar. Bağdad ələ keçirildikdən sonra talan edilmiş və yandırılmış, 100 min ilə 1 milyon arası mülki şəxs öldürülmüşdür. Bağdadın kitabxanaları, o cümlədən Hikmətlər evi monqollar tərəfindən dağıdılmış, kitablar Dəclənin axınını dayandırmaq üçün çaya atılmışdır. Bağdad şəhəri məhv edilmiş və bir neçə əsr xarabalıq olaraq qalmışdır, bu da İslamın qızıl dövrünün sonunu gətirmişdir. == Zəmin == Bağdad əsası indiki İraq olan Abbasilər xilafətinin paytaxtı idi. Abbasilər 750-ci ildə Əməviləri əvəz etmişdir və onlar 653-cü ildə vəfat edən Abbas ibn Əbdülmüttəlibin nəslindən idilər. Bağdad şəhəri öz zirvəsində olanda onun bir milyona yaxın əhalisi və 60 min nəfərlik qarnizonu var idi. XIII əsrin ortalarında xilafətin qüdrəti xeyli azalmış və əhəmiyyətsiz bir dövlətə çevrilmmişdir. Abbasi xəlifələri məmlük və səlcuqi sərkərdələrinin əlaltılarına çevrilmişdilər, lakin yenə də böyük simvolik əhəmiyyətə malik idilər.
Bağdadın mühasirəsi (1733)
Bağdadın mühasirəsi (1733) — Səfəvi ordusunun Nadir xanın komandanlığı altında Bağdadı qısa zamanlıq olsa da, güclü formada mühasirədə saxlaması nəzərdə tutulur. Bağdadın taleyi mühasirənin təşkili prosesində yox, Bağdad yaxınlığında Samarra adlanan yerdə baş vermiş döyüşdə həll edildi. Bu döyüşdə Topal Osman Paşanın komandanlığı altında Bağdadda mühasirədə olan qarnizona yardıma gələn böyük Osmanlı ordusu ilə Səfəvi ordusu qarşılaşdı və Səfəvi ordusunun komandanı Nadir xan həyatında ilk meydan döyüşü məğlubiyyətini aldı. Böyük canlı və hərbi sursat itirən Səfəvi ordusu artıq ümidsiz vəziyyətdə olan Bağdadın mühasirəsini yarım saxlayaraq geri çəkildilər. == Mühasirənin başlanması == Bağdad əyalətinin hakimi Əhməd paşa ehtiyatla Dəclə çayının sol sahilini ələ keçirdi. O, bu mövqenin Səfəvi ordusunun qarısını almaqda nə qədər əhəmiyyətli olduğunu bilirdi. Nadir çayın şərq sahilində düşərgə saldı və adamlarının çox hissəsini düşərgənin içinə, ətrafına toplayaraq Osmanlılara qarşı hiylə işlətdi. Nadir çayı təhlükəsiz keçmə üçün planlar hazırlamaqla məşğul idi. Nadir Osmanlı dəstələrinin Dəclə çayınnı o biri sahilində yerləşməsi xəbərini aldıqdan sonra mühəndislərinə dərhal çayı keçmə vasitələri düzəltməyi əmr etdi. ərindən körpü salınmasına başlasınlar.
Bağdadın tutulması (1624)
Bağdadın tutulması — 14 yanvar 1624-cü ildə I Şah Abbasın Sultan Murada qarşı davam edən müharibənin bir hissəsi. == Həmçinin bax == İstanbul sülh müqaviləsi (1612) Sərab sülh müqaviləsi == İstinadlar == Blow, David. Shah Abbas: The Ruthless King Who Became an Iranian Legend. I. B. Tauris. 2009. səh. 133. ISBN 978-1845119898. (...) managed to break into the city on the evening of 12 January 1624, and two days later Baghdad was in Safavid hands. Ghafouri Ali History of the Iran's battles, from the Medes up to today 2009 ISBN 9789644237386.
Bağdadın mühasirəsi
Bağdadın işğalı (1534)