BAŞIXORDALILAR

сущ. зоол. головохордовые (подтип хордовых, то же, что бесчерепные)
BAŞIƏTLİLİK
BAŞIKÜLLÜ
OBASTAN VİKİ
Başıxordalılar
Başıxordalılar (lat. Cephalochordata) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan yarımtipi. Nümayəndələri dəniz dayazlıqlarında qum içərisində yaşayır. Bunların bədəni yanlardan yastılaşıb, ağzı bığcıqlarla əhatə olunub. Xorda bütün bədən boyu uzanır, hətta sinir borusundan qabağa çıxır. Ona görə də bunlara başıxordalılar deyilir. Nümayəndəsi neştərçədir. 30 növlə təmsil olunmuşdur. Xarakterik nümayəndəsi dənizin qumlu, dayaz yerlərində, dibdə yaşayan neştərçədir (Branchiostoma lanceolatum). Uzunluğu 8 sm-ə qədərdir.