BAŞ-AYAQ I is. aşp. Kəlləpaça: qoyunun, malın başı və ayaqlarından hazırlanan sulu xörək. ...Baza müdiri Bürcəli dedi: – Bu saat burdan gedirik bizə xaş, baş-ayaq, dırnaq, kəlləpaça, xolodes yeməyə (Anar).
BAŞ-AYAQ II is. məh. Biçin zamanı yerə tökülən sünbül. Qarı çöldən 30 kiloqram baş-ayaq yığmışdı.
BAŞ-AYAQ III zərf Tərsinə, əksinə, başı ayağına və ya ayağı başına. ...Yuxudan qalxan cavanlar Cəmillə Tahiri bir çarpayıda baş-ayaq yatmış gördülər (M.Mehdi).