babəki

babəki
babezioz
babəkilər
OBASTAN VİKİ
Babəki
Babəki — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Araz çayı yaxınlığında, şərur düzündədir. XX əsrin ortalarında qonşu Çərçiboğan kəndindən çıxmış bir qrup gənc ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Toponim özündə xalq qəhrəmanı Babəkin adını əks etdirir. "Babəkə məxsus, Babəkin tərəfdarları" deməkdir. SSRİ dövründə Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib.
Babəki yaşayış yeri
Babəki yaşayış yeri — Şərur rayonunda, eyni adlı kəndin yaxınlığın da оrta əsrlərə aid yaşayış yeri. == Coğrafi mövqeyi == Аbidə Şərur rаyоnunun Bаbəki kəndi yахınlığındа yеrləşir. == Tədqiqi == Ərаzisi 3 hеktаrdır. Hazırda əkin sahələrinin altında qalmışdır. Tоrpaq işləri aparılarkən skelet qalıqları, gil qab qırıqları aşkar edilmişdir. Mədəni təbəqənin qalınlığı bəzi yerlərdə 2 m-dən artıqdır. Təbəqə tоrpaq qarışıq kül laylarından ibarət оlub, çəhrayı və sarı rəngli saxsı məmulatı (küpə, kasa, çanaq, qazan, səhəng və s.), tikinti qalıqları ilə və оsteоlоji materiallarla zəngindir. Yаşаyış yеri hаzırdа əkin sаhələrinin аltındа qаlmışdır. Yаşаyış yеrinin mərkəzi hissəsi uzunsоv-оvаl fоrmаlı təpə şəklində оlmuşdur. Təpənin аşınmаsı nəticəsində skеlеt qаlıqlаrı və gil qаb sınıqlаrı аşkаr еdilmişdir.
Babəkiyyə
Babəkiyyə və ya Məzyariyyə — Transubstantiasiya və reenkarnasiyaya inanan Hürrəmiyənin davamı olan Qulat-i Şiə məzhəbi. == Hürrəmilərin davamçıları olan Babəkilər == Onlar sələfləri Hürrəmilərin dünyada həmişə bir peyğəmbər olacağına, yer üzünün peyğəmbərsiz qala bilməyəcəyinə, peyğəmbərliyin ancaq peyğəmbərlik yolu ilə keçə biləcəyinə inandıqlarına uyğun olaraq, Babək Xürrəminin peyğəmbər olduğunu iddia edirdilər. == Babək Hürrəminin ilahiliyi == İbn Nedimin Babəkin ilahlıq iddiasına cəhd etdiyi qeydindən də anlaşıldığı kimi, Hürrəmiyənin davamı olan Qulat-i Şia bir təriqət meydana gətirmişdir. Babək Hürrəminin öz ilahiliyindən başqa, Hürrəmiyədən aldıqları siyasi taktiki dəyişikliklərdən ibarət idi. == Babəkilərin İslam anlayışı və əməlləri == Övladlarını Quran kurslarına göndərsələr də, namaz qılmayıb, Ramazan orucu tutmazlarmış. Bundan əlavə, kafirlərlə cihada getməyi lazımsız hesab edən bir icma qurmuşlardır. == Məzyəriyyə təriqətinin yaranması və Məzyar üsyanı == Babək üsyanında Babək Hürrəmiyə ən güclü dəstək verənlərdən biri də Babəkiyyə təriqətinin ən sadiq davamçılarından olan “Məz-Yar” olmuşdur. Orta əsr tarixçisi “Bəhaddin Məhəmməd ibn Həsən ibn İsfəndiyar” “Tarik-i Təbəristan” adlı əsərində, əslən dindar zərdüşt olan və miladi IX əsrdə Abbasi xilafətinə qarşı 839-cu ildə qiyam qaldıran Məzyarın bu sözləri dediyi bilinir: . == Məzyarın ölümü == Məzyar və Babək Hürrəmi birlikdə Abbasi xəlifəsi Əbu İshaq əl-Mötəsim bil-Lahın onlara qarşı göndərdiyi qoşunların əksəriyyətini dəf edə bilsələr də, qardaşı Kuhyarın xəyanətinə məruz qalan Məzyar nəhayət əsir götürülür. O, Bağdadda edamını gözləyən zaman xəlifənin cəlladları tərəfindən camaat qarşısında işgəncələrə məruz qalmamaq və alçaldıcı şəkildə edam edilməmək üçün zəhər içərək həyatına son qoyur.