Bacanaqlar (teleserial, 2009)
Bacanaqlar (1–236-cı seriyalar), Köhnə Bacanaqlar (237–240-cı seriyalar), Eks-Bacanaqlar (241–324-cü seriyalar), Eks-Bacanaqlar. Şərikli Ev (325–326-cı seriyalar), Bacanaqlar. Şərikli Ev (327–364 seriyalar), Bacanaqlar. Yeznə-Qayın (365–404-cü seriyalar), Bacanaqlar. 10 İl (405-ci seriyadan) — 2009-cu ildən Azad Azərbaycan TV-də yayımlanan komediya janrlı Azərbaycan teleserialı.
== Məzmun ==
Film-serial iki bacanağın başına gələn məzəli, bəzən isə tragikomik əhvalatlardan bəhs edir. Ümumi film rollarını götürdükdəysə, Talehin 3 həyat yoldaşı, 1 oğlu və 1 qızı, Qismətin isə 1 həyat yoldaşı, 1 qızı və 1 oğlu var. Həmçinin əvvəl bacanaq idilərsə, sonradan Taleh Qismətin bacısı ilə ailə qurmuş olur.
=== I və II mövsümlər ===
Bir-birilə bacanaq olan Qismət və Taleh "Şıdırğı" adlı redaksiyada jurnalist kimi çalışırlar və sosial cəhətdən zəifdirlər. Elə bu səbəbdən də, ilk 100 seriyada onlar 5 kirayə ev dəyişirlər (Kürdəxanıda cücə kolxozunda, Sovetskidə həyət evində, Sahil qəsəbəsi Zığ, və Kubinkada bina evlərində).