Qızıl pul. (“Koroğlu” dastanının lüğəti)
Azərbaycanda işlədilən Niderland qızıl dukatları, Avstriya qızıl sikkələri, həmçinin Fətəli şahın kəsdirdiyi bəzi qızıl sikkələr də bacaqlı adlanırdı. Bacaqlıdan qadın sinə bəzəyi kimi istifadə olunmuşdur.
– Ey hacı, Nigar xanımın verdiyi ənamlardan bizə də pay ver.
Koroğlu onların hər birinə bir bacaqlı verdi. (Paris nüsxəsi, 5-ci məclis)
*
Molla dedi ki, bəri başdan pulumu ver, sonra gedək. Koroğlu mollaya bir bacaqlı verdi. Mollanın gözlərinə işıq gəldi. (Paris nüsxəsi, 4-cü məclis)