Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Açılış mərasimi
Açılış mərasimi və ya lentkəsmə mərasimi — yeni tikilmiş bir yerin rəsmi açılışının və ya hər hansı hadisənin başlanğıcının qeyd edildiyi mərasim. Olimpiya oyunları, FİFA Dünya Kuboku və Reqbi Dünya Kuboku kimi böyük tədbirlərdə açılış mərasimləri minlərlə şəxsin iştirakı ilə keçirilir və dünya miqyasında izlənilir.
Nişan mərasimi
Nişan mərasimi — Azərbaycanın milli toy adətlərinin tərkib hissəi.
Şəcərəyi-tərakimə
Əbülqazi Bahadır xan (1603–1663) — Xivə xanı, tarixçi, şair. Urgənc hökmdarı Ərəb Məhəmməd xanın oğlu, 1643-cü ildə Aral özbəklərinin, 1644-cü ildən isə Xivənin xanı olmuşdur. Əbülqazinin "Şəcərəyi tərakimə" (1659) və "Şəcərəyi türk" (1663) əsərlərində bir sıra türk xalqlarının tarixi haqqında qiymətli məlumat, həmçinin xalq əfsanələri, rəvayətlər, atalar sözü və s. verilmişdir. Родословная туркмен. Пер. А. Г. Туманского. Асхабад, 1897. Родословное древо тюрков. Пер.
Təkəçi mərasimi
Təkəçi mərasimi - Novruzda keçirilən mərasim tamaşalarından biri. Daha çox Cənubi Azərbaycan ərazisində yayılmışdır. Novruza on gün qalmışdan ağacdan təkə müqəvvası düzəldib, onu par-parça ilə bəzəyərək boynundan da zınqırov asardılar. Yeniyetmə uşaqlar həmin təkə müqəvvasını başları üstündə oynada-oynada dəstə ilə Təbrizin baş meydanına gələrdilər. Burada bir xeyli çal-çağır eləyib şəhərin məhəllələrinə baş vurardılar. Hər qapıda dayanıb əllərindəki təkə müqəvvasını oynada-oynada mahnı oxuyar, təkəyə pay istəyərdilər. Kimin nəyə imkanı çatırdısa noğul- nabatdan tutmuş boyanmış yumurtaya qədər ən müxtəlif bayram nemətlərindən təkəçiyə pay verərdilər. Təkəçilərin oxuduqları sözlərdən: Təkəm getdi Meşkinə, Gəlmədi on beş günə, Təkəmi bəzədilər, Qoydular xan köşkünə. Təkəmin bəndi var, Yetmiş yeddi kəndi var, Hansı qapıdan girsə, Noğulu var, qəndi var. Təkəm gəlir sanıynan, Dırnaqları qanıynan, Təkəmə müjdə verin, Bayramlaşsın hamıynan.
Qəhvə mərasimi
Qəhvə mərasimi — Efiopiya və Eritreyada yayılmış qəhvə hazırlamaq və qəhvə içmək üçün rituallaşdırılmış bir prosesdir. Hər bir ailə gündə üç dəfəyə qədər qəhvə mərasimində iştirak edə bilər və ailəsinə, qonşularına və dostlarına qonaqpərvər olmaq imkanı təqdim edir. Bəzi regionlarda bu, ən vacib sosial mərasim hesab olunur və qəhvəyə dəvət olunmaq hörmət və dostluq əlaməti hesab olunur. Kofeni adətən ev sahibi – qadın hazırlayır, bu da böyük şərəfdir. Bu şərəf adətən ailənin matriarxına məxsusdur. Qəhvə mərasiminə hazırlıq zamanı qəhvənin dəmləndiyi yerə ot yarpaqları və çiçəklər qoyulur.
Mərasim nəğmələri
Mərasim nəğmələri — Mərasim nəğmələri iki yerə ayrılır: mövsüm mərasimləri, məisət mərasimləri. Mövsüm mərasimləri daha çox ilin müəyyən fəsillərində, aylarında keçirilən mərasimlərlə bağlıdır. Məsələn, "Xıdır nəbi" mərasimi, "Kosa-kosa" mərasimi, yağış çağırma və yağış çox yağdığı zaman "Qodu-qodu" mərasimi və s. Məişət mərasimləri insanın doğulması, evlənməsi və vəfat etməsi ilə əlaqədar olan prosesləri əhatə edir. Bu zaman adqoyma, elçilik, nişanlama, xınayaxdı, toy, yaş kimi mərasimlərdə müəyyən məişət mərasim nəğmələrindən istifadə olunur.
Rasimə Babayeva
Rasimə Babayeva (1 oktyabr 1950, Bakı ) — Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının professoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2021),Azərbaycan Respublikasının əməkdar müəllimi. Babayeva Rasimə Əhməd qızı 1950-ci ildə Bakı şəhərində anadan olub. 1956-1968-ci illərdə Bülbül adına orta ixtisas məktəbində oxumuşdur. 1969-1973-cü ildə Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano və orqan (Z.Cəfərovanın sinfi) sinifləri üzrə bitirmişdir. 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistent-stajorluğunu bitirmişdir. 1988-ci il Moskva Dövlət Konservatoriyasının orqan ixtisası üzrə yarım il təcrübə keçmişdir. Pitsunda (1988) Riqa (1989), Alma-Ata (1989) Danimarka (1992), İsveç (1997, 2001), Hollandiya (1999) ölkələrində keçirdiyi ustad dərslərində iştirakçı olmuşdu və beynəlxalq sertifikatlarına layiq görülmüşdür. 1974-cü ildən Konservatoriyanın konsertmeyster, 1985-ci ildən Orqan və klavesin kafedrasında orqan üzrə müəllim, 1986-cı ildən baş müəllim, 1991-ci ildən dosent, 2002-ci ildən indiyədək professor vəzifəsində çalışır. Azərbaycan Respublikasının əməkdar müəllimi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi 1973-cü ildən M.Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasının solisti, sonra isə AZKonsertin solisti, 1982-ci ildən Soyuz Konsertin və Dövlət konsertin solisti, keçmiş SSSR ərazisində olan bütün şəhərlərdə və xaricdə ilk azərbaycanlı orqan ifaçısı kimi ölkəmizi təmsil etmişdir. R.Babayeva Azərbaycan bəstəkarlarının orqan üçün yazılan bütün əsərlərinin təbliğatçısı, bir qisminin isə redaktorudur.
Adqoyma mərasimi (Azərbaycan)
Adqoyma mərasimi — Azərbaycanın bir çox yerində yayılmış adət. Müxtəlif bölgələrdə adqoyma mərasimi fərqli qaydalarla keçirilir. == Haqqında == Azərbaycan xalqının özünəməxsus zəngin antroponimiyası vardır. Bu antroponimiya etnosun mədəniyyəti, dili, tarixi haqqında müəyyən qədər məlumat verir. Azərbaycan xalqının etnoqrafik irsində ailə məsələlərinin özünəməxsus yeri olmuş, ailə məsələlərində adqoyma adətinin öyrənilməsi də etnoqrafik baxımdan xüsusi maraq doğuran məsələlərdən biri olmaqla bərabər adqoyma insanların fərqliliyini ortaya çıxararaq onların digərlərindən seçildiyini göstərəm kateqoriyadır. Yeni doğulmuş körpəyə ad verilməsi mənsubiyyət və kimlik nümunəsidir. Adlar hər bir xalqın mənəvi zənginliyini, dünyagörüşünü və məişət xüsusiyyətlərini öyrənməkdə köməkçi rolu oynayır. == İcrası == Azərbaycanlılarda adqoyma mərasimi uşaq doğulan gün və ya uşağın doğumundan 7 və ya 40 gün sonra keçirilir. Bərdədə uşağa doğumundan 40 gün keçməmiş ad verilməlidir. Yoxsa uşaq yalançı olar.
Koreya yas mərasimi
Koreyada yas mərasimi — Koreyanın ölüm və həyatın sonu haqqında görüşləri. Konfutsiizm prinsipləri bir insanın ailədəki və cəmiyyətdəki vəziyyətini müəyyənləşdirir. Konfutsiçilikdə sonrakı həyat haqqında dəqiq bir inanc yoxdur. Konfutsiizm əcdadların ibadəti və budaq dindarlığı ətrafında baş verir – valideynlərinə yaxşı olmaq. Bəzi Koreyalılar Buddist və ya Protestantdır (Buddist və Protestant cənazələri ilə əlaqədar təlimatlarımıza baxın) və 50 faizdən çoxu bir dinlə eyniləşdirmirlər. Çoxları ölən qohumlarının bu dünyadan axirət həyatına getməsinə inanırlar. Koreyalılar, sevilən insanın gəzən bir xəyal və ya kaekkvi halına gəldiyi təqdirdə mərhumun sonrakı həyatına rahat bir keçid etməsinə kömək etmək vəzifəsi olduğunu düşünürlər. Koreya cənazələri ümumiyyətlə xəstəxanalarda və ya evlərdə keçirilir. Konfutsiist adətləri, sevilən bir insanın axirət həyatına maneəsiz keçidini təmin edir. Müasir cənazələr ümumiyyətlə xəstəxanada keçirilir.
Koreya çay mərasimi
Darye (koreyaca: 다례) Koreyanın milli çay mərasimidir. Daryenin mənası çaya dair etiket olub, min illər boyunca Koreyada nəsildən-nəsilə ötürülmüşdür. == Müasir çay mərasimi == İlk olaraq çay içmək üçün lazım olan çay dəsti, su, çay hazırlanmalıdır. === Çay dəstinin hazırlanması === Çay dəsti deyərkən çay içərkən istifadə edilən qablar nəzərdə tutulur. Dövrdən asılı olaraq çay dəstinin tərkibi çox dəyişsə də, müasir dövrdə adətən çaydan, ağızlı qab, kasa, beş ədəd fincan və nəlbəkilərdən dəst kimi istifadə olunur. Çaydan: Çay və isti suyun əlavə edilərək dəmləndiyi qabdır. Çay və suyu çaydanın qapağını açıb tökdükdən sonra dəmlənməyini gözləyib stəkana tökmək olar. Ağızlı qab: Suyu soyutmaq üçün istifadə olunan qabdır və həm də suqu adlanır. Çay içəndə qaynar suyu ağızlı qaba töküb kifayət qədər soyuduqda həmin çaydana çayla birlikdə əlavə etmək lazımdır. İsitmə prosesində istifadə edildiyi təqdirdə suyun soyudulması prosesinə ehtiyac yoxdur.
Yapon çay mərasimi
Çay mərasimi (yap. 茶の湯 ("çayın yolu", "çay incəsənəti"|茶道|sado:, tyado ) — orta əsrlərdə Yaponiyada yaradılmış və indi də həyata keçirilən birgə çayiçmə ritualı. İlk əvvəl buddist monaxların meditasiya formalarından biri kimi yaransa da, sonradan yapon mədəniyyətinin ayrılmaz elementinə çevrilmiş və digər mədəni hadisələrlə sıx bağlı olmuşdur. Bir sıra mənbələrə əsasən, Yaponiyada çaydan istifadə VII–VIII əsrlərə aid edilir. Yaponiyaya çay materikdən gətirilmişdir. Hesab olunur ki, bunu Yaponiyaya buddist rahiblər gətirmişdir. Belə ki rahiblər çayı meditasiya zamanı içir və Buddaya aparırdılar. Yaponiyada dzen-buddizm yayıldıqca, rahiblər ölkənin siyasi və mədəni həyatına böyük təsir göstərməyə başlamışdılar. XII əsrdə Eysayu adlı monax saray daxilində çay içilməsi mərasiminə nail olmuş, syoqun Minamoto no Sanetomoya çay vasitəsilə sağlamlığın qorunmasından bəhs edən "Kissa Yedzeki" kitabını yazmışdır. Eysayu çayın müalicəvi xüsusiyyətlərə malik olmasını və çoxsaylı xəstəliklərin sağalmasında mühüm rol oynayacağını bildirmişdir.
Suzada toy mərasimi
Suzada toy mərasimi — e.ə. 324-cü ildə Əhəmənilər imperiyasının Suza şəhərində Makedoniyalı İsgəndərin təşəbbüsü ilə təşkil olunan ellin əyanlarının yerli zadəgan qızları ilə, həmçinin makedoniyalı əsgərlərin yerli qızlar ilə kütləvi izdivac mərasimi. Cəmi 80 (bəzi məlumatlara görə 90) izdivac bağlandı. Makedoniyalı İsgəndərin özü 2 xanımla ailə qurub - III Daranın qızı Statira ilə və III Artakserksın qızı Parisatida ilə. Qeyd etmək lazımdır ki, bir az öncə İsgəndər Baktriya hökmdarının qızı Roksana ilə izdivac bağlamışdı. Çoxevliliklə İsgəndər özünü fars hökmdarlarına bənzətmək istəyirdi. Ümumilikdə isə, makedoniyalı hökmdar bu mərasimlə iki mədəniyyət arasında möhkəm əlaqə yaratmaq niyyətində idi. Bu mərasimdə tarixi Azərbaycan dövləti Atropatena üçün mühüm bir hadisə baş verib. Atropatena dövlətinin banisi hesab olunan Atropat öz qızını Makedoniyalı İsgəndərin yaxın silahdaşı Perdikkaya ərə verib. Bu nikah diplomatiyası müqabilində Atropat yaxın gələcəkdə öz ölkəsinin müstəqilliyini təmin edib.
Gürcüstan Mərasim Sarayı
Gürcüstan Mərasim Sarayı (gürc. სახელმწიფო ცერემონიების სასახლე) , Gürcüstan Prezident Administrasiyası sarayı (gürc. საქართველოს პრეზიდენტის ადმინისტრაცია) və ya Avlabari Prezident Rezidensiyası – Gürcüstan Prezidenti administrasiyasının icraçı hissəsinin yerləşdiyi saray binasıdır. Saray, Tbilisi şəhərində, Kür çayının sol sahilindəki tarixi Avlabari rayonu ərazisində, keçmiş İmperiya jandarmeriyası binasının yenidən qurulması əsasında yaradılmışdır. Salome Zurabişvilinin Gürcüstan Prezidenti seçilməsindən sonra Prezident iqamətgahı Georgi Atoneli küçəsi 25 ünvanında yerləşən Orbeliani sarayına köçürülmüşdür. == Tarixi == Yenidənqurma işlərinə 2004-cü ildə, əvvəllər İmperiya jandarmeriyası olmuş neoklassik stilli binadan başlanılmışdır; inşaat və yenidən qurma işləri altı il davam etmiş və 2009-cu ildə tamamlanmışdır. Binanın yekun layihəsi, daha əvvəllər Tbilisidə Daxili İşlər Nazirliyinin binası, Sülh körpüsü və Batumidə Medeya otelinin layihəsini işləmiş memar Mişel de Luççi tərəfindən işlənmişdir. Sarayın fasadı Gürcüstan dizayneri Nataliya Airejibi de Pitanın müəllifi olduğu nəhəng mozaika ilə bəzədilmişdir. Mozaikada Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poemasının mövzularından istifadə edilmiş və “Xeyir həmişə şərə qalib gəlir; mahiyyət qalıcıdır” sitatı yazılmışdır. Kompleksin ən böyük elementi bina qarşısında yerləşən və güzgü rolunu oynayan iki böyük hovuzdur.
Əl-məqələtus-səlasim
Əl-məqələtus-səlasim — X-XI əsrlərdə İspaniyada-Kordova xilafətində yaşamış böyük ərəb alimi Əbülqasim Zəhravinin tibbə dair “Əl-məqələtus-səlasim” (Cərrahiyyə və cərrahi alətlər haqqında) tibbə dair 30 cildlik əsərinin cərrahiyəyə aid XXX cildi bu ensiklopedik əsərin ən dəyərli və maraqlı hissəsidir. Kitabda 200-ə qədər cərrahiyyə alətinin şəkli verilmiş, onlardan istifadə qaydaları izah edilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma 2005-ci ildə YUNESKO-nun “Dünyanın Yaddaşı” Proqramının reyestrinə daxil edilmişdir. Bu qərarı təsdiqləyən Sertifikat Əlyazmalar İnstitutuna YUNESKO-nun baş katibi Koişiro Matsuura tərəfindən təqdim edilmişdir. “Dünya Yaddaşı” Proqramının məqsədi ayrıca xalqlar və olkələr üçün deyil, bütün bəşəriyyət üçün vacib və əvəzolunmaz olan yazılı abidələri aşkar etmək və qorumaqdır. 156 vərəqdən ibarət əsər nəsx xətti ilə, qara tuşla XII əsrdə köçürülüb.
Əbülqasim Zəhravi. “Əl-məqələtus-səlasim”-məqələtus-səlasim"
Əl-məqələtus-səlasim — X-XI əsrlərdə İspaniyada-Kordova xilafətində yaşamış böyük ərəb alimi Əbülqasim Zəhravinin tibbə dair “Əl-məqələtus-səlasim” (Cərrahiyyə və cərrahi alətlər haqqında) tibbə dair 30 cildlik əsərinin cərrahiyəyə aid XXX cildi bu ensiklopedik əsərin ən dəyərli və maraqlı hissəsidir. Kitabda 200-ə qədər cərrahiyyə alətinin şəkli verilmiş, onlardan istifadə qaydaları izah edilmişdir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan bu əlyazma 2005-ci ildə YUNESKO-nun “Dünyanın Yaddaşı” Proqramının reyestrinə daxil edilmişdir. Bu qərarı təsdiqləyən Sertifikat Əlyazmalar İnstitutuna YUNESKO-nun baş katibi Koişiro Matsuura tərəfindən təqdim edilmişdir. “Dünya Yaddaşı” Proqramının məqsədi ayrıca xalqlar və olkələr üçün deyil, bütün bəşəriyyət üçün vacib və əvəzolunmaz olan yazılı abidələri aşkar etmək və qorumaqdır. 156 vərəqdən ibarət əsər nəsx xətti ilə, qara tuşla XII əsrdə köçürülüb.
Qasım Süleymaninin dəfn mərasimi
Qasım Süleymaninin dəfn mərasimi (fars. تشییع جنازه و خاکسپاری قاسم سلیمانی‎) — İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru, Qüds qüvvələrinin komandiri Qasım Süleymani ilə İran və İraqın müxtəlif şəhərlərində generalın doğma şəhəri olan Kirmanda təşkil olunmuş hüzür və dəfn mərasimləri. Mərasimlər Bağdad, Kərbəla, Nəcəf, Əhvaz, Məşhəd, Tehran və Qum şəhərlərində geniş kütlələr tərəfindən təşkil olunmuşdur. Süleymaninin cənazə mərasimi 1989-cu ildə Tehran şəhərində İran İslam Respublikasının qurucusu, Ruhullah Xomeyninin cənazə mərasimdən sonra İrandakı ən böyük kütləvi dəfn mərasimi olaraq tarixə keçmişdir. 7 yanvar 2020-ci ildə Kirmandaki dəfn mərasimində izdiham baş verdi, ən azı 56 nəfər həlak oldu və 200-dən çox adam yaralandı. Nəticədə, kütləvi izdiham səbəbindən Süleymaninin dəfni təxirə salındı. Süleymani 8 yanvar çərşənbə günü, İranın İraqdakı iki ABŞ hərbi bazasına hücumundan bir neçə saat sonra doğma şəhəri Kirmanda dəfn edildi.
Ölümdən sonra evlilik mərasimi
Ölümdən sonra evlilik mərasimi — müxtəlif mədəniyyətlərdə mövcud olan adət. Ölümdən sonra evlilik mərasimi adəti türk xalqlarında da mövcuddur. Bu adətə görə evlənmək yaşına çatmadan vəfat edən cavanlar bir-biri ilə qiyabi şəkildə (iştirakları olmadan) evləndirilir. Altay türklərində ölümdən sonra evlilik mərasimi evlənmək yaşına gəlmədən əvvəl vəfat edən şəxslər üçün tətbiq edilir. Oğlan uşağı ölmüş olsa belə, evlənmə yaşına çatacağı vaxtda özü kimi cavan vəfat etmiş bir qızla qiyabi şəkildə (iştirakları olmadan) mərasimlə evləndirilir. Bu mərasimi həqiqi toy kimi qəbul edən ailələr bir-birlərini qohum elan edir və hətta yeni evlilərə lazım olan əşyaların rəsmi çəkilərək yandırılır. Yanğının dumanının evlilərə xəbərdarlıq olaraq getdiyinə inanılır. Buna oxşar digər bir adət isə gənc ölən oğlan o biri dünyada hurisiz qalmasın deyə məzarına subay ikən ölmüş bir qadının basdırılmasıdır. Beləliklə, onlar o biri dünyada evlənmiş sayılırlar. Altaylardakı bu adətin Azərbaycan türklərində müasir dövrdə mövcud olduğu bilinir.
2015 Avropa Oyunlarının açılış mərasimi
2015 Avropa Oyunlarının açılış mərasimi 12 iyun 2015-ci ildə Bakının Olimpiya stadionunda baş tutmuş təntənəli açılış tədbiridir. Mərasim Bakı vaxtı ilə 21:00-da başlamış və iki saata yaxın davam etmişdir. == Təşkili == Mərasimin təşkilinə 28 ölkədən 300-dən çox yaradıcı heyət və 34 ölkədən 1000 nəfər mütəxəssis cəlb olunmuşdu. Açılış mərasiminin bədii rəhbəri 2004-cü ildə Afina Olimpiya Oyunlarında mərasimlərin qurucusu olmuş rejissor Dimitris Papaioannoudur. Musiqi rəhbəri Teodor Currentzis 2014-cü ildə "Operaların lentə alınması üzrə ECHO mükafatı" laureatıdır. Quruluşçu rəssamlar isə Thanassis və Eva memarlıq, dizayn və səhnə quruculuğunun kreativ məkanı olan "Flux Ofis" şirkətinin memar və yaradıcıları — Tanassis Demiris və Eva Manikadakidir. Ümumilikdə oyunların işıqlandırılması üçün 5000-ə yaxın jurnalist akkreditasiyadan keçib. Dağlıq Qarabağ ərazisində Azərbaycandan icazəsiz səfər etmiş jurnalistlərin akkreditasiyası qəbul edilməyib. Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov açılış mərasiminin təşkilinə 100 milyon manatdan artıq xərc çəkildiyini açıqlayıb. == Bədii məzmunu == Mərasimi xanəndə Alim Qasımov canlı muğam ifası ilə açdı.
2018 FİFA Dünya Kuboku açılış mərasimi
2018 FİFA Dünya Kubokunun açılış mərasimi saat 03:30-da (BYV) 14 iyun 2018-ci ildə Moskva şəhərində yerləşən Lujniki stadionunda baş tutmuşdur. Mərasim Rusiyanın Səudiyyə Ərəbistanı üzərindəki 5-0-lık qələbəsi ilə başa çatan açılış oyunundan saat yarım əvvəl keçirilmişdir. == Performans == Keçmiş braziliyalı oyunçu Ronaldo Rusiya 2018 köynəyi geyən balaca uşaqla meydançada gəzmişdir. Rusiyalı müğənni Aida Qarifullinanın çıxışından sonra ingilis pop müğənnisi Robbi Vilyamsda səhnədə yerini almış və "Let Me Entertain You" mahnısı səsləndirilməyə başlamışdır. Vilyams "Feel" mahnısının bir hissəsini oxumuş və Aida ilə "Angel" mahnısını duet şəklində oxumuşdur. Bundan sonra bütün 32 iştirakçının bayraqlarına bürünmüş könüllülər meydana çıxmışdır. Daha sonra Ronaldo mart ayında Beynəlxalq Kosmik Stansiya heyəti ilə kosmosa göndərilmiş və iyunun əvvəlində gətirilmiş Adidas Telstar 18 topu ilə qayıtmışdır. Robbi Vilyams ən sonda "Rock DJ" mahnısını ifa etmişdir. === Mübahisələr === Çıxış zamanı Vilyams səhvən "barmaq" işarəsi göstərmişdir. "This Morning" verilişində verdiyi müsahibədə Vilyams "Mən çox təzyiq altında idim, çünki bir dəqiqə qalmışdı və yarım dəqiqə ərzində nə edəcəyimi bilmirdim.
Ölümdən sonra evlilik mərasimi (türk xalqları)
Ölümdən sonra evlilik mərasimi — müxtəlif mədəniyyətlərdə mövcud olan adət. Ölümdən sonra evlilik mərasimi adəti türk xalqlarında da mövcuddur. Bu adətə görə evlənmək yaşına çatmadan vəfat edən cavanlar bir-biri ilə qiyabi şəkildə (iştirakları olmadan) evləndirilir. Altay türklərində ölümdən sonra evlilik mərasimi evlənmək yaşına gəlmədən əvvəl vəfat edən şəxslər üçün tətbiq edilir. Oğlan uşağı ölmüş olsa belə, evlənmə yaşına çatacağı vaxtda özü kimi cavan vəfat etmiş bir qızla qiyabi şəkildə (iştirakları olmadan) mərasimlə evləndirilir. Bu mərasimi həqiqi toy kimi qəbul edən ailələr bir-birlərini qohum elan edir və hətta yeni evlilərə lazım olan əşyaların rəsmi çəkilərək yandırılır. Yanğının dumanının evlilərə xəbərdarlıq olaraq getdiyinə inanılır. Buna oxşar digər bir adət isə gənc ölən oğlan o biri dünyada hurisiz qalmasın deyə məzarına subay ikən ölmüş bir qadının basdırılmasıdır. Beləliklə, onlar o biri dünyada evlənmiş sayılırlar. Altaylardakı bu adətin Azərbaycan türklərində müasir dövrdə mövcud olduğu bilinir.
Serafim Protopopov
Arxiyepiskop Serafim (dünyəvi adı Aleksandr Alekseyeviç Protopopov, 19 oktyabr 1894 – 8 avqust 1937, Lipetsk, Voronej vilayəti) — Rus Pravoslav Kilsəsinin yepiskopu, Zadon və Elen arxiyepiskopu. Aleksandr Alekseyeviç 19 oktyabr 1894-cü ildə Don Qoşunları əyalətinin Akişev stanitsasında anadan olmuşdur. O, 1913-cü ildə Novoçerkassk gimnaziyasını bitirərək Petroqrad universitetinin tarix-filologiya fakultəsinə daxil olmuşdur. Təhsilini başa vurduqdan sonra Petroqrad universitetinin elmi əməkdaşı kimi fəaliyyətə başlamışdır. Daha sonralar Aleksandr Akekseyeviç Petroqrad Ruhani Seminariyasının 2 kursunu başa vurmuşdur. 1920-ci ildə Coğrafiya İnstitutunun elmi əməkdaşı olmuşdur. Özünü yeniliyin əleyhdarı kimi göstərən Aleksandr Akekseyeviç Protopopov 1922-ci ilin yayında həbs olunmuş və elə həmin ilin 13 sentyabrında onun haqqında açılmış cinayət işinə xitam verilmişdir. 1923-cü ilin avqustunda Petroqradda keçirilən pravoslav din xadimlərinin yığıncağında Aleksandr Alekseyeviç yepiskop vəzifəsinə üç namizəddən biri seçilmişdir (digər ikisi Manuil Lemeşevski və Varlaam (Saserdotski idi). Patriarx Tixon yepiskop vəzifəsinə Manuilin təyin edilməsi barədə qərar vermişdir. 4 mart 1924-cü ildə yenidən həbs olunmuş, iki il müddətinə azadlıqdan məhrum edilmişdir.
Serafim Veçkanov
Serafim Veçkanov — (tam adı: Serafim Yemelyanoviç Veçkanov, rus. Серафим Емельянович Вечканов; 6 avqust 1914, Kakine Qaqinski kəndi, Nijnenovqorod vilayəli — 20 oktyabr 1965, Moskva) — erzyan mənşəlli SSRİ şairi və yazıçısı, SSRİ yazıçılar ittifaqının üzvü. Serafim Veçkanov 6 avqust 1914-cu ildə Nijnenovqorod vilayəti, Kakine Qaqinski kəndində, kəndli ailəsində anadan olmuşdur. Öz doğma kəndində kənd məktəbini bitirdikdən sonra 1928-ci ildə Velikoaratskaya kəndli gənclərin təhsil aldığı məktəbə daxil olur. Bu məktəbdə əsasən mordoviya əsilli uşaqlar təhsil alırdı. Daha sonra regional müəllimlər kursunu bitirərək Lukoyanov rayonu Novoe İvansev kənd məktəbində ibtidai müəllimi işləmişdir. 1932-ci ildə Mordoviya Dövlət Universitetinə daxil olur. Üç kurs oxuduqdan sonra «Erzyan Kommuna» qəzetinin bir ədəbi əməkdaşı olaraq işə başlamışdır. 1936-cı ildə Qırmızı Orduya aktiv hərbi xidmətə çağırıldı. Ordudan 1941-ci ilə buraxıldıqdan sonra Mordoviya kitab nəşriyyatının redaktoru vəzifəsində çalışır.
İstanbulda Xocalı qətliamını anma mərasimi (2012)
İstanbulda Xocalı qətliamını anma mərasimi — Erməni və Rusiya qüvvələri tərəfindən 1992-ci ildə Azərbaycan vətəndaşların qırğınının iyirminci ildönümü xatirəsinə Türkiyənin İstanbul şəhərində keçirilmiş mitinq. Bu çərçivədə "Xocalıya ədalət" (türk. "Hocalı İçin Adalet") adını daşıyan böyük bir kampaniya başlanılıb. 26 fevral 2012-ci ildə İstanbulda Qalatasaray Liseyinin önündən başlayan və Taksim meydanına doğru davam edən, təxminən 200.000 iştirakçı ilə saatlarla davam edən aksiyalarda "Hamımız Xocalılıyıq" (türk. "Hepimiz Hocalılıyız", ing. "We are all from Khojaly") şüarları səsləndirilib. İzdiham içində olan bir çox adam nifrət ritorika və Erməni əleyhinə şüarlardan da istifadə etmişlər. "Xocalıya ədalət" şüarı altında 8 May 2008-ci ildə beynəlxalq kampaniyaya start verildi. 1 milyondan artıq insanın iştirak etdiyi "Xocalıya Ədalət, Qarabağa azadlıq" kampaniyasının İnternet vasitəsi ilə dünya liderlərinə "İnsanlığa karşı bir cinayət olaraq Xocalı soyqırımını tanımaları və dünyadakı ədalətsizliklə mübarizə aparmaları" mövzusunda imzalı bəyanatlar göndərildi. Xocalı soyqırımı qurbanlarının 20-ci ildönümü xatirəsinə dövlət həmkarlar ittifaqları, gənclər və tələbə təşkilatları və digər Türk təşkilatların iştirakı ilə təxminən 200.000 nəfərlik bir mitinq keçirildi.
Sultаn Rəşаtın cənаzə mərаsimi
Sultаn Rəşаtın cənаzə mərаsimi — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.
İosif Stalinin ölümü və dövlət dəfn mərasimi
Sovet İttifaqının ikinci lideri olan İosif Stalin 5 mart 1953-cü ildə Kuntsevo daçasında 74 yaşında insult keçirərək vəfat etmişdir. Ölkədə dörd günlük milli matəm elan edildikdən sonra onun üçün dövlət dəfn mərasimi keçirilmişdir. Onun cəsədi daha sonra mumiyalanmış və 1961-ci ilə qədər Lenin və Stalin məqbərəsində dəfn edilmişdir. Dəfn mərasiminin təşkilinə görə Nikita Xruşşov, Georgi Malenkov, Vyaçeslav Molotov və Lavrenti Beriya məsuliyyət daşıyırdılar. Stalinin səhhəti, İkinci Dünya müharibəsinin axırlarına doğru daha da pisləşmişdir. Çoxlu siqaret çəkməsi, Qələbə paradı zamanı (1945-ci ilin may ayında) yüngül insult keçirməsi və 1945-ci ilin oktyabr ayında güclü infarkt keçirməsinə görə aterosklerozdan əziyyət çəkirdi. Stalinin həyatının son üç günü təfərrüatlı formada, əvvəlcə Pravda qəzetindəki rəsmi sovet elanlarında və daha sonra isə, aradan qısa bir müddət keçdikdən sonra Sovet Mətbuatının cari xülasəsində tam olaraq ingilis dilinə tərcümə edilmiş formada təsvir edilmişdir. Volkoqonovun təsvir etdiyi kimi, 28 fevral 1953-cü ildə Stalin Malenkov, Molotov, Beriya, Xruşşov və bir neçə başqa adamlardan ibarət olan yaxın ətrafı ilə əyləncə və spirtli içkilərin içildiyi axşamda görüşmüşdürlər. Qonaqlar mart ayının 1-i səhər saat 04:00 radələrində dağılışdılar və Stalin oyanmasına aid səslər eşidilənə qədər onun narahat edilməməsi barədə ciddi göstəriş verərək şəxsi otağına çəkilmişdir. Vaxt keçdi və gün boyu ondan heç bir səs eşidilmədi.
Serafim Sarovski məbədi (Sumqayıt)
Serafim Sarovski kilsəsi(rus. Храм преподобного Серафима Саровского) — Rus Pravoslav Kilsəsi Bakı yeparxiyası tabeliyində kilsə. Kilsənin Baş keşişi İyerey Rostislav Şahvələdovdur. Sumqayıt sakinləri tərəfindən Rus kilsəsi adıyla tanınan məbəd Sumqayıt şəhəri, 19-cu məhəllə, ev 24/5, mənzil 18 ünvanında yerləşir.
Sultаn Rəşаtın cənаzə mərаsimi (film, 1915)
Sultаn Rəşаtın cənаzə mərаsimi — 1915-ci ildə istehsal olunmuş Osmanlı sənədli filmi. Filmi Osmanlı zabiti — ilk türk rejissoru Fuat Uzkınay çəkmişdir.
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi (film, 1898)
Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi — 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. İyulun 24-də əlahəzrət Buxara əmiri Seyid Mir Əbdül Əhəd xan sürət qatarı ilə Bakıya gəlir və milyonçu Hacı Zeynalabdin Tağıyevin qonağı olur. O, iyulun 27-də paroxodda Krasnovodska gedir. Hörmətli qonağı yola salmaq üçün "Qafqaz və Merkuri" limanına çoxlu adam, o cümlədən şəhərin müxtəlif idarələrinin başçıları toplaşmışdı. Limanda qonağın şərəfinə orkestr çalırdı. Kinosüjet təntənəli yolasalma mərasiminə həsr olunmuşdur. Xronikal film protokol informasiyanın xəbər janrında çəkilmişdir. Kinosüjet Bakıda V.İ. Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Qafqaz rəqsi", "İlişdin", "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi.