Dünya Badminton Federasiyası
Dünya Badminton Federasiyası (Badminton World Federation) Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan badminton idmanının beynəlxalq idarəetmə orqanıdır.
== Haqqında ==
1934-cü ildə doqquz üzvün (Danimarka, Fransa, Uels, Hollandiya, İngiltərə, İrlandiya, Şotlandiya, Kanada və Yeni Zelandiya) iştirakı ilə Beynəlxalq Badminton Federasiyası (IBF) kimi qurulan DBF-nin hazırda 176 üzvü var. 24 sentyabr 2006-cı il tarixində Madriddə keçirilən Fövqəladə Baş Assambleyada ad dəyişikliyi qərara alınmış və hazırkı ad seçilmişdir.
Yarandığı gündən Böyük Britaniyanın Çeltenhem şəhərində yerləşən federasiyanın baş qərargahı 1 oktyabr 2005-ci ildə Malayziyanın paytaxtı Kuala-Lumpura köçürülüb. DBF-nin hazırkı prezidenti Poul-Erik Hoyer Larsendir.
== Qitə federasiyaları ==
DBF badmintonu bütün dünyada yaymaq və inkişaf etdirmək üçün regional idarəetmə orqanları ilə əməkdaşlıq edir.