BALDAXİN

сущ. архит. балдахин (навес над парадным ложем)
BALÇI
BALDIR
OBASTAN VİKİ
Müqəddəs Pyotr baldaxini
Müqəddəs Pyotr baldaxini (it. Baldacchino di San Pietro) - Vatikandakı Müqəddəs Pyotr bazilikasının yüksək altarı üzərində yerləşən, baldaxin və ya kivori adlandırılan barokko stilində hazırlanmış böyük bürünc talvardır. Baldaxin, kafedralın keçid mərkəzi və qübbəsinin altında yerləşir. İtalyan sənətkarı Covanni Lorenso Bernini tərəfindən hazırlanmış baldaxin, kafedralın altında Müqəddəs Pyotrun məzarının yerini göstərmək məqsədi ilə sifariş edilmişdir. Talvarın altında bazilikanın yüksək altarı yerləşir. Papa VIII Urbanın sifarişi ilə hazırlanmış baldaxin üzərində işə 1623-cü ildə başlanılmış və 1634-cü ildə tamamlanmışdır. Baldaxin bazilikada vizual fokus funksiyasını yerinə yetirir; özlüyündə çox böyük bir struktur olan baldaxin bazilikanın nəhəng ölçüləri ilə insan ölçüsü arasında keçid təşkil edir. Baldaxin, ənənəvi olaraq mühüm kilsələrdə olan kivori və ya memarlıq pavilyonu funksiyasını yerinə yetirməklə barokko stilində hazırlanmışdır. Romadakı əksər böyük bazilikalar kimi, Köhnə Müqəddəs Pyotr bazilikası da kivoriyə malik idi və Berninin sələfi kimi Yeni Müqəddəs Pyotr bazilikasında çalşmış Karlo Maderno Berninidən on il əvvəl qıvrılan Süleyman sütunlarına malik baldaxin dizaynı hazırlamışdı.. Baldaxin dəfn katafalkının dizaynına istinad etməklə Müqəddəs Pyotra aidliyi göstərir, Müqəddəs günlərdə papaların başı üzərində ucaldılan və baldaxin adlandırılan ənənəvi parça kivori isə Roma papalarının Müqəddəs Pyotrun xələfi olmasına işarə edir.

Digər lüğətlərdə