BALLOTİROVKA
(italyan ballottare-kürə vasitəsilə seçmək, ballotta-kürə)
seçkilərdə öz namizədliyini irəli sürmək; səsvermə, seçkilər vasitəsilə müəyyən seçkili orqana və ya komissiyaya seçmə, formalaşdırma məsələsini həll etmə. Antik dövürdə, Avropanın ilkin demokratik dövlətlərində gizli səsvermə vasitəsi kimi, ağ və qara kürələrin urnaya (seçki qutusuna) salınma forması tətbiq edilirdi. Elə buradan “B.” termini irəli gəlir.