Bapisa (qevoq)
Bapisa və ya Bapbi — Butanın Tximpxu dzonqxaqında keçmiş qevoq.
== Coğrafiya ==
Qevoqun ərazisi 27 km2 idi. Daxilində olan kəndlər dəniz səviyyəsindən 1500–3000 metr yüksəklidə yerləşirdi. Subtropik iqlimə malik idi, yaz ayları isti və nəmli olurdu. İyun, iyul və avqust aylarında ağır yağışlı mussonlar baş verirdi. Qışda iqlim normal səviyyədə olurdu.
Tximpxu, Puanakxa və Vanqdi-Pxodranq şəhərlərini birləşdirən yol Bapisa qevoqundan keçirdi. Bapisa qevoqunun qərbində Teopisa qevoqu yerləşirdi. Qevoq Tximpxudan 55 kilometr uzaqlıqda yerləşirdi və ən əlverişli yola malik olan qevoq idi.
== İqtisadiyyat ==
Düyü qevoqun əsas qida mənbəyidir.