Baqqama

Bu leksem körpə uşaqlar üçün bişirilən yeməyin adıdır. Mahaçqala və Dərbənd bölgələrində bu yemək növündən daha çox istifadə edilir. “Baqama” leksik vahidi Dərbənd dialektində “yumurta ilə xəmirdən hazırlanan körpə uşaq yeməyi”mənasında işlənir.(1, 47) Bu söz “baqqa” və “-ma” komponentlərindən ibarətdir. “Baqqa” sözü Şəki dialektində “baqala” formasında “kiçik saxsı qab” anlamında işlənir. Güman ki, bu uşaq yeməyi kiçik saxsı qabda hazırlandığından bu dialektizm belə adlandırılmışdır. “Baqqama” sözünün sonunda işlənən -ma2 omonim şəkilçisidir. İnkar şəkilçisindən fərqli olaraq, isim və feli isim düzəldən –ma, -mə şəkilçisi şəxssiz feil formasından isim düzəltməyə doğru inkişaf yolu keçir.
Bağırbeyin
Bal

Digər lüğətlərdə