Barmaqlama (seksual akt)
Barmaqlama ― adətən vulva (klitoris daxil olmaqla) və ya vaginanı cinsi baxımdan stimullaşdırmaq üçün barmaqlardan və ya əllərdən istifadə prosesi/ Barmaqlama insan anusunu cinsi baxımdan stimullaşdırmaq üçün barmaqlardan istifadəni də əhatə edə bilər.
Barmaqlama təkbaşına (masturbasiya), cinsi partnyor tərəfindən və ya onunla müştərək formada edilə bilər. Cinsi partnyor tərəfindən vulva və ya vagina üzərində həyata keçirildikdə, bu, qarşılıqlı masturbasiya formasıdır.