Basdıx
Bu sözün kökündə “bas” feili dayanır. Ədəbi dilimizdə işlənən “lıq” şəkilçisinin dialekt və şivələrimizdə “-dıx” forması vardır. “Basdıx” sözündə bu şəkilçi feildən isim düzəltmək funksiyasını yerinə yetirmişdir. Bu söz Ordubad şivəsində “halva, sucuq” anlamında işlənir: - Nənəm mənə bir az basdıx vermişdi, əlimnən palçığa düşdü.(1, 59)