Bat-bat
Batbat (lat. Hyoscyamus) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin batbat cinsinə aid bitki növü.
İkiillik, 30-80 sm hündürlükdə, yumşaq tüklü, vəzili, pis qoxulu, gövdəsi düz, budaqlı, bəzən sadə, düzdayanan, yuxarısı qövsvari əyilmiş, sıx yarpaqlanmış bitkidir. Yarpaqlarının uzunluğu 4-25 sm, eni 1,5-11 sm, aşağıda saplaqlı, uzunsov-yumurtavari, oyuqvari lələkvari dilimlidir, gövdə yarpaqları, gövdəyə sarılmış, yumurtavari və ya uzunsov, kənarları oyuqlu iri dişli, bəzən bütövdür. Çiçəkləri iri, oturaq, meyvəyanı kasacıqları 25–30 mm uzunluqda, zanbaqvari, bərk, dibi tüklü-yapışqanlıdır. Tac 25-45 mm uzunluqda, çirkli-açıq-sarı və ya çirklisarı, bənövşəyi damarcıqlarla örtülmüşdür. Toxumları 1-1,5 mm uzunluqda, böyrəkvari və ya yumru-böyrəkvari, boz-qonurdur.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqların rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır. Ruderal yerlərdə, bəzən alaq kimi bostanlarda, bağlarda və əkinlərdə bitir.
Ağ batbat (Hyoscyamus albus L.)
Qızılı batbat (Hyoscyamus aureus L.)
Hyoscyamus desertorum (Asch.