BATOMETR

laboratoriya tədqiqat məqsədi ilə dəniz və s. su hövzələrindən istənilən dərinlikdən su nümunələri götürmək üçün cihaz. Dəniz B.-i, üzərində xüsusi termometr bərkidilən silindr formalı bürünc qabdır. Şəkil 4. Təkmilləşdirilmiş batometr butulka: 1-butulka; 2-metal başlıq; 3-hava çıxan boru; 4-suqəbuledən boru; 5-sıxıcı; 6-mufta; 7-istiqamətləndirici Şəkil 5. Diblə yuvarlanan hissəcikləri toplamaq üçün istifadə olunan «Don» batometri Məlumdur ki, sülb axım asılı, dib gətirmələrindən və suda həll olunmuş maddələrdən ibarətdir. Su kütləsindən nümunə götürmək üçün istifadə edilən cihazlara batometr deyilir. Bu cihazları suyun istənilən dərinliyinə salmaqla oradan nümunə götürmək olar. Batometrləri dolma xüsusiyyətlərinə görə ani və müəyyən vaxtda dolan batometrlərə bölmək olar. Ani dolan batometrlə istənilən anda müvafiq dərinlikdən nümunə götürmək olar. Götürülmüş nümunəyə əsasən suyun fiziki-kimyəvi xassələri müəyyən edilir. Şəkil 6. Torlu batometr Müəyyən vaxtda dolan batometrlər ani dolan batometrlərdən fərqlənir. Bu batometrlər şaqulda müvafiq dərinliyə salınmaqla onun dolmasına sərf olunan vaxt qədər suda saxlanılır. Bu isə batometrin dolma vaxtında bulanlıq suda əmələ gələ bilən keyfiyyət dəyişmələrini nəzərə almağa imkan verir. Hazırda hidrometrik işlərdə istifadə edilən və müəyyən vaxtda dolan batometrlərdən aşağıdakıları göstərmək olar: ştanqlı və yüklü batometr-butulka, vakkum batometr. Dib gətirmələrindən nümunə götürmək üçün xüsusi dib batometrlərindən istifadə olunur. Ölçmə zamanı bu cihazlar suyun dibinə salınır və müəyyən vaxtda dib gətirmələrindən nümunə götürülür. Dib gətirmələrindən nümunə götürmək üçün istifadə olunan batometrlər iki qrupa bölünür: 1. Kiçik fraksiyalı dib gətirmələri üçün batometrlər. (Məs: «Don» batometri). 2. İri fraksiyalı dib gətirmələri üçün batometrlərə Şamov batometri və Torlu batometr aiddir.
BATİTERMOQRAF
BEDLEND

Digər lüğətlərdə