Bavariyalı Marqarita (Burqundiya hersoqinası)
Bavariyalı Marqarita (fr. Marguerite de Bavière; nid. Margaretha van Beieren; 1363[…], Haaqa – 23 yanvar 1423, Dijon) — Bavariya hersoqu I Albertin qızı, Burqundiya hersoqinası. Əri Qorxusuz Con və oğlu Xeyirxah Filippin Fransa səltənətində naiblik etdiyi 1409-1423-cü illər boyunca Burqundiya taxt-tacına naibə olaraq hakim oldu.
1385-ci ildə Kambredə Burqundiya hersoqu Cəsur Filippin oğlu Qorxusuz Conla evləndirildi. Bu evlilik tamamilə siyasi məqsədlərlə baş tutmuşdu. Belə ki, eyni mərasimdə qardaşı Uilyam hersoqun qızı Marqarita ilə evləndirildi. Cütlüyün bu nigahdan 8 övladı doğuldu.
Mariya, Klevez hersoqinası (1393-1463)
Marqarita, Akvitaniya hersoqinası (1393-1442)
Xeyirxah Filipp, Burqundiya hersoqu (1396-1467)
Ketrin (1399-1414)
Yuanna (1399-1406)
İzabella (1400-1412)
Anna, Bedford hersoqinası (1404-1432)
Aqnessa, Burbon hersoqinası (1407-1476)
== Mənbə ==
Smith, Kay Douglas; Smith, Robert Douglas; DeVries, Kelly (2005). The Artillery of the Dukes of Burgundy, 1363–1477.