BAXAN

f.sif.
1. Nəzarət edən, idarə edən. Dəftərxanaya baxan. Təchizat işlərinə baxan.
// Xidmət edən, qulluq edən, baxıcı. Malqaraya baxan. Xəstəyə baxan.
2. Qoşulduğu sözün göstərdiyi tərəfə açılan, həmin səmtə doğru yönəldilmiş, yaxud mövqe tutmuş.
Şahnisə xanımın Dabtələb və Xəlfəli meşəsinə baxan bir otağı vardı. Çəmənzəminli.
Sanki balkona baxan camların dalısında yüzlərcə adam durmuş(du). M.S.Ordubadi.
Təki ayaq kəsməsin könül mülkündən ilham; Üzü günəşə baxan otağım mənə bəsdir. Ə.Cəmil.

BAHO
BAXAR
OBASTAN VİKİ
Sabaha ümidlə baxanlar (film, 1991)
== Məzmun == Film Bakıdakı "Azərelektroştamp" zavodunun xalq təsərrüfatı üçün istehsal etdiyi müxtəlif növ cihazlardan söhbət açır. Kinolentdə aktyor və rejissor Şahmar Ələkbərovun və aktyor Yaşar Nurinin zavod kollektivi ilə görüşü də öz əksini tapmışdır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov, Ceyhun Mirzəyev Ssenari müəllifi: Teymur Bəkirzadə, Tatyana Bəkirzadə Operator: Azad Rzayev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.

Значение слова в других словарях