1. Nəzarət edən, idarə edən. Dəftərxanaya baxan. Təchizat işlərinə baxan.
// Xidmət edən, qulluq edən, baxıcı. Malqaraya baxan. Xəstəyə baxan.
2. Qoşulduğu sözün göstərdiyi tərəfə açılan, həmin səmtə doğru yönəldilmiş, yaxud mövqe tutmuş.
Şahnisə xanımın Dabtələb və Xəlfəli meşəsinə baxan bir otağı vardı.
Sanki balkona baxan camların dalısında yüzlərcə adam durmuş(du).
Təki ayaq kəsməsin könül mülkündən ilham; Üzü günəşə baxan otağım mənə bəsdir.