Baxo-Nueva
Baxo-Nueva (isp. Bajo Nuevo, ing. Petrel Islands, Fırtınaquşu adası) — Karib dənizində yaşayışı olmayan rif.
Bura bir neçə elə də böyük olmayan ada və rif daxildir. Ərazisi bütünlüklə otla örtülmüşdür. Rif 26 km uzunluğa (16 mil), 9 km (5,6 mil) enə malikdir.
Rifə bir çox dövlətlər ərazi iddiasındadır (Kolumbiya, Nikaraqua, Yamayka, ABŞ). Ərazi iddialarının böyük hissəsi dənizdəki iqtisadi zonanı artırmaq məqsədi güdür. Bununla belə hazırda əraziyə Kolumbiya nəzarət edir.
== Mənbə ==
Website with a map of San Andrés and Providencia, Serranilla Bank, Bajo Nuevo Bank and Rosalind Bank Arxivləşdirilib 2017-09-02 at the Wayback Machine
Aerial picture of Bajo Nuevo Bank — the website is related to San Andrés and Providencia.