BAYRAQLI

прил. со знаменем. Tələbələr əli bayraqlı bayram nümayişinə çıxdılar студенты со знаменами в руках вышли на праздничную демонстрацию
BAYRAQDAŞIYAN
BAYRAM
OBASTAN VİKİ
Bayraqlı
Bayraqlı (türk. Bayraklı) — İzmir ilinin ilçəsi. Şəhər mərkəzində yerləşir. İlçənin şimal-qərbində və şimalında Qarşıyaxa, şərqində və cənubunda Bornova, cənub-qərbində Konak ilçələri, qərbində isə İzmir körfəzi yerləşir. İlçənin sahəsi 30 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 312,264 nəfərdir.
Qırmızı Bayraqlı Qafqaz ordusu
Qırmızı Bayraqlı Qafqaz ordusu (rus. Краснознамённая Кавказская армия) — 1921-ci ildən 1935-ci ilə qədər mövcud olmuş sovet ordusu. Ordu yarandığı zaman Müstəqil Qafqaz Ordusu adlandırılmış və 1923-cü ilin avqust ayına qədər "Qırmızı Bayraqlı Qafqaz ordusu" adlandırılana qədər bu adı daşımışdır. 1935-ci il mayın 17-də Qırmızı Ordunun bütövlükdə yenidən təşkili ilə əlaqədar Zaqafqaziya hərbi dairəsi kimi yenidən təşkil edildikdən sonra fəaliyyətini dayandırdı. Ordu 6 ərazi diviziyasından, bir hərbi hava qüvvəsindən və bəzi ehtiyat qoşunlardan ibarət idi. Ordu 1921-ci il mayın 29-da ləğv edilmiş Qafqaz cəbhəsinin bir hissəsi olan 11-ci Ordunun tərkibindən 1921-ci il mayın sonunda yaradılmışdır. Ordu Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının ərazi qüvvələrini birləşdirmişdir. SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 17 avqust 1923-cü il tarixli iclasında Müstəqil Qafqaz Ordusunun Qırmızı Bayraq ordeni ilə təltif edilməsi və onun Qırmızı Bayraqlı Qafqaz Ordusu adlandırılması qəbul edilib. 1921-1933-cü illərdə Qırmızı Bayraqlı Qafqaz Ordusunun hissələri BDSİ bölmələri ilə birlikdə əsasən Çeçenistan və Dağıstanda partizanlara qarşı döyüşlərdə iştirak edirdi.

Digər lüğətlərdə