baziçə 2021
bazidilər
OBASTAN VİKİ
Bazidiomisetlər
Bazidiomisetlər — ali göbələklərin ikinci şöbəsidir. Şöbənin nümayəndələri çoxhüceyrəli mitseliləri olan ali göbələklərdir. Bazidiomisetlərə 30000-dək nümayəndə daxildir. Cinsi çoxalma somatoqamiya tiplidir. Cinsi çoxalma bazidiospordan inkişaf etmiş,haploid mitselinin 2 vegetativ hüceyrəsinin birləşməsi ilə gedir . Homotallik növlərdə bir mitselinin müxtəlif hifləri birləşir. Bazidili göbələklərin əksəriyyətində heterotallik mitseli vardır.Bazidinin quruluşu və inkişaf mərhələrinə görə Bazidili göbələklər 3 sinfə bölünür: Holobasidiomisetlə — arakəsməsiz,sancaqvari və ya silindrik , təkhüceyrəli bazuidilər kimi xarakterizə olunur. Heterobasidiomisetlər — Basidi mürəkkəb quruluşlu olub , epibazidi və hipobazididən ibarətdir.Ana hüceyrə inkişaf etməyərək çıxıntı əmələ gətirir.Haploid nüvələr bu çıxıntıya daxil olduqdan sonra o arakəsmələrə ayrılır. Teliobasidiomisetlər — Bazidi sükunət dövrü keçirən qalın qılaflı tleytospor hüceyrəsinə inkişaf edir.