BC

Block Chaining Blokların qoşulması
BBS
BCP
OBASTAN VİKİ
Red Bull BC One
Red Bull BC One hər il keçirilən beynəlxalq B-boy yarışmadır. Red Bull enerji içki şirkəti tərəfindən təşkil edilir. Battle-lar fərdi şəkildə keçirilir. Turnir 16 b-boy arasında play-off sistemi ile keçirilir. Battle-lın qalibı 5 judge(hakim) tərifindən seçilir. Yalnız 2007 və 2011-ci illərdə 16 b-boy regional turnir ilə seçildi. Eventlər hər il ayrı-ayrı ölkə və şəhərlərdə keçirilib. 2004-cü ildə event Bildə, İsveçrə, 2005-də Berlində, Almaniya, 2006-da San Pauloda, Braziliya, 2007-də Yohannesburgda, CAR, 2008-də Parisdə, Fransa, 2009da New Yorkda, ABŞ, 2010-da Tokioda, Yaponiya, 2011-də Moskvada, Rusiya. 2012-ci ildə turnirin Rio de Janeiroda, Braziliya keçirilməsi planlaşdırılır. 2007-ci ildə Alastair Siddon rejissorluğu ilə Red Bull BC One 2007 haqqında "Turn it Loose" adlı film cəkilmişdir.
BCM
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) — Hollandiyanın Haaqa şəhərində yerləşən hökumətlərarası təşkilat və beynəlxalq tribunal. BCM beynəlxalq cinayətlər, insanlığa qarşı cinayətlər, soyqırımlar, müharibə cinayətləri və təcavüzkarlıq cinayətlərinə görə şəxsləri təqib etmək səlahiyyətinə malikdir.
Bcni
Bicni — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə, Zəngi çayının sağ tərəfində, Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Beçni formasında, Qafqazın 5 verstlik xəritəsində Bicni kimi qeyd edilmişdir. == Toponimi == Toponim beçenek türk tayfasının adı əsasında yaranmışdır. Quruluşca sadə toponimdir. Bjni, beçenək etnoniminin ərəb dilində yazılış formasıdır. == Əhalisi == Kəndin yerli əhalisi azərbaycanlılar olmuşdur. Ermənilər buraya 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1829–30-cu illərdə, eləcə də 1915–27-ci illərdə Türkiyənin Bolis, Van bölgələrindən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 232 nəfər, 1873-cü ildə 685 nəfər, 1908-ci ildə 826 nəfər, 1914-cü ildə 1176 nəfər, 1916-cı ildə 1309 nəfər azərbaycanlı yaşamışdır. 1918–20-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşdur.