BEZMƏK

BEZMƏK Vəzifəmdən, a dostlar, bezməmişəm hələlik; Aşır sahillərini dalğa-dalğa sözlərim (S.Rüstəm); BEZAR OLMAQ Bu saat camaat dünya davasından bezar olmuşdur (Ə.Vəliyev); BIQMAQ [Firəngiz:] Cahangir, bala, doğrusu evdən bıqmışam (Çəmənzəminli); TƏNGƏ GƏLMƏK Qulu: Bilmirəm bu knyazlar yazıqdan nə istəyirlər eyy! Vallah, təngə gəlmişik (N.Vəzirov); USANMAQ, BEZİKMƏK Deyib bəzən özümü çox bəxtəvər sanırdım; Bəzən de bu halımda bezikir, usanırdım (M.Rahim); ZARA GƏLMƏK Ürək ağrısından gəlmişdi zara; Evdə qol çəkirdi gəlir-çıxara (B.Vahabzadə); ZİNHARA GƏLMƏK Vallah, bu gədənin elindən lap zinhara gəlmişəm (M.Süleymanov).

BEZİKMƏK
BƏBƏ

Значение слова в других словарях