Bhaktivedanta Svami Prabhupada
Abhay Çaranaravinda Bhaktivedanta Svami Prabhupada (sanskr. अभयचरणारविन्द भक्तिवेदान्त स्वामीप्रभुपाद IAST : benq. অভয়চরনাবিন্দ ভক্তিবেদান্ত স্বামীপ্রভুপাদ də Srila Prabhupada kimi tanınan 1 sentyabr 1896, Kəlküttə — 14 noyabr 1977, Brindaban, Uttar-Pradeş) hindi krişnaçı dini xadim və vaiz, müqəddəs qədim hindu yazılarının tərcüməçisi və şərhçisi; Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin (ISKKON) qurucusu.
Bhaktivedanta Svami Prabhupada, doğulan zaman adı Abhay Charan De, Kəlküttədə, benqal vayşnavların (krişnaçıların) dindar ailəsində doğulmuş və böyümüşdür. 1920-ci ildə Şotland kilsə kollecini bitirdikdən sonra o, ailə həyatı qurmuş və ailəsini saxlamaq üçün əczaçılıq biznesi ilə məşğul olurdu.
1922-ci ildə Abhay ilk dəfə qaudiya- vayşnavizmin məşhur vaizi və reformatoru Bhaktisiddhanta Sarasvati (1874–1937) ilə görüşdmüş və ilk görüşdə ondan Krişnanın təlimlərinin ingilis dilində moizə etməyi xahiş olundu. 1932-ci ildə Abhay Bhaktisiddhantadan ruhani həsrolunma və "Abhay Çaranaravinda Das" adını qəbul etdi . 1954-cü ildə Abhay ailə işlərindən uzaqlaşdı və 1959-cu ildə o, sannyasanı (tərki-dünya həyat tərzi) qəbul etdi və "A. C. Bhaktivedanta Svami" rahib adını aldı. 1954–1965-ci illər arasında Bhaktivedanta Svami vaxtının çox hissəsini hinduların müqəddəs Vrindavan şəhərində vayşnava müqəddəs mətnlərini tərcümə etməklə və onlara şərh verməklə keçirdi.
69 yaşında, Bhaktivedanta Svami qarşı mədəniyyətin gənclərinin şərq mistsizminə olaq maraqlarından ruhlanaraq "Qərbin münbit torpaq üzərində Hindistanın müqəddəs müdrikliyini əkmək məqsədi ilə" təkbaşına bir yük gəmisində Amerika Birləşmiş Ştatlarına yola düşdü.