Gəlin havası
Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs.
"Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı.
Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi.