Fatimə binti Musa əl-Kazım
Fatimə binti Musa əl-Kâzım bilinən adıyla Fatimə Məsumə (Ərəbcə: فاطمة المعصومة, Farsca: فاطمه معصومه), Musa əl-Kazım və Nəcmə Xatunun qızı. Türbəsi İranın Qum şəhərindəki Fatimə-i Məsumə Türbəsidir.
Fatiməi Məsumə On iki imamdan VII imam olan Musa əl-Kazımın qızı və VIII imam olan Əli ər-Rzanın bacısıdır. Qədim mənbələrdə doğum tarixi haqqında dəqiq bir məlumat yoxdur, lakin bəzi mənbələrdə doğum tarixinin hicrətin 173-cü ilində Zilqədə ayının ilk günündə Mədinədə olduğu bildirilmişdir.
Məsumənin adı Fatimədir. Bir neçə ləqəbə malikdir: Tahirə, Həmidə, Barre, Rəşidə, Təqiyə, Nəqiyə, Raziyə, Mərziyyə, Seyyidə, Uhtu Rza, Məsumə, Əhli-beyt Kəriməsi, Sitti, Fatimeyi-Kubra.
Fatiməyi Məsumə qardaşını görmək üçün hicrətin 201-ci ilində Mədinədən İrana gəldi. Məşhəd şəhərinə gedərkən İranın Savə şəhərinə çatanda xəstələndi. Qum şəhərinə çatdıqdan 17 gün sonra 28 yaşında vəfat etmişdir.
Vəfat tarixi haqqında dəqiq bir məlumat yoxdur, ancaq yeni mənbələrə görə, hicrətin 201-ci ilində Rəbiülaxır ayının 10 və ya 12-də vəfat etmişdir.