BİNÖQSAN
BİNTÜLİNƏB
OBASTAN VİKİ
Fatimə bint Məhəmməd
Fatimə (ərəb. فاطمة ‎) və ya Fatimeyi-Zəhra (ərəb. فاطمة الزهراء‎) (tam adı: Fatimə binti Məhəmməd əl-Haşimi əl-Qüreyşi; ən tezi 604 və ən geci 604, Məkkə, Hicaz – 14 dekabr 632, Mədinə, Hicaz, Səudiyyə Ərəbistanı) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı, Məhəmməd peyğəmbərin əmisi oğlu IV Raşidi xəlifə, şiələrin I imamı və xəlifəsi, II məsumu Əli ibn Əbu Talibin həyat yoldaşı, şiələrin II və III imamları Həsən ibn Əli və Hüseyn ibn Əlinin anası. Əhli-beytin 5 üzvündən biri. Fatimə Nəcran nəsranilərilə edilən Mübahilə günündə Məhəmmədin yanında olan yeganə qadındır. O, Əbu Bəkrə beyət etməmiş və ona qarşı çıxmışdır. Fədəkiyyə xütbəsində Fədəyin qəsbi və Əlinin xilafətini müdafiə etməsi məşhurdur. Fatimə Məhəmmədin vəfatından sonra, Cəmadiyəlaxir ayının 3-cü günü hicri-qəməri 11-ci ildə Mədinədə dünyasını dəyişib, gecə, gizlicə dəfn edilib. Fatimə məşhur ərəb qadınlarındandır. İbn Tayfur (ö.
Fatimə bint Əsəd
Fatimə bint Əsəd (az:Fatimə Əsəd qızı),(ər:فاطمه بنت اسد) — Əbu Talibin zövcəsi, Əli bin Əbu Talibin anası. == Həyatı == Fatimə bint Əsəd bin Haşim bin Əbdimənaf Qureyşi, Əbu Talib bin Əbdülmüttəlib bin Haşimin əmiqizisi və bircə zövcəsidir ki, onlardan dörd oğlan – Talib, Əqil, Cəfər, Əli və iki qız – ümmü Hani və Cəmanə yadigar qalıb. Fatimə islama iman gətirən ikinci xanım və 11-ci şəxsdir. peyğəmbər Mədinəyə hicrətindən bir az sonra Fatimə bint Məhəmməd və oğlu Əli ilə Mədinəyə yola düşüb, Quba adlı yerdə Əlinin yolunu gözləyən Peyğəmbərlə birləşmişlər. O, Mədinədəki qohumları arasında yaşadı, Əli və Fatimənin toyu, iki nəvəsi Həsən və Hüseyni görüb. Hicrətin III və ya IV ilində bəzi sənədlərə görə 60, yaxud 65 yaşında dünyasını dəyişib. Bəqi qəbiristanında dəfn olunmuşdur. == Əlini dünyaya gətirməsi == Əli bin Əbu Talib-ə hamilə olduğu zaman Kəbə təvafına çıxıb orada doğum sancısı onu bürümüşdür. Kəbə Allahını çağırıb və ondan yardım istədi, birdən Kəbə divarı ayrıldı və Fatimə kəbənin içinə keçib Əlini orada dünyaya gətirdi. == İslam peyğəmbəri == Məhəmməd peyğəmbərin ata və anasının vəfatından sonra babası Əbdülmüttəlib onun qəyyumluğunu üzərinə götürdü onunda vəfatından sonra Əbu Talib və Fatimə binti Əsəd Peyğəmbərin qəyyumluğunu üzərlərinə götürdülər.
Fövziyyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Fövziyə bint Fuad
Fövziyyə bint Fuad (ərəb. فوزية بنت فؤاد‎; 5 noyabr 1921 – 2 iyul 2013, İsgəndəriyyə) — Misir şahzadəsi və Məhəmməd Rza Pəhləvinin birinci həyat yoldaşı olmuşdur. Şahdan boşanandan və İsmayıl Şirin ilə 1949-cu ildə nikah bağlayandan sonra Fövziyyə Şirin kimi də tanınırdı. == Həyatı == Şahzadə Fövziyyə Misir və Sudan sultanı I Fuadın qızı idi. Fövziyyənin anası Nazlı Səbri sultanın ikinci arvadı və Misrin keçmiş baş naziri türk əsilli Məhəmməd Şərif Paşanın nəvəsi idi. Şahzadə Fövziyyə təhsilini İsveçrədə almış, ərəb, ingilis və fransız dillərində sərbəst danışırdı. Şahzadə Fövziyyənin Məhəmməd Rza Pəhləvi ilə izdivacı Rza şahın səyləri nəticəsində baş tutmuşdu və ABŞ-nın Mərkəzi Araşdırmalar İdarəsinin hesabatına görə əsasən siyasi maraqları güdürdü. Onlar 1938-ci ilin may ayında nişanlanmış olsalar da, toy gününə qədər bir birilərini görmək imkanına malik olmamışdılar. Toy mərasimi Qahirədə Abdin Sarayında 15 mart 1939-cu ildə, daha sonra isə cavan ailənin yaşayacağı Tehranda Mərmər Sarayda keçirilmişdi. 1940-cı ildə onların yeganə övladı, şahzadə Şəhnaz dünyaya gəlmişdir.
Haya bint əl-Hüseyn
Haya bint əl-Hüseyn — İordaniya şahzadəsi. == Həyatı == Haya bint əl-Hüseyn 1974-cü il mayın 3-də anadan olub. Haya İordaniya kralı I Hüseynin qızı və Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti və Baş Naziri, Dubayın hökmdarı Şeyx Məhəmməd bin Rəşid əl-Maktumun həyat yoldaşlarından biridir. O, təhsilini Britaniyada qızlar üçün Bristol badminton məktəbində, daha sonra St. Hilda kolleci və fəlsəfə, politologiya və iqtisadiyyat üzrə bitirdiyi Oksford universitetində təhsil alıb. 2004-cü il aprelin 10-da Dubay qanunları ilə Şeyx Məhəmməd bin Rəşid əl-Maktumla ailə həyatı qurub. 2007-ci il dekabrın 2-də onun ilk övladı, qızı Cəlilə bint Məhəmməd bin Rəşid əl-Maktum anadan olub. == İstinadlar == == Xarici keçidlər == Birinci xanımlar fotolarda – Haya bin al Hüseyn.
Moza bint Nasir əl-Misnəd
Şeyxa Moza bint Nasir əl-Misnəd (ərəb. موزا بنت ناصر المسند‎) — Qətərin birinci xanımı. Şeyxa Moza bint Nasir əl-Misnəd 1958/1959-cu ildə Qətərin Əl Khor şəhərində anadan olub. O, 1977-ci ildə Qətər dövlətinin əmiri Hamad bin Xəlifə Al-Sani ilə ailə həyatı qurub. Şeyxa Moza Al Taniyənin üç arvadından ikincisidir. Xanım Şeyxa Moza 1995-ci ildə Qətər elm, təhsil və ictimai inkişaf fondunun sədri olub. 1998-ci ildən isə Ərəb Demokratiya Fondunun rəhbəri və ailə məsələləri üzrə Ali Şuranın prezidenti vəzifələrində çalışıb. 2002-ci ildən Ali Təhsil Şurasının vitse-prezidenti, 2003-cü ildə UNESCO-nun xoşməramlı səfiri olub. Hazırda o Veill Kornel Tibb Kollecinin idarə heyətinin üzvüdür. Forbes jurnalı xanım Mozanı 100 ən güclü qadından biri kimi elan edib.
Bint Cubeyl
Bint Cubeyl (ərəb. بنت جبيل‎) — Livanın Nəbtiyyə bölgəsində yerləşən yaşayış sahəsidir. == Haqqında == Bu şəhər 9,10 kvadrat kilometr əraziyə və 30 min əhaliyə malikdir.
Zeynəb bint Hüzeymə
Zeynəb bint Hüzeymə (ərəb. زينب بنت خزيمة‎; 595, Məkkə – 625, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Zeynəb bint Hüzeymə Bəni-Amir ibn Sasa qəbiləsinin Hilaloğulları qolundandır. O, İslamdan əvvəl və sonra yoxsullara kömək etdiyi üçün “Ümmül-məsakin” (kimsəsizlərin anası) adı ilə çağırıldı. Atası Hüzeymə ibn Haris, anası Hind bint Avfdır. Hindin 9 qızının hamısı müsəlman olmuşdur. Rəsulullah onları “mömin bacılar” adlandırırdı. Hind qızlarından ikisini – Zeynəb və Meymunəni Rəsulullaha ərə vermişdir. Onun ilk əri Tufeyl ibn Haris olmuşdur. Zeynəb Tufeyldən boşandıqdan sonra onun qardaşı Übeydə ibn Harislə evlənir [3].Bədr döyüşündə həlak olan 624-cü ildə Əmir ibn Sasa qəbiləsi Məhəmməd peyğəmbərin nümayəndələrini öldürür, buna görə də bu qəbilənin müsəlmanlarla münasibətləri kəskin şəkildə pisləşir.
Fatimə binti Musa əl-Kazım
Fatimə binti Musa əl-Kâzım bilinən adıyla Fatimə Məsumə (Ərəbcə: فاطمة المعصومة, Farsca: فاطمه معصومه), Musa əl-Kazım və Nəcmə Xatunun qızı. Türbəsi İranın Qum şəhərindəki Fatimə-i Məsumə Türbəsidir. == Həyatı == Fatiməi Məsumə On iki imamdan VII imam olan Musa əl-Kazımın qızı və VIII imam olan Əli ər-Rzanın bacısıdır. Qədim mənbələrdə doğum tarixi haqqında dəqiq bir məlumat yoxdur, lakin bəzi mənbələrdə doğum tarixinin hicrətin 173-cü ilində Zilqədə ayının ilk günündə Mədinədə olduğu bildirilmişdir. Məsumənin adı Fatimədir. Bir neçə ləqəbə malikdir: Tahirə, Həmidə, Barre, Rəşidə, Təqiyə, Nəqiyə, Raziyə, Mərziyyə, Seyyidə, Uhtu Rza, Məsumə, Əhli-beyt Kəriməsi, Sitti, Fatimeyi-Kubra. Fatiməyi Məsumə qardaşını görmək üçün hicrətin 201-ci ilində Mədinədən İrana gəldi. Məşhəd şəhərinə gedərkən İranın Savə şəhərinə çatanda xəstələndi. Qum şəhərinə çatdıqdan 17 gün sonra 28 yaşında vəfat etmişdir. Vəfat tarixi haqqında dəqiq bir məlumat yoxdur, ancaq yeni mənbələrə görə, hicrətin 201-ci ilində Rəbiülaxır ayının 10 və ya 12-də vəfat etmişdir.
Fatimə binti Əsəd
Fatimə bint Əsəd (az:Fatimə Əsəd qızı),(ər:فاطمه بنت اسد) — Əbu Talibin zövcəsi, Əli bin Əbu Talibin anası. == Həyatı == Fatimə bint Əsəd bin Haşim bin Əbdimənaf Qureyşi, Əbu Talib bin Əbdülmüttəlib bin Haşimin əmiqizisi və bircə zövcəsidir ki, onlardan dörd oğlan – Talib, Əqil, Cəfər, Əli və iki qız – ümmü Hani və Cəmanə yadigar qalıb. Fatimə islama iman gətirən ikinci xanım və 11-ci şəxsdir. peyğəmbər Mədinəyə hicrətindən bir az sonra Fatimə bint Məhəmməd və oğlu Əli ilə Mədinəyə yola düşüb, Quba adlı yerdə Əlinin yolunu gözləyən Peyğəmbərlə birləşmişlər. O, Mədinədəki qohumları arasında yaşadı, Əli və Fatimənin toyu, iki nəvəsi Həsən və Hüseyni görüb. Hicrətin III və ya IV ilində bəzi sənədlərə görə 60, yaxud 65 yaşında dünyasını dəyişib. Bəqi qəbiristanında dəfn olunmuşdur. == Əlini dünyaya gətirməsi == Əli bin Əbu Talib-ə hamilə olduğu zaman Kəbə təvafına çıxıb orada doğum sancısı onu bürümüşdür. Kəbə Allahını çağırıb və ondan yardım istədi, birdən Kəbə divarı ayrıldı və Fatimə kəbənin içinə keçib Əlini orada dünyaya gətirdi. == İslam peyğəmbəri == Məhəmməd peyğəmbərin ata və anasının vəfatından sonra babası Əbdülmüttəlib onun qəyyumluğunu üzərinə götürdü onunda vəfatından sonra Əbu Talib və Fatimə binti Əsəd Peyğəmbərin qəyyumluğunu üzərlərinə götürdülər.
Hind binti Utba
Hind binti Utba (ərəb. صفية بنت حيي‎; 584, Ərəbistan yarımadası – 635, Rəşidi xilafəti) — Məkkənin ən nəcib və nüfuzlu qadınlarından biri, Qureyş lideri Əbu Süfyanın həyat yoldaşı və ilk Əməvi xəlifəsi Müaviyənin anası. == Bioqrafiya == Onun tam adı Hind binti Utba ibn Rəbiə ibn Abd-Şəms əl-Qureyşidir. Onun atasının adı Utbə ibn Rəbiə idi. Hind müdrik, təşəbbüskar və məqsədyönlü qadın idi. O, natiqlik qabiliyyətinə malik olub, şeir yazırdı. Cəsur, alicənab və məğrur qadın olması ilə bilinirdi. Atası onu əl-Fakih ibn əl-Muqirə əl-Məhzumi ilə evləndirdi və ondan Əbanı adlı oğul doğdu. O, üçüncü əri Əbu Süfyan ibn Hərblə birlikdə uzun müddət Məhəmməd peyğəmbər və digər müsəlmanlarla ixtilafda idi. Onun qardaşı əl-Valid əmisi Şeybə Peyğəmbərin əmisi Həmzə tərəfindən Bədr döyüşündə öldürülür.
Həfsə binti Ömər
Həfsə binti Ömər (ərəb. حفصة بنت عمر بن الخطاب‎; 604, Məkkə – noyabr 665, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. == Bioqrafiyası == Həfsə binti Ömər Ömər ibn Xəttabın qızı idi. O, Məhəmmədin peyğəmbərliyinin başlamasından təxminən beş il əvvəl anadan olmuş və atası ilə Məkkədə İslamı qəbul etmişdir. Təqiblərdən qaçan Həfsə əri Hüneys ibn Xuzafə ilə birlikdə əvvəlcə Efiopiyaya, sonra isə Mədinəyə hicrət etmişdir. Hüneys Bədr və Uhud döyüşlərində iştirak etmişdir. Uhud döyüşündə ağır yaralanaraq dünyasını dəyişmişdir. Həfsə dul qaldıqdan sonra atası onu Osman ibn Əffana, sonra isə Əbu Bəkr əs-Siddiqlə evləndirməyə çalışdı. Onların heç birindən razılıq almayan Ömər Məhəmməd peyğəmbərə üz tutur. Peyğəmbər cavabında, özü Həfsə ilə, qızı Ümmü Gülsüm isə Osmanla evlənəcək deyə bildirir.
Həlimə binti Əbu Zuayb
Həlimə binti Əbu Zuayb (ərəb. حليمة السعدية‎; VI əsr – 629, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin süd anası. 4 yaşına kimi ona süd vermişdir. Həlimə və əri Əl-Haris ibn Əbdül-Uzzanın ərəblərin Xavazin qəbiləsinin Səd ibn Bəkr qoluna mənsub idilər. == Bioqrafiyası == Məhəmmədin doğulduğu ildə Səd ibn Bəkrin ailəsi uşaqlara baxmaq üçün Məkkəyə gəlir. Süd anaları olanlar ataları sağ olan uşaqları götürməyə üstünlük verirdilər. Məhəmmədin atasının hələ doğulmamış ölməsinə baxmayaraq, Həlimə 8 günlük uşağı götürür. İslam ənənəsinə görə, quraqlıq və qıtlıq üzündən Həlimə öz uşağını yedizdirə bilmirdi, lakin Məhəmmədi götürdükdən sonra Məhəmmədə və öz oğluna kifayət qədər süd verə bilirdi. Sad ibn Bəkr Hüdeybiyyədə, sonra isə Mədinədə yaşayırdı. Məhəmməd iki yaşında olanda Həlimə uşağı anasına qaytarmaq istəyir, lakin Aminə binti Vəhb Həlimədən uşağı bir müddət daha saxlamasını istəyir.
Lübabə binti Haris
Lübabə binti Haris (593, Məkkə – 655, ərəb. لبابة بنت الحارث‎) — İslam peyğəmbəri Məhəmmədin əmisi Abbasın həyat yoldaşı olan səhabə. O, Məhəmmədin həyat yoldaşı Xədicədən sonra müsəlman olan ikinci qadındır. Peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəliblə evlənən Lübabə binti Haris 6 oğul və bir qız dünyaya gətirir. Oğullarının hər biri İslam tarixində mühüm vəzifələr icra etmişdir. O, xəlifə Osmanın dövründə ərindən əvvəl vəfat etmişdir.
Meymunə binti əl-Haris
Meymunə binti əl-Haris (ərəb. ميمونه بنت الحارث‎; təq. 592, Məkkə – yanvar 672, Məkkə və ya Əməvilər xilafəti) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. O, Məkkədəki Bəni Hilal qəbiləsindən olmuşdur. Anasının adı Hind bint Avfdır. Meymunə binti əl-Haris Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibin həyat yoldaşı Umm əl-Fədlin bacısı olmuşdur. Doğulanda onun adı Barra olur, lakin Məhəmməd peyğəmbər onun adını Meymunə qoyur. Bütpərəstlik dövründə o, Məsud ibn Amrla evlənir, lakin sonra onu boşayır. Meymunə binti əl-Haris Əbu Ruxum ibn Əbdül-Uzzu ilə evlənmişdir. Bir müddət sonra o, dul qalır.
Reyhanə binti Zeyd
Reyhanə binti Zeyd (ərəb. ريحانة بنت زيد‎; güm. 590-cı illər, Hicaz – 631, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin (s.a.v) həyat yoldaşlarından biri. O, yəhudi əsilli ərəb qadın idi. Şimali Ərəbistan yarımadasında yaşayan Bənu Qureyzadan olan gənc qadın olmuşdur. Tam adı:Reyhanə binti Şəmun ibn Yezid və ya Reyhanə binti Zeyd ibn Amr ibn Hənəfe bin Şəmun bin Yezid. Dəqiq doğum tarixi məlum deyildir. Reyhanə binti Zeyd yəhudi Qureyza qəbiləsindən idi. Onun birinci əri Bənu Qureyzadan olan Həkəm adlı birisi idi. O, Bənu-Qureyza döyüşündən sonra edam edilən ərinin ardından əsir düşmüş, sonra isə İslamı qəbul etmişdir, lakin onun müsəlman olması çox güman ki, məcburiyyətdən irəli gəlir.
Ruqqəyyə binti Hüseyn
Ruqəyyə binti Hüseyn (676–680/681) — İmam Hüseynin qızı. Hüseyn və onun tərəfdarlarının kiçik bir qrupu Əməvi xəlifəsi Yezidin (r. 680-683) əmri ilə 680-ci ildə Kərbəla döyüşündə qətlə yetirildi. Daha sonra onların qadınları və uşaqları əsir götürülərək paytaxt Dəməşqə yürüş etdilər və burada deyilir ki, Rüqəyyənin üç yaşında, ehtimal ki, onu əsir götürənlərin düşmənçiliyi ucbatından dünyasını dəyişib. Dəməşqdəki Rüqəyyə ilə əlaqəli ziyarətgah şiə ziyarəti üçün məşhur yerdir.
Rübab binti İmra əl-Qeys
Rübab binti İmra əl-Qeys (və yaxud Ümm Rübab) (ərəb. رباب بنت امرئ القيس بن عدى بن أوس‎) ‏ İmam Hüseynin (ə) həyat yoldaşlarından biri, İmam Hüseynin ən kiçik övladı olan Əli Əsğərin anası.
Rüqəyya binti Məhəmməd
Rüqəyya binti Məhəmməd (ərəb. رقية بنت محمد‎, 598 və ya 601, Məkkə[…] – 14 mart 624, Mədinə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin birinci həyat yoldaşı Xədicədən olan qızı. Rüqəyya Məhəmmədin təxminən 33 yaşı olanda anadan olmuşdur. Hələ atasının peyğəmbərlik missiyasına başlamamışdan əvvəl o, Əbu Ləhəbin oğlu Utbə ilə nişanlanmışdır. Məhəmmədin xütbələri başlayandan sonra Əbu Ləhəb oğlunun nikah müqaviləsini ləğv etməkdə israr edir, bundan sonra Məhəmməd qızını Osman ibn Əffana ərə verir. Osmanla birlikdə Rüqəyya Efiopiyaya mühacirət etmişdir. Orada rəvayətlərə görə 6 yaşında vəfat edən oğlu Abdullanı dünyaya gətirir. Efiopiyadan Məkkəyə qayıdaraq Mədinəyə hicrət edir. Bədr döyüşü ərəfəsində Ruüqəyya ağır xəstələnir və peyğəmbər Osmanın xəstə arvadının yanında qalmasına icazə verir. O, müsəlmanların qələbəsi xəbəri Mədinəyə çatdıqdan sonra vəfat etmişdir.
Rüqəyyə binti Hüseyn
Ruqəyyə binti Hüseyn (676–680/681) — İmam Hüseynin qızı. Hüseyn və onun tərəfdarlarının kiçik bir qrupu Əməvi xəlifəsi Yezidin (r. 680-683) əmri ilə 680-ci ildə Kərbəla döyüşündə qətlə yetirildi. Daha sonra onların qadınları və uşaqları əsir götürülərək paytaxt Dəməşqə yürüş etdilər və burada deyilir ki, Rüqəyyənin üç yaşında, ehtimal ki, onu əsir götürənlərin düşmənçiliyi ucbatından dünyasını dəyişib. Dəməşqdəki Rüqəyyə ilə əlaqəli ziyarətgah şiə ziyarəti üçün məşhur yerdir.
Rəmlə binti Əbu Süfyan
Rəmlə binti Əbu Süfyan (ərəb. أم حبيبة بنت رملة أبي سفيان‎; təq. 594, Məkkə – 665, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Onun tam adı Ummu Həbib Rəmlə bint Əbu Süfyan Sərh ibn Hərb ibn Üməyyə ibn Əbd Şəmsdir. O, Qüreyşin nüfuzlu lideri Əbu Süfyan ibn Hərbin qızı idi. Rəmlə İslamı qəbul etməzdən əvvəl əcdadlarının bütpərəst inancından ayrılır və həniflərin inancını qəbul edir. O, İslamdan əvvəl xristian olan əri Ubeydullah ibn Cəhş ilə birlikdə İslamı qəbul etmişdir. Onlar Qüreyşin zülmündən qaçaraq Efiopiyaya hicrət edirlər və burada Ubeydullah birdən-birə azğınlıq (riddə) edir və yenidən xristianlığı qəbul edir. Rəmləni xristianlığı qəbul etmək üçün israrlı cəhdlərinə baxmayaraq, o, İslama sadiq qalər və ondan boşanır. Bundan sonra o, Məkkəyə qayıda bilmir.
Sevda binti Zəma
Sevda binti Zəma (ərəb. سودة بنت زمعة‎; 589, Məkkə – 1 sentyabr 674, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin həyat yoldaşlarından biri, möminlərin anası. Məhəmməd peyğəmbər Xədicənin vəfatından və Mədinəyə köçməsindən sonra 53 yaşında Sevda ilə evlənir. O, ilk müsəlmanlardan olan Səkran ibn Amrın dul arvadı olur. Onun atası Qureyş qəbiləsindən idi. Sevda binti Zəma Efiopiyaya hicrət edən ilk müsəlman qadınlardan biridir. Onun birinci əri Məkkə müşrikləri tərəfindən zülmə məruz qalan əmisi oğlu Səkran ibn Amr idi. Məkkəyə qayıtdıqdan sonra Səkran vəfat edir. Sevda və Səkranın 637-ci ildə Cəlulə döyüşündə şəhid olan bir oğulları var idi. Məhəmməd peyğəmbər Xədicənin vəfatından bir neçə gün sonra peyğəmbərliyinin onuncu ilinin Şəvval ayında Sevda ilə evlənir.
Sirin binti Şamun
Sirin binti Şamun (ərəb. سيرين بنت شمعون‎; VII əsr – VII əsr) — Qibti Pravoslav Kilsəsinə aid olan xristian. İslam peyğəmbəri Məhəmmədin cariyəsi və Həssən ibn Sabitin həyat yoldaşı. Mariyə əl-Qibtiyyənin bacısı. Şirin atasının adı Şamun idi. O, nüfuzlu qibti xristianlarından biri idi. Anası Roma mənşəli olmuşdur. Hicrətin 6-cı ilində (627-628) Məhəmməd peyğəmbər Yaxın Şərqin hökmdarlarına məktublar göndərir, bu məktublarda onları yeni bir inancın yaranmasından xəbərdar edir və onları özünə qoşulmağa dəvət edir. Məktubu Xətib ibn Əbu Balta Misir hökmdarı Mukaukisə çatdırır. Mukaukis məktuba cavab olaraq iki qul qadın (Məryəm və Sirin), Məbur adlı bir qul kişi, minlərlə miskal qızıl, iyirmi atlaz paltar, Daldal adlı bir qatır və Yağfur adlı eşşək də daxil olmaqla hədiyyələr göndərir.
Leyla binti Əbu Murrah əl-Səqəfi
Leyla binti Əbu Murrah ibn Ürvə ibn Məsud əl Səqəfi (ərəb. لَيْلَىٰ بِنْت أَبِي مُرَّة ٱبْن عُرْوَة ٱبْن مَسْعُود ٱلثَّقَفِيّ‎; VII əsr), həmçinin Ümmü Leyla (ərəb. أُمّ لَيْلَىٰ‎) kimi də tanınan biri, Hüseyn ibn Əlinin xanımı, Əli əl-Əkbər və Fatimə əl-Suğranın anası. O, Müaviyə ibn Əbu Süfyanın qardaşı qızı idi. Babası Urvə ibn Məsud Məhəmməd tərəfindən İslamın dörd başçısından biri hesab olunurdu.
Frederik Bintsamu
Frederik Bintsamu (fr. Frédéric Bintsamou; 29 avqust 1964, Brazzavil) — Konqo Respublikası protestant din xadimi və "yarıdindar" üsyançı "Ninca" qrupunun lideri. Frederik Bintsamu 29 avqust 1964-cü ildə Brazzavildə anadan olmuşdur.O, 2007-ci ilin aprelində Brazzavildə mərkəzi hökumətlə sülh sazişi imzalamışdır. Müqaviləyə əsasən, Bintsamu sülh və təzminatlara cavabdeh olan nazir müavini vəzifəsi müqabilində öz milislərini dağıtmalı idi. Bintsamu, nəhayət, 28 dekabr 2009-cu ildə Sülh Dəyərlərinin Təbliği və Müharibənin Dağıntılarının Bərpası üzrə Baş Nümayəndə kimi rəsmi vəzifəsinə təyin edilmişdir. Respublikaçılar Milli Şurasının namizədi kimi dayanan Bintsamu 2014-cü ilin sentyabrında keçirilən yerli seçkilərdə Pul departamentində yerləşən Mayamada yerli məclis üzvü seçilmişdir.
Rüqəyya binti Əli
Rüqəyya binti Əli (ərəb. رقية بنت علي‎) — dördüncü Rəşidi xəlifəsi Əli ibn Əbu Talibin qızı. O, seyid sayılır. Anası isə Səhbə binti Rəbiədir. Abbas ibn Əlinin doğma bacısı olduğu iddia edilir. Onun Qahirədəki ziyarətgahı hələ də ona nəzir və şəfaət dualarının edildiyi bir yer kimi istifadə olunur. O, uşaq ikən öldüyünə inanılır. Lahorda (Pakistan) Bibi Pak Daman (urdu بی بی پاکدامن) adlı bir ziyarətgah da var ki, yerli əhalinin bunun Rüqəyyə bint Əlinin məqbərəsi olduğu deyilir.
Fatimə binti Həsən
Fatimə binti əl-Həsən ibn Əli (ərəb. فاطمة بنت الحسن بن علي‎) — 7-ci əsrdə yaşamış Həsən ibn Əli və Ümmü İshaq binti Təlhənin qızı. O, Əli ibn Hüseyn Zeynülabidin (şiələrin dördüncü imamı) ilə evləndi və Məhəmməd əl-Baqirin (beşinci imam) anası oldu. Onun künyəsi Ümmü Abdullah idi və əri Əli onu əl-Siddiqə ("ən dürüst olan") adlandırırdı. Həmçinin, Həsən ibn Əlinin ailəsindən heç kimsənin ona bənzəmədiyi xüsusiyyətlərin olduğu bildirilmişdir.

Digər lüğətlərdə