Biomolekul
Biomolekullar — canlı orqanizimlər tərəfindən sintez olunan üzvi birləşmələrdir. Biomolekullara zülal, karbohidrat, nuklein turşularını (DNT, RNT), lipidlər və digər maddələr daxildir. Biomolekullar əsasən karbon, hidrogen, azot, oksigen, fosfor, kükürd atomlarından ibarətdir.[mənbə göstərin]
== Sinifləndirmə ==
Biomolekulların klassifikasiyası:[mənbə göstərin]
Kiçik molekullar:
Lipidlər(yağlar), fosfolipidlər, qlikolipidlər, sterollar, qliserolipidlər
Vitaminlər
Hormonlar, neyromediatorlar
Metabolitlər
Monomerlər,oliqomerlər və polimerlər
== Nukleozid və nukleotidlər ==
Nukleozidlər azot qalığının ribozaya birləşərək əmələ gəlirlər. Nukleozidlərə sitidin, uridin, adenozin, quanozin,timidin və inozini aid etmək olar.
Nukleozidlərhüceyrədə kinazalar ilə fosfotlaşdırmaq olar və bu zaman nukleotidlər yaranır. DNT və RNT nisbətən aşağı molekulyar çəkiyə malik, bir birləri ilə fosfodiefir bağları ilə birləşən monomerlərdən ibarət olan xətti polimerlərdir.
Nukleotidlər kimyəvi bağlarda (ATF) saxlanan enerji mənbəyi də ola bilərlər. Nukleotidlər hüceyrənin daxilində siqnalların otürülməsində iştirak edirlər.Həmçinin, fermentlərin kofaktorlarının komponentləridirlər (koferment A, FAD, NAD).
== Karbohidratlar ==
Monosaxaridlər — ən sadə karbohidratlardır. Əsasən aldehid və keton qruplarından təşkil olunurlar.