BİOTOP

yun. bios – həyat + yun. topos – yer

BİOTA
BİR
OBASTAN VİKİ
Biotop
Biotop (yun. τόποσ – yer) — eyni relyef, iqlim və digər abiotik amillərə malik olan su hövzəsində və ya quruda müəyyən biosenozun məskən saldığı sahə. == Ümumi məlumat == Qurunun, yaxud su hövzəsinin orada məskunlaşmış orqanizmlər üçün nisbətən eyni şəraiti olan sahəsi. Məcmusu Biotopun sərhədlərini, həmçinin onun adını müəyyən etmək üçün tez-tez istifadə olunan bitki və heyvanların müəyyən növ tərkibi ilə səciyyələnir. Aşağıdakı biotopları ayırmaq olar: polipedon, yəni torpaq sudibi məskəni, klimatop, yəni fitosenozun yerüstü hissəsi məskəni və hidrotop,su dibinin üst hissəsi məskəni. Bunlardan asılı olmayaraq müxtəlif mikropopulyasiyalar məskən salan mikrotoplar da ayırırlar. Biotop termini adətən ekoloqlar tərəfindən işlədilir."Biotop" termini adətən konkret biosenozun formalaşdığı yer mənasında başa düşülür. Bir qayda olaraq, o, səthinin ölçüsü nisbətən kiçik olan sahələr (məs., meşə ilə əhatələnmiş susuz dərələrdəki çəmən, yaxud qumlu-qənbərli sahil zolağı) anlayışı mənasında işlənir; çox vaxt konkret növün yaşadığı yerin sinonimi kimi istifadə edilir (tikanbalığın Biotopu, çay qaraquşunun Biotopu).

Digər lüğətlərdə

-нност-(ь) антидемократи́чный вы́кувырнуться гуцу́л кругообра́зно пломбиро́вщик приле́пы растамо́живание эмана́ция зарубцо́вывать зонти́чный куса́ть синева́ флане́левка British Honduras herring gull monocular outland shrew-mole systemless внушать изобиловать надувательство подстрекательство свешаться