1. Müəyyən olmayan şəxs, kim isə, bir adam. Biri irəli gəlib sual verdi. Biri varmış, biri yoxmuş… (nağıl başlanğıcı).
– Bir gün sizlərdən biriniz yenə məni görməyə gəlmişdiniz.
Sinninə layiq deyilsə də, kişi qızın xatirəsi üçün yaxşı toy eləmişdir, – deyə məclisdəkilərin biri o birinə pıçıldadı.
Hər kəsin öz mövqeyi və öz yerinə görə qüsuru vardır. Birininki az, birininki çox…
□ O biri(si) – 1) bu yox, digəri, başqası. O birilərinin də qeydinə qalmaq lazımdır. O birilərinə də xəbər ver.
– [Qəhrəman:] Görəsən, hansı ata öz ürəyi etibarı ilə o birisindən geniş və üstündür. ;
2) ertəsi, ikinci, gələn. O biri gün. O biri dəfə.
Heç biri(si) – heç bir şəxs, heç kəs. Heç biri razı deyil.
– Dərdini yazıb deyirsən ki, şəhərimizin həkimlərinin heç biri sənə bir çarə edə bilmədilər.
2. Bir neçə və ya bir çox həmcins şeylərdən birisi. Təklif edilən layihələrdən biri keçdi. Bunu bəyənmirsən, o birisini götür.
– Bu yer Azərbaycanın qədim mədəniyyət ocaqlarından biridir.