BİRNƏFƏSƏ

zərf
1. Arası kəsilmədən, aramsız, arada durmadan, dayanmadan. Birnəfəsə danışmaq. Birnəfəsə qışqırmaq. Birnəfəsə yüyürmək.
– Mən bu əsəri … böyük bir ləzzətlə və birnəfəsə axıra qədər oxudum, gənc qələm yoldaşıma minnətdarlıq hissi ilə jurnalı bükdüm. M.İbrahimov.

// İstirahət etmədən, ara vermədən, tənəffüs etmədən. Səhərdən axşama qədər birnəfəsə işləyir. Birnəfəsə danışmaq.
2. Hamısını birdən, tələsik. Birnəfəsə yemək. Bütün suyu birnəfəsə içdi.
– Kişi parçı birnəfəsə başına çəkdi. İ.Əfəndiyev.

Синонимы

  • BİRNƏFƏSƏ birnəfəsə bax dayanmadan
  • BİRNƏFƏSƏ dayanmadan — aramsız
  • BİRNƏFƏSƏ tələsik
BİRNƏFƏRLİK
BİRNÖVBƏLİ

Значение слова в других словарях

дубли́рованный ипохо́ндрик крольчи́ха напластова́ться обита́ть реализа́ция сладкоголо́сый социализи́роваться щу́чка брёх мило́к пло́мба акшар code dating frame of reference infantilism nemo plight splat-quenching synthesizer tribulate балаболка военно-морской иерархия проклюнуться