BİRÜL-MƏUNƏ
Məkkə ilə Mədinə arasında yerləşən quyunun adıdır. Bəni Süleym qəbiləsinin yaraqlı dəstələrinin basqını zamanı, burada yetmiş müsəlman din bilicisi öldürülmüşdür. Onları Məhəmməd peyğəmbər Bəni Əmr qəbiləsinə onların başçılarının dəvəti üzərinə, dinin əsaslarını öyrətmək məqsədi ilə oraya göndərmişdir.