bisulfidlər 2021
bisulfitlər
OBASTAN VİKİ
Natrium bisulfit
Natrium bisulfit və ya natrium hidrosulfit - natrium və sulfit turşusunun turş duzudur. Bozumtul ağ tozdur. Suda və qələvilərin duru məhlullarında yaxşı həll olur. == Alınması == Natrium hidroksidin kükürd (IV) oksidlə reaksiyasından: NaOH+SO2→NaHSO3 Ditionitın isti su ilə reaksiya nəticəsində: 2Na2S2O4+H2O→2NaHSO3+Na2S2O3 Durulaşdırılmış ditionitın oksidləşmə reaksiyası nəticəsində: 2Na2S2O4+H2O+O2→4NaHSO3 == Xassələri == Qızdırıldıqda parçalanır: 2NaHSO3→Na2SO3+SO2+H2O Kaliy xloratla reaksiya qirir: KClO3+NaHSO3→KNaSO3+HClO3 HClO3+4NaHSO3→3NaHSO4+H2SO3+NaCl == Tətbiqi == Yeyinti sənayesində konservant kimi, şərabçılıqda çaxırın oksidləşməsinin qarşısını almaq və ilkin dadını saxlamaq məqsədi ilə, kimya sənayesində reduksiyaedici, tekstil sənayesində ağardıcı kimi, dəri işində sukeçirməzlik və daha çox davamlılıq vermək üçün istifadə olunur. == Mənbə == Реми Г. «Курс неорганической химии» М.: Иностранная литература, 1963 Ə.B.Əliyev.Qeyri-üzvi kimya. Bakı 2007.